Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:47 - 21.11.2019  
"DİQLAS"-dan çıxan tüstü - "Arif Qasımov geniş HESABAT verməlidir!"
Tarix: 27-04-2019, 19:41 | Bölmə: Xəbərlər » Ölkə içi

"DİQLAS"-dan çıxan tüstü - "Arif Qasımov geniş HESABAT verməlidir!"Paytaxtın Nizami rayonunda yerləşən məşhur "DİQLAS" Ticarət Mərkəzinin yanıb tam sıradan çıxmasından düz bir ay ötür. Bu müddət ərzində zəruri istintaq prosesləri getsə də, iş üzrə cinayət işi başlansa da, ictimaiyyət olay barədə xeyli məlumatsızdır. Eləcə də, ortada mühüm bir aktuallıq var. Bu müdhiş olaydan aidiyyatı qurumlar, eləcə də Nizami İcra Hakimiyyəti rəsmiləri dərs çıxarıblarmı? Nə etməli ki, belə yanğınlar təkrarlanmasın, nəticədə, illərlə bir Ticarət Mərkəzində çalışıb əziyyət çəkən sahibkarlar heç zaman dilənçi həddinə düşməsin?

Ötən ay - martın 26-da qeydə alınan arzuedilməz yanğın nəticəsində mindən artıq sahibkara ümumilikdə on milyonlarla manat zərər dəyib. Ticarət Mərkəzində hər ay yığılan icarə haqqı saya-hesaba gəlməsə də, TM-nin sahibləri icarədarlara dəymiş zərərin maddi qarşılığını həyata keçirmədilər. Bunu müxtəlif xahiş və bəhanələrlə yola verdilər. Əvəzində, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə zərərçəkmiş vətəndaşlara ilkin olaraq maddi yardım məqsədilə 3 milyon manat ayrılması barədə sərəncamı yadda qaldı. Yəni, TM-in sahibləri deyil, bu dəfə də dövlət baba mağdur vətəndaşlarına sahib çıxdı. 

"Demokratik.Az" xatırladır ki, yanğının səbəbləri araşdırılarkən Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən bəzi məsuliyyətsizlik halları aşkarlandı, sahibkarların dükanlarının sığorta edilməməsi, yanğın təhlükəsizlik normalarına riayyət edilməməsi və bu kimi nöqsanlar üzə çıxdı. Ardından məlum oldu ki, "Diqlas"-ın idarəçiliyi iki yerə bölünmüş haldadır, bir hissəsini idarə edən Araz Rəhimov və digər hissədar Rasim Məmmədov hər vəchlə günahlarına şərait yaradan daha böyük şəriklərin olduğunu anons etdilər. Yanğının günahı gah fövqəlnazirdə, gah obyekti vaxtaşırı təftiş edən komissiyalarda, gah da sahibkarların özlərində göründü. Amma, hər bir halda təbii ki, günah "DİQLAS"-ın özündə, gizlədilən əsas sahibində idi.

Hadisənin ardından, TM-nin əsl sahibinin kimliyi axtarılsa da, bir çox versiyalarla müxtəlif şəxslərin adı üzə çıxdı. Həqiqətin mahiyyəti sanki bilərəkdən bəzi maraqlı şəxslər tərəfindən ört-bas edildi. "DİQLAS"-ın külünə də, sahibkarların ahu-naləsinə də cavabdeh olan hər kimsə, ictimai müzakirədən və media qınağından bilərəkdən yayındırıldı.

"DİQLAS"-dan çıxan tüstü - "Arif Qasımov geniş HESABAT verməlidir!""Demokratik.Az"-a verilən bilgiyə görə, olay haqqında ən müfəssəl məlumatlara malik olan şəxs Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. İcra başçısı təkcə tam məlumatlı şəxs deyil, eləcə də belə arzuedilməz yanğının olmamasına dolayısıyla məsul olan məmurlardan biridir. Arif Qasımov rəhbərlik etdiyi rayonda zəruri inzibati nəzarət funksiyası həyata keçirən, belə nəhəng binalarda tikinti və şəhərsalma normalarının uyğunluğunu yoxlaya bilən, irad və təkliflərini bildirə bilən şəxsdir. İHB-də əsasən müavinlərin icra etdiyi "Fövqəladə hallar komissiyası" da var ki, bu səlahiyyətlərin icrası da cənab Arif Qasımovun birbaşa tabeliyindədir.

