Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:27 - 18.10.2019  
Sabitlik adası, inkişaf məkanı
Tarix: 1-02-2015, 15:48 | Bölmə: Xəbərlər » Ölkə içi

Dünya iqtisadiyyatında illərdir davam edən qlobal böhrana və son aylar neftin ucuzlaşmasına baxmayaraq, ölkəmizin iqtisadi mənzərəsində dinamik inkişaf müşahidə olunmaqda davam edir, çoxlarının həsəd apardığı siyasi stabillik isə özünü gələcək islahatların etibarlı təminatçısı kimi büruzə verir. 

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş 3-cü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycanın perspektivlərini belə qeyd edib: "Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır”.
Siyasi stabilliyi təmin edən amillər dövlətimizin beynəlxalq güc mərkəzlərinin təzyiqlərinə layiqli cavab verməsi və beynəlxalq nüfuzunu qorumaqla yanaşı, ölkə daxilində sosial-iqtisadi layihələri inamla həyata keçirməsi, sıravi vətəndaşların güzəranının gündən-günə yaxşılaşması ilə bağlıdır. Əhalinin həyat səviyyəsinin yüksəlməsi, gəlirlərinin artması, bütünlükdə sosial rifahının yüksəlməsi dövlətə sıravi vətəndaşların inamını və bağlılığını artırır, daha böyük nailiyyətlərə imza atmağa zəmin yaradır. Eyni zamanda müasir dünya düzənində bütün ölkə monolit birlik nümayiş etdirə bilir. Adı çəkilən konfransda dövlət başçısı bu məsələyə ayrıca toxunub: "Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır”.
Dövlətin iqtisadi islahatlar mexanizminin nə dərəcədə cəld, təsirli və faydalı olmasını statistik rəqəmlər də sübut edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 39,4 milyard, əhalinin hər nəfərinə düşən gəlirlərin illik həcmi orta hesabla 4180,5, aylıq həcmi isə 348,4 manata çatmışdır. Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Beləliklə, 2014-cü ildə əhalinin sərəncamında qalan gəlir 35,9 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,1 faiz artmışdır.
Başqa misal da çəkmək mümkündür. İslahatların minlərlə sıravi vətəndaşın maraqlarına xidmət edən, lakin statistik rəqəmlərdə əksini tapmayan, o qədər də nəzərə çarpmayan tərəfləri də mövcuddur. Bu sırada ən vacib tədbirlərdən biri kimi dövlətin bütün özəl şirkətləri və sahibkarları işçilərlə əmək müqaviləsinin bağlanmağa çağırması, bu sahədə nəzarəti ciddiləşdirməsi və cərimələri sərtləşdirməsini qeyd etmək olar. Dövlət işə götürənlərlə işə götürülənlər arasında seçim etmədən ikinci tərəfin maraqlarının qorunmasına üstünlük verməsi həm də "kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına, müasir biznesdə şəffaflığın təmin edilməsinə xidmət edən vacib amildir.
Digər bir maraqlı məqam isə son illər ölkədə əmək qabiliyyətli yaşda olan əhalinin sayının artmasıdır. Əgər bu rəqəm 1990-cı ildə təxminən 3,8 milyon idisə, 1995-də 4,06 milyona, 2000-də 4,5 milyona, 2005-də 5,3 milyona, 2010-da 5,9 milyona, 2013-cü ildə isə 6,1 milyona çatmışdır. Bu göstəricilər əhalinin sayının artması ilə mütənasiblik təşkil edir. Lakin inkişaf etmiş ölkələrdə fərqli və bir qədər də bədbin proseslər gedir, əhalinin ümumi sayında cüzi artım fonunda təqaüdçülərin sayının sürətlə artması baş verir. Yəni, əmək qabiliyyətli işçi qüvvəsinin sayı azalır. Bu amil meqoiqtisadiyyata mənfi təsir edir, bir sıra problemlər yaradır.
Bizdə isə iqtisadiyyatda çalışan əmək qabiliyyətli yaşdan yuxarı olan şəxslərin ümumi sayı azalır. Yəni, işçilərin orta yaş həddi getdikcə aşağı düşür, bir növ cavanlaşma baş verir. Digər maraqlı bir fakt iqtisadiyyatda məşğul olan yeniyetmələrin sayının 1990-cı ildən 2010-cu ilə kimi 11,6 min nəfərdən 6 min nəfərə qədər aşağı düşməsidir. 2012-ci ildən isə bu rəqəmin sıfıra enməsini ölkə iqtisadiyyatında yaddaqalan bir dönüş kimi qeyd etmək olar. Bu o deməkdir ki, artıq dördüncü ildir Azərbaycanda yeniyetmələrin istismarına yol verilmir. Müasir dünyanın tələbləri ilə uzlaşan iqtisadiyyatın belə qurulması onun intellektual tutumunun möhkəmlənməsinə dəlalət edir.
