Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?

  • 16 apr 2019, 14:57

Abşeron rayon İcra hakimiyyətində daxili narazılıqlar baş qaldırıb.

Media səhifələrində mütamadi hədəfə gələn Abşeron İHB - də təmsil olunan məmurlar bəzi olayların şokuna girərək, "soyuq müharibə" şəraitində bir - birilərinə qarşı qütbləşiblər.

"Demokratik.Az"-ı bu barədə bilgiləndirən mənbənin sözlərinə görə, royonun xanım icra başçısı ilə ərköyün müavini hazırda açıq müstəvidə üz-üzədir. Söhbət, icra başçısı İradə Gülməmmədova və müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov arasında maraqlı nüfuz bölgüsündəki qalmaqaldan gedəcək.

"Demokratik.Az"-a ötürülən özəl bilgiyə görə, son aylarda rayon ərazisində torpaqların satılması, şikayətçi vətəndaşların sayının durmadan artması bütün yerli məmurları çətinə salıb.

Abşeron "KRALİÇA"SI Masazırda yolsuzluğa girdi - Yolu kim və niyə satdı?

Mənbənin dediyinə görə, ötən həftə Masazırda yolun satılması, bir neçə gün sonra isə bir vətəndaşın evinin uçurulması Prezident Aparatının məsul şəxslərinin də diqqətini Abşerona yönəldib. Deyilənə görə, hər iki məsələ ilə əlaqədar xanım icra başçısı PA-da geniş izahat verməli olub və nəticədə danlanıb. Lakin, xanım icra başçısı baş verənlərlə şəxsən əlaqəli və maraqlı olmadığını da bildirib. 

Ötən gün isə İHB-də bir neçə problemin çözülməsi üçün müzakirələr aparılarkən xanım icra başçısı günahların bir çoxunu müavini Fuad Cəbrayılova yönəldərək ona işdən çıxması barədə tələb və təklif irəli sürüb. Qarşı tərəf təbii ki, etiraz edib və rəsmi əsas istəyib. Belə olduqda, icra başçısı iclasda maraqlı bir əsas gətirib. "Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərində hümanitar məsələlər üzrə müavinlərin hamısı xanım olduğu halda, Abşeron rayonunda Fuad Cəbrayılovdur. Ona görə də, eyni vəzifəyə qadın təyin olunmalıdır. Fuad Cəbrayılov bu vəzifədən getməlidir!"

Aldığımız məlumata görə, vaxtilə Abşeronun sabiq icra başçısı işləmiş (hazırda Sumqayıtın icra başçısı) Zakir Fərəcov mübahisəyə müdaxilə etməli olub və xanım xələfinin arqumentlərinə narazılığını bildirib. Vaxtilə özünün "köməkçi"si işləmiş Fuad Cəbrayılovu müdafiə edib. F.Cəbrayılova qarşı iddiaların və tələbin durdurulmasını istəyib. 

Apardığımız araşdırma zamanı həqiqətən məlum oldu ki, Abşeron İHB-də bir dənə də olsun qadın müavin yoxdur. Prezident Administrasiyasının illər öncə icra hakimiyyətlərinə müvafiq təlimatı qəsdən pozulub. Başçının hümanitar məsələlər üzrə müavininin qadın olması ilə bağlı göstərişə əməl edilməyib. Və bu postu illərdir kişi təmsil edir. 

Görünən odur ki, vaxtilə Zakir Fərəcov sabiq müavini olmuş İradə Gülməmmədovanı sərbəst icra başçısı kimi deyil, sabiq köməkçisi Fuadı və Fuad Cəbrayılovu belə müdafiə etməklə hələ də xanım müavini kimi görür. Ancaq, Abşeronun xanım icra başçısı İHB-də gender balansına, PA-nın tələbinəəməl etmək üçün müavin postuna mütləq həmcinsini gətirməlidir. Bunun üçün isə təbii ki, Fuad Cəbrayılov postu verməlidir...

Bəs, Fuad Cəbrayılov postunu hansısa qadına verəcəkmi? Qanunlar və təlimatlar bunu deyir, amma nəticəni zaman özü göstərəcək...

Məlumat üçün onu da bildirək ki, adıçəkilən Fuad Cəbrayılov təkcə qadın müavinlərə nəzərdə tutulmuş vəzifəni icra etmir, eləcə də Zakir Fərəcovun Abşeron ərazisində qeyri-rəsmi nümayəndəliyini də həyata keçirir. Bu barədə dedi-qodular dolaşmaqdadır.

Abşeron ərazisində satılmaqda olan torpaq sahələrinə nəzarətçi kimi hələ də sabiq başçının və Fuad Cəbrayılovun adının hallanması da görünür təsadüf deyil.

Osman Nərimanoğlu

Adıkeçən hər kəsin söz haqqını tanıdığımızı bəyan edirik...

Demokratik.Az

Oxşar xəbərlər