Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:42 - 18.10.2019  
Ermənistanda panika: "Türk ordusu Naxçıvanda”
Tarix: 5-06-2019, 22:34 | Bölmə: Xəbərlər » Ölkə içi

Bu aralar 4 iyundan çox danışıldı, hər il olduğu kimi. Məlum, Gəncə hadisələrinə görə. Amma 4 iyun Azərbaycan xalqının taleyində mühüm rol oynamış bir tarixdir. 1918-ci ilin bu günündə həmin müqavilə imzalanmasaydı, kim bilir Azərbaycan hansı faciələrlə üz-üzə qalacaqdı...

Ermənistanda panika: "Türk ordusu Naxçıvanda”Qısa xatırlatma edək: düz 101 il öncə, 4 iyunda Osmanlı dövləti ilə cəmi "7 günlük” olan Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda Dostluq və Əməkdaşlıq müqaviləsi imzalandı. Tarixi qaynaqlara görə, həmin nicat müqaviləsini Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Şərq orduları komandanı Vəhib Paşa, Azərbaycandan isə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və Xariciyyə naziri Məmməd Həsən bəy imzalamışdı. Qafqazda türk və müsəlmanlara qarşı ermənilərin bolşeviklərlə birgə törətdiyi qətliamların qarşısını almaq, Azərbaycanı tikə-parça edilməkdən qurtarmaq idi məqsəd. Bunun ardınca Başkomandan Ənvər Paşanın əmri ilə Türk ordusu Azərbaycana köməyə gəldi, Qarabağı, Bakını ermənilərdən xilas etdi...

Budur, üstündən 101 il keçib və Ermənistanda ciddi panik ovqat hökm sürməkdədir. Erməni saytlarının başlıqlarına baxıram, "Türkiyə Naxçıvana qayıdır!”, "Türk ordusu Naxçıvanda Azərbaycanla birgə hərbi təlim keçirir!” yazırlar. Çox həyacanlanıblar. Naxçıvandan İrəvana cəmi 50 km-dir, həyəcanları təbiidir. Həm də tarixi dərs var axı...

2018-ci ilin mayında gözlənilməz zərbə alan işğalçı ölkə ordumuzun Şərur rayonunun Günnüt kəndi istiqamətindəki strateji yüksəkliklərdə mövqe tutmasından sonra Naxçıvan məsələsinə çox həssaslıqla yanaşır. Bundan əvvəl Qarabağ məsələsini "bitmiş” sayıb Naxçıvanı işğal etmək barədə hədyanlar səsləndirirdilərsə, artıq Günnüt əməliyyatından sonra ehtiyatlı danışmağa başlayırlar.

Həmin əməliyyat nəticəsində Günnüt kəndindən başqa, "Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı, həmçinin Dərələyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçib. Məhz bu əməliyyat Azərbaycan ordusuna İrəvan-Gorus-Laçın-Xankəndi magistralını nəzarət altına almağa imkan verib! Bu, elə sarsıdıcı əməliyyat oldu ki, hakimiyyətinin üçüncü həftəsində bu zərbəni alan Nikol Paşinyan bu barədə ümumiyyətlə, danışmamağa qərar verdi.

Və budur, ermənilər Naxçıvanda iyunun 7-dən 11-dək keçiriləcək Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən çox narahat olublar. Neçə gündür ki, "Sarsılmaz qardaşlıq-2019” birgə təlimlərinin xəbərini tirajlayırlar. Naxçıvana gələn Türk ordusunun hərbi texnika, şəxsi heyəti, maşın "kolon”u ilə bağlı fotoları yayımlayır, həyəcanla bu təlimlərin nəyə gətirib çıxaracağı üzərində baş sındırırlar.

Yeri gəlmişkən, düşmənin həyəcanı təbiidir. Azərbaycan və Türkiyənin qoşa bayraqları ilə bəzənən küçələrlə irəliləyən Türk ordusu, möhtəşəm qarşılanma. Lap 1918-ci ilin iyununda Gəncədəki qarşılanmaya bənzəyir.

Bir neçə gün əvvəl Araz çayı üzərindəki "Ümid” körpüsü üzərində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirildi. Hər iki ölkənin hərbçiləri qarşı tərəfdən bayrağı qəbul edir, öpüb gözünün üstünə qoyur. Möhtəşəm mənzərəydi!
Rəsmi məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq. Yəni bu, plana uyğun hərbi təlimdir.

Ermənistanda panika: "Türk ordusu Naxçıvanda”Amma düşmən mətbuatı bunu geniş yaydı və ənənəvi həyəcan...Düzdür, Ermənistanın Müdafiə Nazirliyi ajiotajı yatırmağa çalışdı, vəziyyətin "nəzarətdə olduğunu” iddia etdi. Amma...Ermənilər Qars müqaviləsinə qədər araşdırmalar aparırlar. Anlayırlar ki, Naxçıvan Türkiyənin qarant olduğu bölgədir.

Ermənistan bunu da anlayır ki, Azərbaycan ordusu nəinki 90-cı illərin ordusu deyil, əksinə, özü 90-cı illərin Azərbaycanına bənzəyir, daxildəki çəkişmələri ilə.

Digər tərəfdən, Ermənistan daim Rusiyaya arxalanıb. Ancaq bu gün İrəvanla Moskva arasında soyuq küləklər əsir. Ermənistan hakimiyyəti Putinin rəğbətini qazana bilmir. Paşinyana qarşı çıxan Qarabağ klanının və daşnakların arxasında Rusiyadakı ciddi dairələr dayanıb. Bu mənada işğalçı ölkədə vəziyyətin nəzarətdən çıxması qaçılmazdır. Üstəlik, Türkiyə və Rusiya arasında bütün sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə gedir.

Belə olan halda Türkiyə və Azərbaycanın de-fakto VAHİD ordusunun İrəvanın 50 km-də olması Ermənistan üçün artıq qorxulu yuxu deyil, acı reallıqdır. Günün birində bu ordu Mehri yolu ilə üzü Qarabağa yol ala bilər. Naxçıvanı azad edilmiş Qarabağla birləşdirmək üçün...

İyunun 4-də Fransa inzibati məhkəməsinin ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı ləğv etməsi də Ermənistanda xəyal qırıqlığına səbəb olub. Ermənistanı Fransada bəzi qüvvələr özlərinə "bacı” sayırdı və ermənilər bundan çox məmnun idi. Amma artıq Emənistanın "ayağısürüşkən” obrazı dünya-aləmə bəlli olduğundan ondan üz çevirir çoxları.

İyunun 4-də başqa bir olay da oldu. Rusiya kəşfiyyatının keçmiş əməkdaşınınm ürəyinə bıçaq sancıb İrəvana qaçan erməni qatilə görə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Ermənistana gəldi. Bu gün İrəvanla Moskva arasında yeni gərginlik nöqtələri yaranır, əvvəlkilər çözülmədən. Söhbət Ermənistanın yeganə ümid etdiyi hərbi müttəfiqi ilə münasibətlərdən gedir. Belə bir durumda Türkiyə və Azərbaycan bayraqlarının qoşa dalğalanması, iki qardaş ölkənin əsgərlərinin birgə addımlaması adi məsələ deyil. /Musavat.com/

Xəbər 1230 dəfə oxunub






Oxşar xəbərlər

Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26343] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00935] calend [0.00053] topnewsend [0.00641] rsssend [0.00000] ehgend [0.00670] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23886]