2015-ci il yanvarın 1-nə olan məlumata görə, ölkədə iqtisadi fəal əhalinin sayı 4,84 milyondur və onun 4,6 milyonu əmək fəaliyyəti ilə məşğuldur. 2014-cü il dekabrın 1-i vəziyyətinə görə isə muzdla çalışan işçilərin sayı 1,5 milyondan artıq olmuş və onların 883,7 min nəfəri iqtisadiyyatın dövlət, 624 min nəfəri qeyri-dövlət bölmələrində fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi informasiya və rabitədə, 17,4 faizi iqtisadiyyatın digər bölmələrində məşğul olmuşlar.
2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 442,1 manat təşkil etmişdir. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu rəqəm 565 dollardır. Orta aylıq pensiya isə 24 dollardan 221 dollara çatmışdır.
İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Həmçinin özəl sektorda yüksək maaş alan minlərlə ixtisas sahiblərini xüsusi qeyd etmək lazımdır. Dünyanın ən məşhur təhsil müəssisələrində müasir ixtisaslara yiyələnən gənclərimiz ölkəyə dönür, xarici mütəxəssisləri əvəz edir, iqtisadiyyatımızın inkişafına təkan verirlər.
İki maraqlı faktı qeyd etmək yerinə düşərdi. Rəsmi statistik məlumatlarda göstərilir ki, 2015-ci il yanvarın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,7 min nəfərdir. İşsizliyə görə orta müavinətin məbləği isə 289,2 manatdır. Əlbəttə, qlobal dünya böhranında inkişaf etmiş ölkələrdə 100 minlərlə iş yerinin ixtisara salınması, şirkətlərin və nəhəng korporasiyaların çökməsi fonunda bizim uğurlarımız sanballı görünür. Dünyanın aparıcı kredit reytinq agentliklərinin Azərbaycanın suveren reytinqlərini artırması, Davos Dünya İqtisadi Forumunun ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görməsi, manatın ildən-ilə öz dəyərini artırması əsas makroiqtisadi göstəricilərimizdir. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu məsələyə də toxunmuşdur: "Bu statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər”.
Qlobal böhran əslində meqoiqtisadiyyatda baş verən qlobal yeniliklərdir. Bir sıra dövlətlərin iqtisadiyyatı çökür, digərlərininki isə dirçəlir. Bir regionda tənəzzül varsa, mütləq digərində intibah baş verir. Lakin bu intibahın dalğasını tutmaq, onun üstündə yelkənləri qaldırıb irəli üzmək üçün ağıllı, iradəli, bir sözlə, başqalarından fərqli və güclü olmaq lazımdır.
"İqtisadi müstəqilliyə nail olmasaq, siyasi müstəqilliyimiz də yarımçıq olacaq” fikrini III minilliyin əvvəlində deyən Azərbaycan Prezidenti İlham Əliyev sonuncu konfransda bir daha bu mövzuya qayıtdı. Böhranın girdabında çapalayan ölkələri, dilənçi aqibətini yaşayan Ermənistanı yada salaraq qeyd etdi ki, bu ölkə nəinki müstəmləkə, hətta nökər adına da layiq deyil. Milli ləyaqətini kriminal xuntanın ayaqları altına atan bu dövlət rəzil durumdadır, onlar müstəqil ölkə kimi yox, müstəmləkə kimi yaşaya bildiklərini sübut etdilər.
Sonra dövlət başçısı bu müqayisədə ölkəmizin üstünlüklərini qeyd etdi: "Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

 

Xəbər 2628 dəfə oxunub






Oxşar xəbərlər

Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37862] initstartout [0.00022] initstartin [0.00098] calstart [0.01199] calend [0.00093] topnewsend [0.00823] rsssend [0.00000] ehgend [0.07179] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28374]