Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:42 - 21.09.2019  
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”
Tarix: 14-06-2019, 13:18 | Bölmə: Xəbərlər » Ölkə içi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışmış, hazırda formal olaraq nazirlikdə idarə rəisi vəzifəsini daşıyan Muradov Raqif Murad oğlu öz nazirliyinə qarşı məhkəmə çəkişməsinə başlayır.
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”Bu barədə "AzPolitika.info”-ya R.Muradovun özü məlumat verib.
Qeyd edək ki, təxminən ay yarım əvvəl R.Muradov saytımız vasitəsilə Prezident İlham Əliyevə sözün əsl mənasında sensasiyalı müraciət ünvanlamışdı. Müraciətdə vaxtilə Prezident Heydər Əliyev tərəfindən ölkədən qovulmuş və Azərbaycana girişi yasaqlanmış bir şəxsin Bakıya qaytarılaraq, xarici ölkə vətəndaşı olmasına baxmayaraq, FHN-də yüksək və strateji əhəmiyyətli vəzifəyə təyin olunmasından söhbət açılırdı. O, bildirirdi ki, bu faktın üstünü ehtiyatda olan xüsusi xidmət polkovniki açıb və dərhal rəhbərliyə məruzə etməsini tapşırıb. R.Muradovun dediyinə görə, nazirlə görüşə bilmədiyindən məsələni nazirin birinci müavini Rəfail Mirzəyevə məruzə edib. Elə bundan sonra da onun "qara günləri” başlayıb – Azərbaycanın müstəqilliyi və dövlətçiliyi əleyhinə fəaliyyətinə görə Heydər Əliyev tərəfindən ölkədən qovulmuş şəxsi FHN-dən nəinki uzaqlaşdırmayıblar, əksinə, qısa müddətdən sonra böhtan ataraq R.Muradovun özünü işdən uzaqlaşdıraraq xarici ölkə vətəndaşını onun yerinə təyin ediblər. Ardınca isə R.Muradova qarşı sistemli təzyiq vasitələrinə əl atıblar – oğlunu MTN-ə, özünü isə polisə apararaq 15 gün saxlayıblar. Nəticədə, o, bir müddət susmalı olub. Lakin indi R.Muradov yenidən bu məsələni qaldırır və şübhəli keçmişə malik, Heydər Əliyev tərəfindən ölkədə qovulmuş xarici ölkə vətəndaşının FHN-də yüksək və strateji vəzifəyə təyin olunmasının araşdırılmasını tələb edir. "Bu, millət, dövlət məsələsidir”, – R.Muradov qeyd edir.

"FHN rəhbərliyinin tapşırığı ilə mənimlə görüşdü…”

FHN-in idarə rəisi (R.Muradov sənəd üzərində idarə rəisi vəzifəsini tutur, lakin 5 ildir işə çıxmır-red.) Prezidentə müraciəti ilə bağlı bir yeniliyin olmadığını bildirir. Lakin FHN-dən onunla görüşən və müəyyən təkliflər verən olub: "İlkin olaraq Cənab Prezidentin adına ünvanlandığım müraciəti dərc etdiyiniz üçün "AzPolitika”nın bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Verdiyiniz suala cavab olaraq bildirirəm ki, müraciətlə bağlı hansısa araşdırmanın aparılmasından xəbərim yoxdur, daha doğrusu mənə bu barədə heç bir yerdən məlumat gəlməyib. Lakin müraciətdən sonra nazirliyin yüksək vəzifəli baş idarə rəisinin dəvəti ilə onunla görüşdüm. O, nazirlik tərəfindən ona tapşırılan sifarişi mənə çatdırdı – 4 illik əməkhaqqının əlavələrlə birlikdə nağd formada ödənilməsini təklif etdi. Bu şərtlə ki, polisə aparıldığım gündən əvvəlki tarixə (4 il bundan əvvəlki tarixə) ərizə yazım. Dedi ki, belə məsləhət görülür. Aydındır ki, mən bu razılaşmadan imtina etdim və mənə dəyən maddi, psixoloji və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edəcəyimi bildirdim”.

"Mən bir daha soruşdum: o adamı nə məqsədlə ölkəyə qaytardınız?”

R.Muradov deyir ki, fürsətdən istifadə edərək bir daha Heydər Əliyev tərəfindən ölkədən qovulmuş şəxsin yüksək vəzifəyə təyin olunması haqda soruşub: "Mən təkrar olaraq ondan israrla soruşdum ki, Ulu öndərin göstərişi ilə ölkədən çıxarılmış və Azərbaycana qayıtmasına qadağa qoyulmuş adamın ölkəyə qaytarılması kimə və nəyə xidmət edirdi? "Korrupsiya” və "Dövlət qulluğu” haqqında qanunları kobud şəkildə pozaraq xarici ölkə vətəndaşının dövlət qulluğuna və yüksək vəzifəyə təyin edilməsi və ona ölkənin ən ciddi strateji obyektlərinin həvalə edilməsinin səbəbi nə idi? Bir gün ərzində İsrail dövlətinin vətəndaşına Azərbaycan pasportunu verərək qanunazidd şəkildə ikili vətəndaşlıq verilməsini kim sifarış etmişdi? Mən ondan soruşdum ki, niyə o vaxt israrla bu məsələnin araşdırılmasını tələb etdikdən sonra mənə əsassız hücumlar başlandı? Hansı əsasla, hansı qanunla məni – dövlət qulluğunda çalışan adamı – sifarişlə küçədən oğurlayıb 15 gün polisin zirzəmisində saxlayıblar? Ailə üzvlərimə basqı və təhdidlər niyə davam edir?”

