Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:16 - 20.11.2019  
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Tarix: 23-06-2019, 00:05 | Bölmə: Xəbərlər » Ölkə içi

İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılırİkinci dünya müharibəsində xarakterinin gücüylə bütün rəqiblərinə qalib gəlmiş Sovet  lideri Stalinin dillər əzbəri olan məşhur bir ifadəsi vardı: "Kadr hər şeyi həll edir”.

Doğrudan da, idarəçilik təcrübəsi göstərir ki, bir rəhbərin uğuru, taleyi həm də onun kadr seçimindən çox asılıdır: doğru seçim həvalə edilən işin də keyfiyyətli görülməsinə təminatdır və nəticə də, kadrın özündən çox, onu təyin edənin ayağına yazılır…

Prezident İlham Əliyevin iyunun 20-də 4 önəmli posta kadr təyinatıyla bağlı imzaladığı sərəncamlara son 2 gün ərzində sosial şəbəkələrdə və mediada verilən reaksiyalar da göstərir ki, cəmiyyətimiz üçün kadr islahatları mövzusu bütün digər mövzulardan daha maraqlı və cəlbedicidir. Bu da səbəbsiz deyil – hər kəs yeni təyinatların özüylə bərabər nə kimi yeniliklər gətirəcəyinə, bu kadrların Prezident İlham Əliyevin ilin əvvəlindən elan etdiyi "sürətli islahatlar kursu”na nə kimi töhfələr verə biləcəyinə diqqət kəsilib.

Əslində, bu 4 təyinatın hansı sahələri əhatə etdiyinə və məhz hansı zaman aralığında gerçəkləşdirildiyinə, eləcə də təyin edilən şəxslərin hansı keyfiyyət daşıyıcıları olduqlarına baxdıqda, Prezidentin bu təyinatlarının əvvəlki sərəncamlarıyla həmahəngliyi, bir-birini tamamlamaq istiqamətində qurulmuş mühüm bir siyasi strategiyanın həlqələri olduğu aydınca görünər.

Əvvəla, gəlin, ona diqqət yetirək ki, təyinatlar hansı sahələri əhatə edir:

1. Prezident yanında Təhlükəsizlik Şurasının katibi;

2. Daxili İşlər Nazirliyi;

3. Dövlət Təhlükəsizik Xidməti;

4. Müdafiə Sənayesi Nazirliyi.

Beləliklə, aşkar görünür ki, təyinatların 4-ü də ölkənin təhlükəsizliyinə və müdafiəsinə birbaşa cavabdehlik daşıyan sahələrlə bağlıdır.

İkinci diqqət yetirilməli məqam: bu təyinatlar məhz o zaman həyata keçirilir ki, bir tərəfdən Azərbaycan regionda hər an müharibə və hərbi əməliyyatlar riski daşıyan mühüm geopolitik dəyişikliklər mərhələsinə qədəm qoyur; İran və Dağlıq Qarabağ ətrafında mürəkkəbləşən situasiya təhlükəsizlik maraqları baxımından önləyici çevik hərbi-siyasi əməliyyatların aparılmasını zəruri edir; o biri tərfədən isə ölkə rəhbəri ilin əvvəlindən sürətli iqtisadi-siyasi reformalara – islahatlara qərar verib və bu istiqamətdə ardıcıl, sistemli addımlar atır.

Tarixi təcrübə göstərir ki, belə mürəkkəb və gərgin şəraitlərdə istənilən hakimiyyətin əleyhinə olan bütün iç və kənar güclərin fəaliyyəti, hətta bir çox hallarda ortaq, əlbir hərəkəti üçün, bir növ, münbit zəmin yaranır. Bir qədər də dəqiq desək, hakimiyyəti öz iradəsinə tabe etdirmək istəyən xarici güclər, islahatların əsas hədəfi olacaq imtiyazlı oliqarxiya və hakimiyyətə gəlməyə can atan müxalif güclər belə şəraitlərdə təbii müttəfiqlərə çevrilərək, yaranmış fürsətdən faydalanmağa çalışırlar.

Sözsüz, bu cür situasiya Prezident Əliyevdən tələb edir ki, ölkənin müdafiəsinə və təhlükəsizliyinə cavabdeh sahələr məhz birbaşa özünə bağlı, kritik situasiyalarda hakimiyyətə potensial təhdid mənbəyi olan bu 3 istiqamətdən hansısa tərəfə meyllənməyəcək, sədaqətlərini həyatın ağır sınaqlarında dəfələrlə sübuta yetirmiş peşəkar şəxslərlə gücləndirsin.

Elə 4 postun dördünə də rəhbər təyin edilən şəxslərin həyat yollarına ötəri baxış kifayət edir ki, Prezidentin nədən məhz bu adamları seçdiyi, niyə onların adları üzərində durduğu aydınlaşsın.

Xatırladaq ki, Prezident yanında Təhlükəsizlik Şurasına katib gətirilən general-polkovnik Ramil Usubov təkcə 25 ildir ölkənin  Daxili İşlər naziri deyil, həm də "kadr sərrafı” sayılan mərhum Heydər Əliyevin "Nə qədər mən prezidentəm, Usubov Daxili İşlər naziri olacaq” dediyi və bununla da onun sədaqət və peşəkarlıq keyfiyyətinə möhür vurduğu əsas şəxsdir. Yəqin, çoxları onu da yaxşı xatırlayar ki, Usubovun peşəkarlığına və rəhbərinə sədaqətinə əks düşərgənin lideri – mərhum prezident Əbülfəz Elçibəy də ibrətamiz qiymət vermişdi: "Usubov kimi bir nazirim olsaydı, hakimiyyət əldən getməzdi…”.

