Nazir: "Vətəndaşların əmin-amanlığı və qanunçuluq etibarlı qorunacaq"
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti
tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan
Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov,
Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi
məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri,
general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.
Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, həmçinin
suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin,
xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daxili İşlər naziri V.Eyvazov təntənəli mərasimdə çıxış edərək Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya diqqət və qayğıya
görə minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində
də doğrultmağa çalışacağını vurğulayıb. Sonra o, Akademiyanın professor-müəllim
heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik
edib, bu polis ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı
kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə
miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, Vətəninə layiqincə
xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini
işinə dəyərli töhfələr verdiklərini xatırladıb.Daxili işlər orqanlarında xidmətin
böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb
etdiyini vurğulayan Daxili İşlər naziri polisin professional səviyyəsini daim
artırmasını bir vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin gələcəyə
hesablanmış müvafiq tapşırıqlarının icrasının Akademiyanın inkişafında əhəmiyyətli
rol oynadığını xüsusilə vurğulayıb.
Nazir V.Eyvazov ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili
İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da
əhatə etdiyini, məhz dövlətin böyük diqqət və qayğısı sayəsində Akademiyanın da
maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini qeyd
edib.
Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran V.Eyvazov
ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə masir tələblərə
cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa
yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə
çalışacaq, yüz ildən artıq tarixi, şanlı ənənələri olan Azərbaycan Polisinin fədakar
və nəcib missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini
layiqincə davam etdirəcəklər.
Sonra o, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edilib ki, demokratik dövlət quruculuğu yolunda irəliləyən Azərbaycanda hər
bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın
güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində
işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını
durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial,
savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu
kimi formalaşmalıdır.
General-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da
xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli
töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş
tapşırıqları tam yerinə yetirəсək, vətəndaşların əmin-amanlığını və qanunçuluğu
etibarlı qoruyacaq.
Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi
məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədris ilinin növbəti
buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək möhtərəm dövlət başçısının
ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, daxili sabitliyin, habelə, insan
və vətəndaş hüquq və azadlıqlarının, dövlətçiliyin qorunmasında, ictimai
qaydanın və təhlükəsizliyin təminində daxili işlər orqanlarının fəaliyyətini
yüksək qiymətləndirdiyini, onun daxili işlər orqanlarının maddi-texniki
bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və
sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün hər zaman konkret addımlar
atıldığını diqqətə çatdırıb. O, bu xüsusda respublikamızda yüksək ixtisaslı ali
hüquq təhsilli kadrlarln hazırlanmasında önəmli rolu olan Polis Akademiyasında
təlim, tədris prosesinin təkmilləşdirilərək ən müasir standartlar səviyyəsinə
çatdlrlması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.
Sonra Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bu ali təhsil
ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işlər
barədə məruzə ilə çıxış edib.
Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Fərid Qasımov
onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və
Akademiyanın professor-müəllim heyətinə minnətdarlığını bildirib.
Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə
bitirmiş 5 məzuna diplomları təqdim edib.
Məzunlardan polis leytenantı Çingiz Qurbanov yaş kötüyünə rəmzi xatirə lövhəsini
vurub. Daha sonra döyüş bayrağı dördüncü kursa təhvil verilib. Kursantlar «Azərbaycan
Polisi» marşını ifa ediblər. Sonda şəxsi heyət tribunanın qarşısından keçib.