"DİQLAS"-dan çıxan tüstü - "Arif Qasımov geniş HESABAT verməlidir!"Xatırlayırsınızsa, 2015-ci ilin mayında Bakının Binəqədi rayonunda, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binası da yanmışdı və insanların ölümünə səbəb olmuşdu. Yanğına səbəb kimi də binanın penoplas üzlüyü göstərilmişdi. Yanğından sonra ölkə rəhbərinin tapşırığı əsasında ölkə üzrə bütün binalarda yanar üzlüklərə qadağa qoyulmuşdu. Lakin, nədənsə Arif Qasımov ötən illər ərzində "Diqlas"-ın yanar üzlüyünün dəyişdirilməsinə səy göstərməmişdir. Bu arqument xırda nöqsan kimi görünə bilər, amma, başçının "TM"-ə münasibətində sərgilədiyi loyallığa "NİYƏ?" sualını da yaradır. Cavabı: "Nizami rayonu ərazisində yanar üzlüyü hələ də özündə saxlayan xeyli sayda "Diqlas"lar var. İHB yanğına qarşı həssas durumu bəzi maddi maraqların müqabilində görməzlikdən gəlir. Bundan başqa, əldə etdiyimiz məlumata görə, Arif Qasımov "Diqlas"ı kurasiya edən bir "xozeyin"lə yamanca isti münasibətdədir".

"Diqlas" Mahmudovlarındır, yoxsa? - Arif Qasımova yaxın olan saytlar hansı məqsədə Şahmar Vəliyevin adını "TM"-ə şərikli biri kimi çəkib?

"DİQLAS"-ın külündə eşələndikcə, maraqlı və təkzibedilməz faktlarla, ziddiyyətli və maraqlı informasiyalarla rastlaşmaq olar.

Olay günü və ertəsi elektron KİV-lərdə yayılan xəbərlərə görə, "Diqlas" TM sabiq MTN şefi Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur və 2010-cu ildə təsis edilib. Təbii ki, söhbət rəsmi sənədləşmədən gedir.

Özəl mənbədən "Demokratik.Az"-a ötürülən bilgiyə görə, yanğından dərhal sonra, elektron KİV-lərdə Anar Mahmudovun adının hallanması sabiq MTN şefini və bir çoxlarını xeyli narahat edib. İctimai fikri əsas hədəfdən yayındırmaq üçün isə, müxtəlif cəhdlər edilib. 

Bu barədə "Yeni Müsavat" yazmışdı ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Seria - MA № 0072763 saylı) Çıxarışına görə, "Diqlas”ın tək sahibi Anar Mahmudovdur.

Lakin bunun ardından, Nizami rayon İHB-nin başçısı Arif Qasımovla çox yaxın olduğu deyilən bir sayt yeni versiya ilə çıxış edərək yazıb ki, "Dİqlas"-ın yarısı Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin və hərbi prokuror Xanlar Vəliyevin qardaşı, iş adamı Şahmar Vəliyevindir. Və "TM"-nin yarımidarəçisi kimi tanınan Rasim Məmmədov da məhz Vəliyevin adamıdır. 

Aldığımız bilgilərə inansaq, ölkədə iş adamı kimi tanınan Şahmar Vəliyevin "Diqlas"ın səhmlərinə hansısa sahibliyi yoxdur. Sadəcə, obyektə şərik kimi adıkeçən Rasim Məmmədovla dostluq münasibətləri var və "Diqlas"-da icarəyə götürdüyü mağazalarda əsasən xaricdən gətirdiyi çeşidli tikinti materialları satdırırmış.

Bu olayda sahibkar deyil, məhz mülkiyyətçi qiyafəsində Şahmar Vəliyevin adının çəkilməsi isə təsadüfdən daha çox sifarişə bənzəyir. Maraqlısı isə budur ki, bu cür çaşdırıcı xəbərlər Nizami İHB-nin birinci şəxsinə yaxın adamların - həmyerlilərinin saytlarında işıq üzü görüb. Bütün başqa izlər də dezinformasiyanı məhz Arif Qasımova doğru aparır.

