Repçi Meydan TV-nin başına gətirildi

  • 30 apr 2019, 08:55

Emin Millini Camal Əli əvəzlədi; o, 1 il əvvəl layihəni tərk edibmiş?

Emin Millini Meydan TV-nin direktoru vəzifəsində əvəz edəcək şəxsin kimliyi bilinib. "Yeni Müsavat” xəbər verir ki, bu vəzifəyə kanalın əməkdaşı Camal Əli seçilib.

Camal məşhur "Host” rep qrupunun üzvlərindən biri olub və Almaniyada yaşayır. Əldə etdiyimiz məlumata görə, E.Milli təqribən 1 il əvvəl Meydan TV-dən ayrılıbmış. Sadəcə, qərar aprelin 28-də açıqlanıb.

Onun layihəni tərk etməsinin qeyri-rəsmi səbəbləri bilinmir. Lakin məlumatlara görə, uzun müddətdir ki, E.Milli Meydan TV-də direktorluq etmirdi, materialların yayımında təsir imkanları yox idi. Çünki qrant ayıran mənbələr və fondlar TV-nin rəhbər postu ilə bağlı qərar verir.

E.Millinin sözlərinə görə, hakimiyyətdə də, müxalifətdə də, mediada da, QHT-lərdə də olan rəhbərlər 20-30 il ərzində eyni vəzifədə qalmamalıdır: "Heç 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdırlar”.

Oxşar xəbərlər