Zəngin həyat, dövlətçilik və idarəetmə təcrübəsinə, yüksək siyasi hazırlığa və dərin təfəkkürə malik, uzun illər ərzində güc strukturlarında böyük bir məktəb yaratmış  və ölkənin əməliyyat şəraiti haqda da ən məlumatlı adamı – 71 yaşlı Usubovu Təhlükəsizlik Şurasının katibi təyin etməklə, Prezident Əliyev, faktiki olaraq, digər güc və xüsusi xidmət qurumlarının koordinasiyasını öz yanında, etibarlı və peşəkar bir əldə cəmləşdirmiş olur.

Usubovun yerinə – Daxili İşlər naziri təyin olunan 51 yaşlı Vilayət Eyvazovun adı isə Azərbaycanın milli polis məktəbinin son illərdə yetişdirib üzə çıxardığı ən istedadlı və gənc generallar siyahısında öndə gəlir.

Nüfuzlu polis zabitlərinin etirafına görə, peşəkar əməliyyatçı təcrübəsinə və dəmir hərbi intizama malik Eyvazovun həm özünə, həm də tabeçiliyindəkilərə qarşı hədsiz tələbkarlığı, əzmkarlığı, çevik qərar qəbuletmə bacarığı, eyni zamanda məsələlərə yüksək məsuliyyət və ədalət hissiylə yanaşma tərzi onu həm də 14 ildir müavin olduğu DİN sistemində səriştəli rəhbər kadr kimi yetişdirib, püxtələşdirib. Gənc yaşlarından DİN-in ən məxfi və önəmli əməliyyat strukturlarında xidmət keçmiş Eyvazov, uzun illərdir Daxili İşlər nazirinin müavini olmaqdan əlavə, həm də Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator vəzifəsini tutub və müxalifyönlü QHT rəhbərlərinin də etiraflarına görə, o, hazırda beynəlxalq miqyasda bu sahə üzrə ölkəmizdə ən yaxşı mütəxəssislərdən sayılır…

Prezidentin ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsində önəmli paya sahib Müdafiə Sənayesi Nazirliyinə (MSN) vaxtilə DİN sıralarında mühüm vəzifələr tutmuş, Eldar Mahmudovun və bandasının MTN-də zərərsizləşdirilməsindən sonra isə Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş general Mədət Quliyevin gətirilməsi də təsadüfi deyil. Son illərdə Azərbaycanın dünyanın silah bazarına öz məhsullarıyla çıxışı ölkəmizi təkcə bu bazarda "at oynadan” ənənəvi rəqiblərin deyil, həm də böyük silah mafiyalarının, cinayətkar qruplaşmaların, müxtəlif xüsusi xidmət qurumlarının və terror təşkilatlarının açıq hədəfinə çevirir. Məhz belə bir ərəfədə Mədət Quliyev kimi qətiyyətli və düşmənə qarşı amansız birisinin MSN-ə keçirilməsi Prezidentin bu qurumu da tezliklə dəmir intizama malik hərbi struktura çevirmək və onu yad təsirlərdən qorumaq istəyindən xəbər verir.

Və nəhayət, Azərbaycan xüsusi xidmətinin "sonuncu mogikan”larından sayılan general Əli Nağıyev… Əli Nağıyev də, Usubov kimi, ölkənin əməliyyat mühitini ən yaxşı bilən və eyni zamanda peşəkarlığı hətta müxalif düşərgədə belə rəğbətlə etiraf olunan kadrlardandır. Sovetlər dağılmamışdan Azərbaycan DTK-sında çalışan və MTN-də birinci müavin vəzifəsinədək yüksələn Əli Nağıyev bu illər ərzində həm də Azərbaycan ictimai-siyasi mühitində ən böyük şəxsi agentura şəbəkəsi qura bilmiş və ciddi məxfiçilik şəraitində bu şəbəkəsini qoruyub saxlamağı bacarmış mahir çekistlərdəndir. Məhz xüsusi xidmətin bu qızıl qaydasına – məxfiçiliyi gözləməsi və əməliyyat bacarığı hesabına, təkəbbürlü və eqoist Eldar Mahmudov, o qədər resurslarının olmasına baxmayaraq, onu yenməyi bacara bilmədi və budur, artıq Əli Nağıyev təkcə qisasını yox, həm də haqq etdiyini aldı – indi o, dövlətin onun xidmətinə ən çox ehtiyac duyulan bir vaxtında yenidən öndədir, özü də ölkənin xüsusi xidmətinə cavabdehlik daşıyan əsas sima olaraq…

Beləliklə, hər 4 dörd təyinatla bağlı təhlillərimiz onu deməyə əsas verir ki, Prezident İlham Əliyev ölkəni gözləyən iç və kənar risklərdən, təhlükələrdən vaxtında qorunmaq və eyni zamanda başladığı islahatlara mane olmaq istəyən bütün cəhdləri zamanında zərəsizləşdirmək və uğurla başa çatdırmaq üçün öncə ətrafına sədaqətli generallardan ibarət bir sədd – müdafiə zolağı çəkir. Etibarlı müdafiə mexanizmi qurduqdan sonra isə, şübhəsiz ki, növbəti mərhələ hücumdur – ölkəmizi gerçək qələbələrə götürəcək sürətli əks-hücum!

Strateq.az

Xəbər 1638 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25508] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00919] calend [0.00051] topnewsend [0.00459] rsssend [0.00000] ehgend [0.00627] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23296]