"Direktorların işə qəbulu" niyə mücərrəd aparılır? - Ekspert yazdı

  • 07 may 2019, 15:11

Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Direktorların İşə Qəbulu" mexanizmində öz yerinə oturmayan xeyli qaranlıq və mücərrəd məqamlar var. Bu proses hələ də haqlı narazılıqlarla müşaiyyət olunur.

Tanınmış təhsil eksperti Elşən Qafarov bu barədə maraqlı status paylaşıb. O bildirib:

"Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırovun adı ilə "Direktorların İşə Qəbulu" müsabiqəsinin imtahan mərhələsindən ( keçid balı 24 bal idi ) və müsahibə mərhələsində uğurla keçən ,amma "naməlum" səbəblərdən təyinat almayan namizədlərə göndərilən məktublarda bildirilir ki, " ...Siz Direktorların İşə Qəbulu müsabiqəsinin bütün mərhələlərindən uğurla keçmisiniz və ehtiyat kadr sıyahısına alınmısınız " . Sual yaranır:- ölkənin ümumtəhsil məktəbləri üçün 8 aydır davam edən direktor müsahibəsi yenə davam edir və 8 ay bundan öncə olduğu kimi yenə də 700 direktor vəzifəsi vakant olduğu halda hansı ehtiyat kadr siyasıdan söhbət gedə bilər ?
Yəni doğurdan nazir Ceyhun Bayramov ,Eşqi Bağırovun özbaşınalıqlarından xəbəri yoxdur ? Və ya xəbəri varsa niyə tədbir görə bilmir ? 
P.S. Cavab hər birimizə məlumdur...

Şəkildə Eşqi Bağırovdur

Amma Eşqi Bağırov da deyir ki, bütün baş verənlərin səbəbkarı nazirin özüdür....

Yəni doğrudan nazir Ceyhun Bayramov ,Eşqi Bağırovun özbaşınalıqlarından xəbəri yoxdur ? Və ya xəbəri varsa niyə tədbir görə bilmir ? 

P.S. Cavab hər birimizə məlumdur... Amma Eşqi Bağırov da deyir ki, bütün baş verənlərin səbəbkarı nazirin özüdür....

Demokratik.Az

Oxşar xəbərlər