"DİQLAS"-dan çıxan tüstü - "Arif Qasımov geniş HESABAT verməlidir!"İllər əvvəl icra başçısının dəbdəbəli və analoqsuz bahalı bir kresloda əyləşdiyini yəqin ki, xatırlayırsınız. Media həmin mövzuya da həssaslız göstərmişdi. Lakin, sual etməmişdi ki, Arif Qasımova kral kreslosunu kim və niyə alıb?

"Demokratik.Az"-ın yeni əldə etdiyi məlumatlarda o da deyilir ki, bu kreslo başçıya məhz "Diqlas"-ın həmsahibi Araz Rəhimov tərəfindən hədiyyə edilibmiş.

Adıçəkilən sahibkar başçının ən yaxın dostlarından biridir.

Təsadüfi deyildi ki, yanğının sabahı icra başçısı ilə paralel olaraq zərərçəkmiş sahibkarların qarşısına "Diqlas" yetkililərindən yalnız Araz Rəhimov çıxıb və arendatorları sakitləşdirməyə çalışıb. Hətta, çıxışında bildirib ki, xaricə əməliyyat olunmağa getsə də, hadisəyə görə dərhal Bakıya qayıdıb.

Böyük ehtimal, icra başçısı dostunun da köməyilə həssas məqamda özlərinə qarşı stabilliyi birbaşa ünsiyyətlə ram etməyə məcbur olublar. 

Araz Rəhimov: "elə bilin ki, sizin malınız, mənim də evim yanıb.." - deyə insanları şikayətlənməməyə, sakitləşməyə çağırıb. 

Mənbəmiz bildirir ki, Araz Rəhimovun açıqlama verməsinə və xaricdən dərhal geri qayıtmasına səbəb, icra başçısının real tələbləri olub.

Videomaterialdan da görünür ki, Araz Rəhimov çıxışında açıq bildirib: "Həyat elə gətirdi ki, "Diqlas" iki hissəyə bölündü və iki hissədə idarə etməyə başladıq..." - və sair...

"Diqlas"-ın niyə və hansı şəraitdə ikiyə bölünməsi barədə daha səhih məlumatlara isə bizlər hələlik sahib deyilik. Fəqət, əgər yanmış "TM" təsisçiliklə Anar Mahmudovun adına rəsmiləşibsə, obyektin idarəçiliyi isə ikiyə bölünübsə, onda Araz Rəhimov kimi təmsil edir? Özünümü, yoxsa Sabiq MTN şefinin oğlu Anar Mahmudovu? "Diqlas"ın "X" şərikləri bəs, kimlərdir?

Bundan başqa, adıçəkilən üzü görünməyən digər idarəçi Rasim Məmmədov kimdir? O da təmsilçidir, yoxsa, real şəriklərdən biridir?

Belə anlaşılır ki, bu sualların cavabı icra başçısı Arif Qasımova da yaxşı bəllidir. Yoxsa, Nizami İHB-yə yaxınlığı ilə seçilən xəyalpərəst jurnalist zümrələri yanğının sabahı olay ətrafında analogiya apararaq MTN-in sabiq naziri ilə hər zaman düşmən mövqeyində dayanmış Vəliyevləri gündəm etməzdi.

"Diqlas"ın yanması ilə Gəncənin icra başçısına atılan gülləni eyniləşdirmək, Mingəçevir ES-də baş verən təxribat və ya nasazlıqla bir tutmaq, yanğını hansısa klanlararası qisas adlandırıb şərhlər etmək zatən yersiz görünürdü. Sifariş deyildisə...    

"DİQLAS" yanğınından çıxan tüstülü müəmmalar əslində bütün ölkəni bürüyə bildi. Buna görə, Nizami rayonunun birinci adamı Arif Qasımov da öz geniş HESABATını verməlidir!

Biz də məmnuniyyətlə dinləyib dərc etməyə hazırıq... 

Osman Nərimanoğlu

Demokratik.Az

Xəbər 2850 dəfə oxunub






Oxşar xəbərlər

Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.41800] initstartout [0.00024] initstartin [0.00107] calstart [0.01110] calend [0.00053] topnewsend [0.00465] rsssend [0.00000] ehgend [0.00862] tagsstart [0.00089] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.39085]