"O, təkcə nazirim deyil, həm də dostum idi…”

R.Muradov deyir ki, onu ən çox incidən məsələlərdən biri bu müddət ərzində naziri və həm də dostu Kəmaləddin Heydərovun bir dəfə də olsun onunla maraqlanmaması olub. "Nazirlikdə işlədiyim müddətdə ciddi vəzifələrdə olmuşam və hər il fəxri fərmanla təltif edilmişəm. Cənab Prezidentin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalla təltif edilmişəm. Nazirlə tək rəis kimi yox, həmçinin dost münasibətində olmuşam. Niyə bu müddətdə cənab nazir bir dəfə də olsa məni qəbul etməyib və bu məsələlərin araşdırılmasına göstəriş verməyib? Mən bütün bu suallara aydınlıq gətirilməsini istəyirəm. O (Nazirliyin tapşırığı ilə onunla görüşən idarə rəisi-red.), mənim sözlərimi rəhbərliyə, Rəfail Mirzəyevə (Birinci müavin-red.) çatdıracağını və nəticəsi haqqında əlavə məlumat verəcəyini bildirdi. Hələ ki, heç bir nəticə yoxdur. Həmin idarə rəisi səmimi olaraq bildirdi ki, nazirin sənə qarşı heç bir pis fikri olmayıb, hələ də sənə əvvəlki kimi dost münasibətindədir”.
R.Muradov deyir ki, qaldırdığı məsələlərin araşdırılması və pozulmuş hüquqlarının bərpasıyla bağlı FHN rəhbərliyinin hər hansı addım atmaq niyyətini görmədiyindən vəkil tutaraq, məhkəməyə müraciət etmək qərarına gəlib. "Hazırda müəyyən hüquqi prosedurlar gedir, yəqin ki, gələn həftə məhkəməyə müraciət edəcəyəm və bu məsələlərin hüquqi müstəvidə araşdırılmasına çalışacağam”.

"Mənim və ailə üzvlərimin təhlükəsizliyini təmin edin…”

Bununla belə, R.Muradov şübhəli keçmişə malik xarici ölkə vətəndaşının strateji vəzifəyə təyin olunmasının elə nazirlik tərəfindən araşdırılacağına inamını tam itirməyib. "Mən geri çəkilməyəcəm. Yaxın günlərdə bu hadisələr haqqında sizin suallarınızı tam təfsilatı ilə cavablandıracağam. Əslində bu məsələlərin nazirlik tərəfindən araşdırılacağına inamımı tam itirməmişəm. Ona görə də bu məsələlərin bütün təfərrüatı ilə ictimailəşdirilməsinə tələsmədim. Uzun illər dövlət qulluğunda işlədiyimə görə bilirəm ki, bu hadisələrin ictimailəşdirilməsi dövlət və hakimiyyət adına yaxşı hal deyil. Lakin hakimiyyət strukturlarında oturan bəzi məmurların laqeydliyi məni dövlətimizin gələcəyi barədə narahat olmağa vadar edir. Bizim hər birimizin ən önəmli və müqəddəs amalımız dövlətimizin müstəqilliyi və onun qorunması olmalıdır. Vəzifəsindən asılı olmayaraq, hər kəs öz məsuliyyətini dərk etməli və bilməlidir ki, dövlətin müstəqilliyinə xələl gətirə biləcək hər bir hərəkətinə görə qanun qarşısında cavab verəcək. Bu məsələlərin araşdırılmamasında məni ən çox narahat edən dövlətimizin təhlükəsizliyinə edilən xəyanət qorxusudur. Ona görə də aprel ayında cənab Prezidentə müraciətimdə qaldırdığım məsələlər şəxsim adına deyil, dövlətimizin təhlükəsizliyi naminə olmuşdur.
Fürsətdən istifadə edib, saytınız vasitəsilə təkrar olaraq cənab Prezidentə müraciət edirəm: Cənab Prezident! Xahiş edirəm 19 aprel 2019-ci il tarixdə Sizin adınıza ünvanladığım müraciətin araşdırılmasına, həmçinin mənim və ailə üzvlərimin təhlükəsizliyinin nəzarətə götürülməsinə göstəriş verəsiniz”.
Raqif Muradovun bu ittihamları ilə bağlı Fövqəladə Hallar Nazirliyi susqunluğunu pozmur. Bununla belə FHN-nin və adı çəkilən şəxslərin mövqeyini yayımlamağa hazır olduğumuzu bəyan edirik.(AzPolitika.info)
Xəbər 1253 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.49863] initstartout [0.00022] initstartin [0.00110] calstart [0.02361] calend [0.00079] topnewsend [0.00631] rsssend [0.00000] ehgend [0.07082] tagsstart [0.00086] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.39485]