Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:15 - 23.08.2019  
ƏSGƏROVLARIN BİZNES İMPERİYASINDA ŞOK! – AZAL şefinin qovduğu adam geri qayıtdı!
Tarix: 9-06-2019, 12:30 | Bölmə: Xəbərlər » Ölkə içi

Ötən ilin sentyabrında vəzifəsindən azad edilən "Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov yenidən postuna qayıdıb – iyunun 3-dən etibarən işə çıxır. 

ƏSGƏROVLARIN BİZNES İMPERİYASINDA ŞOK! – AZAL şefinin qovduğu adam geri qayıtdı!

 

 

 

 

 

 

 

 

 

Bu sensasiyalı məlumat "AzPolitika.info”ya "Silk Way Holding”dəki mənbələrdən daxil olub.

Məlumatda bildirilir ki, Zaur Axundovun "Silk Way Holding” MMC-nin rəhbərliyinə qayıtması holdinqin rəsmi sahibi olan AZAL prezidenti Cahangir Əsgərovun iradəsindən kənarda baş verib. Hətta C.Əsgərovun Zaur Axundovun "Silk Way Holding” MMC-yə qayıtmaması üçün bütün imkanlarından istifadə etdiyi, ancaq nəticə əldə edə bilmədiyi qeyd olunur.

Mənbə belə bir faktın – Cahangir Əsgərovun "vurduğu” kadrın geri qayıda bilməsinin bəlkə də ilk dəfə baş verdiyini vurğulayır. Bu isə bəzi ciddi suallara yol açır: Cahangir Əsgərov əvvəlki gücünü itiribmi? Yoxsa onun biznes imperiyasının əlindən alınmasına hazırlıq var?…

Məsələ ondadır ki, "Silk Way Holding” AZAL prezidenti Cahangir Əsgərovun biznes imperiyası kimi tanınıb. 4 iyul 2006-cı ildə C.Əsgərovun yaxın qohumlarından birinin adına təsis etdiyi holdinq, qısa müddətdə bir imperiyaya çevrilib. Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın əsas payçılarıdır.

Zaur Axundov

Bu baxımdan onun holdinqin rəhbərliyindən dava-dalaşla, böyük qalmaqalla uzaqlaşdırdığı birinin yenidən həmin posta qaytarılması C.Əsgərovun iradəsinin işləyib-işləmədiyi şübhəsini yaradır. C.Əsgərovla Z.Axundov arasında ötən ilin sonlarında xeyli insanın gözü qarşısında ağır ifadələrlə müşahidə olunan və az qala əlbəyaxa dava ilə nəticələnən qalmaqalın baş verdiyini də nəzərə alsaq, ikincinin holdinqə qayıdışının AZAL prezidenti üçün nə anlama gəldiyini xüsusi izah etməyə ehtiyac qalmaz…

Qeyd edək ki, Zaur Axundovun holdinqin rəhbərliyinə qayıtması C.Əsgərovun onunla bağlı iddialarının təsdiqlənmədiyini və ya sübut edə bilmədiyini söyləməyə əsas verir.

Xatırladaq ki, "AzPolitika.info”ya daxil olan məlumatlarda C.Əsgərovun Zaur Axundovu vəzifəsindən azad etməsinə səbəb kimi "Silk Way Holding”in fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranması göstərilmişdi. Məlumata görə, "Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ehtimal ki, digər vəzifəli şəxslərin şirkətlərinə, himayələrindəki iş adamlarına verilən 100 milyonlarla kredit kimi, bu halda da hər hansı girov tələb olunmayıb. Sadəcə, AZAL prezidentinin o zaman Beynəlxalq Banka rəhbərlik edən adaşından xahişi 400 milyonun "Silk Way Holding”ə ayrılması üçün kifayət edibGörünür ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbəri Məmməd Musayevə istənilən vasitə ilə pulların yığılmasının tapşırılması vəziyyəti dəyişib.

CAHAN

Məlumata görə, Cahangir Əsgərovdan da Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunub. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilməyib. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini "Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilirdi. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin "Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunurdu.

Ancaq  görünür Zaur Axundov ABB kreditlərinin qaytarılmamasına görə günahsızlığını sübut edə bilib… Və ya holdiqin rəhbərliyinə qayıdacağı halda həmin vəsaiti ödəyə biləcəyinə dair öhdəlik götürüb.

Qeyd edək ki, əsas ofisi beynəlxalq hava limanında yerləşən "SW Holding”in qazancı qarşısında 400 milyonun elə də böyük pul olmadığını söyləyə bilərik. Bu holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir. Hansı ki, bu şirkətlər vasitəsilə Cahangir Əsgərov böyük pullar qazanır. Holdinqə daxil olan şirkətlərdə minlərlə insanın çalışması onun biznes imperiyasının həcmini təsəvvür etməyə imkan verir.

Holdinqə daxil olan şirkətlər bunlardır: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair.

Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla «AZAL» QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edibCahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür.

boeing2018-5

Belə böyük qazanc əldə edən holdinqin rəhbərliyinə C.Əsgərovun iradəsindən kənar bir şəxsin gətirilməsi onun etibarı itirdiyini söyləməyə əsas verir. Təcrübə göstərir ki, hökumətdə etibarını itirənlər isə qısa müddətdə hər şeyini itirir… /AzPolitika.info/

Xəbər 958 dəfə oxunub






Oxşar xəbərlər

Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11058] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00756] calend [0.00038] topnewsend [0.00259] rsssend [0.00000] ehgend [0.00621] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09268]