Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:47 - 25.08.2019  
Prezident İlham Əliyev Bakıda forumda iştirak edib - FOTOLAR
Tarix: 2-05-2019, 20:36 | Bölmə: Xəbərlər » Ölkə içi

Bugün - Mayın 2-də Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Prezident İlham Əliyev Bakıda forumda iştirak edib - FOTOLARDemokratik.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.

Prezident İlham Əliyev Bakıda forumda iştirak edib - FOTOLAR

Dövlətimizin başçısı V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söylədi.

Prezident İlham Əliyev bu mötəbər Foruma dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndənin qatıldığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğuladı. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı vurğuladı ki, Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. "Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışdı. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğuladı. Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlətimizin başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini dedi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söylədi. Dövlətimizin başçısı Forumun işinə uğurlar arzuladı və müzakirələrin səmərəli olacağına əminliyini ifadə etdi.

Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olundu.

Tədbirin moderatoru Forumun yüksək səviyyədə təşkilinə və dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, "Bakı Prosesi” sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək edən prosesdir.

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos ilk dəfə möhtəşəm Bakı şəhərində olmasından son dərəcə məmnunluğunu ifadə etdi. Bildirdi ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "Bakı Prosesi”nin tərəfdaşıdır. "Birlik Bakı Prosesi”nin ruhudur”, - deyən Migel Moratinos əlavə etdi ki, Bakı BMT-nin Sivilizasiyalararası Alyansının habına çevrilə bilər. O, dünyada baş verən hadisələr fonunda bu beynəlxalq mötəbər tədbirin vaxtında keçirildiyini vurğuladı və Forumda müzakirə olunacaq məsələlərin əsas istiqamətlərindən danışdı.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi vurğuladı. Bildirdi ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır. Nada Al-Naşif bu istiqamətdə UNESCO xətti ilə də silsilə tədbirlərin həyata keçirildiyini dedi, həmin mötəbər beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun daha səmərəli olmasına töhfələrini əsirgəmədiyini diqqətə çatdırdı.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Bakı Forumunun yüksək səviyyədə təşkilinə və bu mühüm tədbirə dəvətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, bu tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun çox zəruri olduğunu və bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini dedi. O, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə daim sadiqlik nümayiş etdirdiyini vurğuladı və Foruma uğurlar arzuladı.

Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirdi. O, "Bakı Prosesi”nin uğur tarixçəsinə çevrildiyini xüsusi vurğuladı. Avropa Şurasının dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, gənclərin maarifləndirilməsi və digər istiqamətlərdə kompleks iş apardığını deyən Qabriella Battaini-Draqoni bu baxımdan Bakı Forumunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu dedi. O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırdı, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğuladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tuveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırdı və Forumun işinə uğurlar arzuladı.

Xəbər 1361 dəfə oxunub






Oxşar xəbərlər

Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
İranlı Mühacirlər Cəmiyyəti Qubada “dəyirmi masa” keçirib
“Böyük yeddilik”: İran nüvə silahına malik olmamalıdır
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib – VİDEO
Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirib
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilib
Abutalıbovun gözqamaşdıran sərvəti – Siyahı + FOTO
“İcbari sığortaya keçid üçün azı 4 milyard pul lazımdır”
AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12343] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00635] calend [0.00037] topnewsend [0.00259] rsssend [0.00000] ehgend [0.00481] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10818]