Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:35 - 19.09.2019  
1 İYUN ÜÇÜN: Cehun Bayramov özünü doğrulda bilmədi…(?!)
Tarix: 1-06-2019, 18:39 | Bölmə: Xəbərlər » Ölkə içi

1 İYUN ÜÇÜN: Cehun Bayramov özünü doğrulda bilmədi…(?!)

 

 

 

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Amma bu gün uşaqları onlara təlim – tərbiyə verməli, cəmiyyət üçün yetişdirməli olan müəllimlərdən, direktorlardan müdafiə etmək məcburiyyətindəyik.

Bu təhlükə tendensiyaya çevrilir. Təhsil ocaqları uşaqlar üçün qorxu yuvalarına, işgəncə ocaqlarına çevrilməkdədir.
İndi valideynlər övladlarını ətraf mühitin mənfi təsirlərindən, küçənin pisliklərindən qorumaqla bərabər məktəb müəllimlərinin, direktorlarının caynağından xilas yolları axtarmaqdadır.
Oxucularımızda razılaşar ki, bu, bir millətin gələcəyinin faciəsinin başlanğıcıdır. Çünki vətəndaşlar özlərinin və uşaqlarının səhhətini yerli həkimlərə etibar etmədiyi kimi müəllimlərinə də güvənmirlər.
Lakin sabah hər kəs 1 iyundan, uşaqların müdafiəsindən, onlara dövlət qayğısından bəh-bəhlə danışacaq, "ağzına çullu dovşan” sığmayacaq.
Onlar unudacaqlar ki, başda Təhsil Nazirliyinin başbilənləri olmaqla məktəb direktorlarının, müəllimlərin göstərdiyi "qayğı” nəticəsində Elina intihar elədi, elinalar bu faciədən dəhşətli psixoloji travma aldılar, valide
ynlər xüsusilə qız övladlarına nəzarəti, məktəbdə basqı olub-olmadığına diqqət yetirməyi dərs götürdülər.
Hər bir ata həyəcanlanmağa başladı ki, onun məktəbli qızı Elinanın taleyini yaşaya bilər. Ən ağrılısı buydu ki, nazirlik insanları sakitləşdirmək, maarifləndirici işlər aparmaq, şagird-müəllim münasibətlərini nizama salmaq üçün addımlar atmadı. Sanki Elinanın özünü öldürməsi məişət zəminində bir hadisəymiş. Bu, ciddi sosial mesaj, həyəcan təbili idi.
Axı Elina tək deyildi. Onun faciəsindən sarsıntı keçirən yüzlərlə məktəbli qızlar oldu, müəllimlərə, direktorlara aşkar şəkildə heç bir sərt qulaqburması verilmədi. Əksinə, növbəti müəllim işgəncəsi təkrarlandı.
Söhbət Bakının Nərimanov rayonundakı 36 saylı məktəbin birinci sinif şagirdi balaca Ləmana müəlliməsi Arifə İsmayılovanın təzyiq göstərməsindən gedir.
A.İsmayılova ailəsinin yoxsul olmasına görə Ləmanın az pul gətirməsindən narazı qalır, məktəblini ayrı-seçkiliyə məru
z qoyur, döyür, psixoloji təzyiq göstərirmiş.
Məktəblinin bullinqə məruz qoyulması səbəbinin isə onun kasıb olması, digər uşaqlar 50-100 manat verəndə Ləmanın anasının 10 manata gücünün çatması olub.
Hətta məktəblinin anası Oksana Paşayeva ilə müəllimənin sözləri çəpləşib, A.İsmayılova ondan Ləmanı bu məktəbdən çıxarmağı tələb edib.
Dəhşətlidir. Hadisənin ictimailəşməsi 36 saylı məktəbin direktoru Emilya Səfərəliyevanı hərəkətə keçirir, Ləmanın evinə baş çəkir, könlünü alır, növbəti intihara bərabər basqının olduğu dolayısı ilə təsdiqlənir.
Direktorun Ləmangilə getməs sübut edir ki, qızcığaz məktəbdə müəlliməsinin təzyiqləri ilə üzləşib. Bu "nümunə” bir çox məktəblərdə yaşanır, kütləvi hal alıb, kimisi səsini çıxarmır, kimisi şikayət eləmir.
Təhsil ocaqlarını rüşvət yuvasına, bazara çevirənlər, tədrisdən başqa hər şey öyrədənlər Azərbaycanın gələcəyini, yeni nəsli necə məhvə sürüklədiklərinin fərqindədirlər.
Sadəcə, rüşvətə bulaşmış təhsil sistemi bunu diqtə edir. Maliyyəçi Ceyhun Bayramovun təhsil naziri vəzifəsinə gəlişindən sonra baş verənlər göstərdi ki, onun dərinləşməkdə olan böhranı aradan qaldırmaq gücü yoxdur.
Elinalar, Ləmanlar tək deyillər. Nazirlik xüsusi proqram əsasında fəaliyyət göstərməli, bu istiqamətdə narahatlıq doğuran, valideynləri təşvişə salan problemləri aradan qaldırmalıdır.
Məktəblər uşaqlar üçün girovluğa çevrilməməlidir. Hər bir valideyn övladını dərsə göndərir ki, təhsil alsın, müəllimin yumruq-şilləsini yeməsin, intihara təhrik edilməsin.
Pula görə uşaqları sıxışdırmaq nanəciblikdir. Bir millətin gələcəyini məhv etmək istəyirsənsə, təhsilini əlindən al şüarı artıq dərimizə işləyib, üzərimizdə bu "təcavüzü”, "terroru” hiss edirik. Təhsil naziri tərəfindən hansı ciddi bir bəyanat olub?
C.Bayramov təhsil şöbələrinin "bazarkom” sədrləri, məktəblərin alverçi direktorları, "kassir” müəllimləri barəsində hansı kompleks addımlar atıb?
Nazirlik kortəbii fəaliyyət göstərir, heç bir proqramı, konsepsiyası yoxdur, ört-basdır, malalama siyasəti yürüdürlər, özlərinə yaxın KİV-lərdə piarlarını təşkil edirlər.
Allahınızı sevərsiniz, bununla nəyə nail olmaq mümkündür, kimi aldadırsınız??? Ümumiyyətlə, məktəblərdə bullinqlər araşdırılmır, monitorinqlər aparılmır, komissiyalar təşkil edilmir.
Bakının və bölgələrin əksər məktəbləri Misir Mərdanov dövrünün qaydaları ilə işləyirlər. Amma insafən, Mərdanov dönəmində müəllimin şagirdi cəzalandırması, döyməsi faktlar istisna halda olardı. Bu gün internet resurslarında kifayət qədər faktlar tirajlanıb.
Elinanın qanının batırılması, direktorun həbs edilməməsi, eləcə də Ləmana təzyiq göstərilən məktəb direktoruna xəbərdarlıq edilməklə kifayətlənilməsi bu başıpozuq təhsil sistemində belə hallara son qoyulmayacağı qənaəti yaradır….
Anaxeber.info
Xəbər 1109 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34878] initstartout [0.00022] initstartin [0.00070] calstart [0.00930] calend [0.00051] topnewsend [0.00447] rsssend [0.00000] ehgend [0.00562] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32729]