Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:24 - 18.06.2019  
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Tarix: 23-05-2019, 15:02 | Bölmə: Xəbərlər » Ölkə içi

Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?Azərbaycanda regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, hər yerdə olduğu kimi Zaqatala rayonunda da son illər böyük işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmir işləri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi həyata keçirilib. Rayon mərkəzində Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli lider Heydər Əliyevin abidə kompleksi ucaldılıb. Burada Heydər Əliyev Mərkəzi, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə- Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, yeni iş yerləri açılmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Bütün bunlar çox sevindirici bir haldır. Hərçənd ki, zaqatalalılar bu quruculuq işlərinə heç də ürəkdən sevinmirlər. Belə ki, bu parlaq quruculuq işlərinin arxasından bu gün hamı külli miqdarda dövlət vəsaitinnin talan olunmasından danışır. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu kimi əməlləri barədə dövrü mətbuat, elekton informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumatlar heç də görünənlərin hamısı deyil. Burada əhalini narahat edən, Mübariz Əhmədzadənin bir yerli sakin kimi rayon üçün deyil, özü üçün çalışmasıdır.  Məlum olduğu kimi son dövrlər regionların sosial iqtisadı inkişafı dövlət proqramı çərçivəsində  bütün rayonlara, o cümlədən Zaqatala  rayonuna da kifayət qədər böyük məbləğdə maliyyə ayrılsa da göstərilən vəsaitlərə rəğmən ciddi heç bir iş görülməyib və ya daha da böyük işlər görmək olardı. Məhz buna görə də əhali arasında icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var.

Aktualinfo.org redaksiyasına verilən məlumatlara görə bir çox məsələsərdə İcra başçısına rayon icra Hakimiyyətin Memarlıq və Tikinti şöbəsinin müdiri Fərman Əhmədov lap yaxından kömək edir. Kömək edir deyəndə, rayonda aparılan bütün tikinti və yenidənqurma işlərinə bir başa nəızarət edən Fərman Əhmədov dövlət büdcəsindən ayrılmış vəsaitlərdən əlavə sakinlərdən, kiçik sahibkarlardan yığdığı vəsaitləri toplayıb başçıya çatdırır. Biz yuxarıda son dövrlər Zaqatalada aparılan quruculuq işlərindən yazmışıq və bunu əbəs yerə etməmişdik. İndi təsəvvür edin Zaqatalada aparılan bu quruculuq işlərinə nə qədər vəsaitlər xərclənib.Təkcə Zaqatalada inşa edilən Heydər Əliyev Parkına, Heydər Əliyev Mərkəziin tikintisinə rəhbərlik etmiş Fərman Əhmədovun buradan külli miqdarda vəsait mənimsədiyi də bu gün rayonda dolaşan ən aktual mövzu, dildən düşməyən söz-söhbətdir. Sakinlərin sözlərinə görə keyfiyyətsiz və tələm-tələsik başa gələn bu işlərin hamısının artıq yenidən təmir olunmasına ehtiyac var. Dövlət büdcəsindən milyonların silinməsi bahasına başa gələn yolları yenidən dağıdıb, yenidən çəkdirən Mübariz Əhmədzadə və onun baş memar qohumu Fərman Əhmədovun yaşayışı yaxşılaşdıqca, xalqın güzəranı daha da pisləşir.

 Məlum olduğu kimi Prezident İlham Əliyevin Zaqatala rayonuna son səfərindən sonra Zaqatala şəhərində sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyətinə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılmışdı. Lakin görəsən Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə ayrılan vəsait həqiqətənmi məqsədli şəkildə istifadə olunub? Sözügedən işlərə binaların dam örtüklərinin dəyişdirilməsi, fasad hissələrinin, blok və pilləkənlərin təmiri də daxil olub. Lakin gəlin gedək görək .Zaqatala şəhərinin Natiq Məmmədov, Çingiz Mustafayev və Vasif Qurbanov küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri necə aparılıb? Rayonda Prezidentin Sərəncamla ayırdığı vəsaiti hesabına görülən işlər başçı Mübariz Əhmədzadə və baş memar Fərman Əhmədovun  yeyinti sahəsi kimi qələmə verilir. Sakinlərin sözlərinə görə onsuz da rayonda daş üstünə daş qoymağa icazə veməyən, hər hansı fərdi yaşayış evinin tikintisi üçün müxtəlif sənədlər tələb edən Fərman Əhmədovun son illlər Zaqatala rayonunda gördüyü işlərin hamısı bunlar deyil.

Son illər rayonun daxılı maliyyə mənbələri hesabına aparılan tikinti, təmir və abadlıq işləri həyata keçirilib. Əhmədzadələrin Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binasının,Zaqatala Müalicə-Diaqnostika Mərkəzinin tikintisindən, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının təmirindən, Zaqatala Uşaq İncəsənət Məktəbinin binasının təmirindən, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yeni yaşayış məhəlləsinin tikintisindən, sözügedən məhəllədəki məktəb binasının, uşaq bağçasının, tibb məntəqəsinin və digər obyektlərin tikintisindən,  rayonun bir çox kəndlərindəki yeni məktəblərin tikintisindən və bir çox orta məktəb və uşaq bağçalarının əsaslı təmirindən əldə etdikləri gəlirlər barədə artıq dövrü mətbuatda çoxdan yazılıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin var dövləti barədə də mətbuatda kifayət qədər yazılıb. onların qohumu,baş memar Fərman Əhmədovun rayonda görülən bu işlərin müqabilində əldə etdikləri nə qədər gizlin saxlannılsa da, sakinlərin sözlərinə görə Bakıdakı çoxsaylı mülk və obyektlərə yönəlib.  Bir sözlə sakinlərin redaksiyamızın əməkdaşlarına bildirdiklərinə görə Zaqatalanın tək problemi Əhməd Əhmədzadə, Mübariz Əhmədzadə deyil, həm də baş memar Fərman Əhmədovdur. /aktualinfo.org/

Xəbər 803 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25207] initstartout [0.00021] initstartin [0.00114] calstart [0.02672] calend [0.00052] topnewsend [0.00395] rsssend [0.00000] ehgend [0.01730] tagsstart [0.00076] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.20141]