Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:35 - 21.09.2019  
Anar Məmmədov ölkəyə qayıtdı - Təfsilat
Tarix: 31-05-2019, 10:34 | Bölmə: Xəbərlər » Ölkə içi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda keçirilən "Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb.
Anar Məmmədov ölkəyə qayıtdı - TəfsilatDemokratik.Az "Yeni-Müsavat"a istinadən xəbər verir ki, videodan belə anlaşılır ki, sabiq nazir oğlu Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər.  Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət dəyişib. 15 gün əvvəl Anar Məmmədovun əmisi Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi.
Bakı Beynəlxalq Avtovağzalı "2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən "ZQAN” Holding tərəfindən inşa edilmişdi. Baş podratçı isə "Bakı XXI Əsr” MMC adlı şirkət idi. "Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı "Trans European Leasing Group” LTD-dir. "Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi. E.Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu "Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, "Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi...
Məmmədovların yenidən fəallaşması, Elton Məmmədovun vəzifəyə təyinat alması, Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə maraqlı gəlişmələrin olduğunu göstərir.
Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən getmişdi. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. Həmin dövrdə Məmmədovların "ZQAN” adı ilə qurduqları, sonradan "Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən  çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin "Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində "Garant İnşaat Sənaye” MMC, "Garant Holding” MMC, "Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi.
Anar Məmmədov ölkəyə qayıtdı - TəfsilatAbşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.
Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən "Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və "qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü.
Üzərinə həbs qoyulmuş Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə tikinti sektorunda da fəaliyyət göstərən "ZQAN Konstrakşn” MMC, Məmməd Araz küçəsi, ev 25V ünvanında isə keçmiş "Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi. Anar Məmmədovun 7 ilə qədər ardıcıl inşaat işləri aparılan Bakıdakı 33 mərtəbəli hotelinin qapılarının bu günə qədər qapalı qalması da onun ölkəyə qayıtmayacağı iddialarını gücləndirmişdi. Belə söhbətlər yayılmışdı ki, Məmmədovlar Bakıdakı "Yelkən-hotel”i (əvvəlki adı "Trump Tower Baku”) Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən "Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb.
Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib. Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ "Trump Towers” adlanan brendin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin açılışı olmadı. 4 ildir ki, hotel fəaliyyətsizdir.  Hətta 2018-ci ildə hotelin fasadında meydana gələn yanğından sonra belə xəbərlər də vardı ki, tikili ümumiyyətlə sökülə bilər. Fasadında xüsusi qurğuların quraşdırılması hotelin sökülə biləcəyi ehtimalını artırırdı. Bu gün də açılışı olmayan binanın təmirə hazırlandığı və ya söküləcəyi haqda heç nə məlum deyil.
Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu "Quba Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən "Quba Palace” adı ilə fəaliyyətə başlayb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş "Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib.
"Yeni Müsavat”ın əməkdaşı Anar Məmmədovun ölkəyə qayıtması, holdinqinə daxil olan, sonradan digər şirkətlərin nəzarətinə keçən şirkətlərlə bağlı məhkəmələrə üz tutması, "Yelkən hotel”in açılışı və s. məsələlərlə bağlı onun vəkili Nihat Axundovla əlaqə saxlayıb. Vəkil müvəkkilinin Azərbaycanda olduğunu deyib, bildirib ki, digər məsələlərlə bağlı müvəkkilinin mövqeyini açıqlayacaq. 
Xəbər 924 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.48384] initstartout [0.00024] initstartin [0.00121] calstart [0.03611] calend [0.00078] topnewsend [0.00731] rsssend [0.00000] ehgend [0.07141] tagsstart [0.00093] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36577]