Saxta AZTV-çilər PEYDA OLUB (?!)

  • 13 iyun 2019, 00:35
REGİONDA QONDARMA AZTV-çilər PEYDA OLUB...
Bu barədə "Demokratik.Az"-a bilgilər daxil olub. Məlumata görə, artıq bir neçə ildir ki, Azərbaycanın Qərb bölgəsində saxta AZTV-çilər açıq - aydın fəaliyyət göstərir. Meydanları və özgüvən duyğuları isə o qədər uzayıb ki, bir "Dur!" deyənləri də tapılmır...
Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin mövcud patentlik hüquqlarını aşkar pozaraq internet üzərindən əldə etdikləri AZTV.TV və ya AZTV. news kimi fərqli domenlərlə özlərinə "kölgə saytlar"ı yaradan fırıldaqçılar bütün idarə və müəssisələrdə özlərini birbaşa AZTV əməkdaşları kimi təqdim edirlər.
AZTV yazılan möhürlərlə gəzdirdikləri vəsiqələrin qeyri-legitimliyi bir yana, dövlətin rəsmi Televiziyası adından şəxsi mənfəətləri naminə yararlananlar etdiklərinin hüquqi məsuliyyətini dərk etmədən irəliləyirlər. Təəssüf ki, SAXTA "aztv-çi"lərə inananlar, onlara karlı miqdarda "hörmət" edənlər də tapılır.
Mövcud durum barədə artıq Dövlət Televiziyasının tanınmış bölgə müxbiri Əhməd Qədiroğlu da məlumatlıdır. Lakin, nə RƏSMİ Televiziya (AZTV - RED) rəhbərliyi, nə də adıkeçən TV müxbiri özlərinə paralel fəaliyyətdə olan qondarma sayt təmsilçilərinin fəaliyyətini durdura, lazımi tədbir görə bilmir.

AZTV.news adlı qondarma saytın əlaqə hissəsindən görünür ki, sayta hazırda Seymur Məmmədov adlı fiziki şəxs rəhbərlik edir. Lakin, dəqiq bilgilərə görə, bu sayt əvvəllər AZTV.TV adı ilə və hazırki adla Gəncə sakini Famil Cəfərov (Kəngərli) adlı şəxsin istifadəsində olub. Sonradan 400 manata sonuncuya satılıb...
Hələlik, şəxsi təşəbbüs olaraq vətəndaşlıq mövqeyindən çıxış edərək AZTV adı - BRENDİ altında fəaliyyət göstərən, CƏMİYYƏTİ BU ADLA ÇAŞDIRAN saytın fəaliyyətinin dayandırılmasını arzu edirik. Əks təqdirdə, ölkənin rəsmi Televiziyasına qarşı belə təxribat həyata keçirən şəxslərin cinayət və digər mülki məsuliyyətə cəlb edilməsi istiqamətində aidiyyatı qurumların tədbir görməsi qaçılmaz və zəruridir...
Saxta "AZTV"-çilərə "DURUN" DEYƏK!!!
Demokratik.Az
Oxşar xəbərlər