Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:41 - 20.04.2019  
VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları
Tarix: 15-03-2019, 09:42 | Bölmə: Xəbərlər » Ölkə içi

5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini və  42 sabiq dövlət başçısının iştirak etdiyi forumda prezident İlham Əliyev Azərbaycanın dünya siyasətində yeri, enerji layihələrindən və Qarabağ münaqişənin həlli yollarından danışdı

VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajlarıMartın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. "Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

VII Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq forumun əhəmiyyətini vurğulayıb. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü prezident İlham Əliyevə verib.

Dövlət başçısı forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıb.

Azərbaycanın xarici siyasətindən danışan dövlət başçısı bildirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. "Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, - deyən prezident Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.

Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan prezident bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. "Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Prezident forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəldib, bu ideyanın dünyada təbliğ edildiyini vurğulayıb. "Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”, - deyən dövlət başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirib.

VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları"Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir, böyük sərmayələr qoyur. Mühüm beynəlxalq enerji şirkətləri ilə bir yerdə gördüyümüz işlər təkcə xalqımıza mənfəət gətirmir, eyni zamanda, Azərbaycanda və regionda on minlərlə yeni iş yeri yaradır və təbii ki, beynəlxalq əməkdaşlığa öz töhfəsini verir”, - deyə, prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi: "Bu, tarixdə ilk dəfə bizim sayəmizdə mümkün oldu. Bu gün biz Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Albaniya, Yunanıstan və İtaliyanı birləşdirən nəhəng qaz kəməri layihəsini həyata keçiririk. Söhbət yekunlaşmaq üzrə olan TAP kəmərindən gedir. Biz Cənub Qaz Dəhlizini ötən il istismara verdik və həmin ilin iyun ayında onun komponenti olan TANAP kəməri də istifadəyə verildi. Azərbaycan qazı həmin kəmər vasitəsilə artıq nəql olunur və ümid edirəm ki, gələn il biz bu layihəni tam şəkildə başa çatdıracağıq. Bu, regionda ən nəhəng infrastruktur layihəsidir, ona qoyulan bütün sərmayələrin həcmi təqribən 40 milyon ABŞ dollarına bərabərdir. Burada biz güclü beynəlxalq maliyyə təsisatlarının dəstəyini görürük, burada korporativ maliyyə vəsaitləri istifadə olunur. Yəni bu, ölkələr və şirkətlər arasında olan sıx əməkdaşlığın nümunəsidir və təbii ki, bizim planlarımız daha irəli gedən planlardır. Biz artıq Balkan ölkələri, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro ilə anlaşma memorandumları imzalamışıq və ümid edirəm ki, növbəti mərhələdə sıx əməkdaşlığa başlayacağıq. Bu layihəyə cəlb olunmaq istəyən ölkələrin coğrafiyası da gündən-günə artır. Bu, bir daha onu göstərir ki, bizim nəqliyyat təşəbbüslərimiz geniş beynəlxalq əməkdaşlıqla nəticələnir. Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik. Burada Asiya, Avropa ölkələri və təbii ki, Avropa İttifaqına üzv olan dövlətlər iştirak edir. Bu, çox böyük bir nailiyyətdir, böyük sərvətimizdir və biz yalnız bu prosesin ilkin mərhələsindəyik. Bu proses başa çatdıqdan sonra böyük iqtisadi mənfəət olacaq, on minlərlə yeni iş yeri yaranacaq və təbii ki, bu, ölkələri biri-birinə daha da sıx bağlayacaq”.

Dövlət başçısı forumun işinə uğurlar arzulayıb.

Sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova prezidenti İqor Dodon, Monteneqro prezidenti Milo Dukanoviç, Bolqarıstanın baş naziri Boyko Borisov çıxış ediblər.

Daha sonra İtaliya prezidenti Sercio Mattarellanın,  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyin, BMT baş katibi Antonio Quterreşin foruma müraciəti oxunub.

Forumda Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike- Freyberqa çıxış edib.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub.

Forum bu gün öz işini davam etdirəcək.

Xəbər 802 dəfə oxunub






Oxşar xəbərlər

Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20562] initstartout [0.00016] initstartin [0.00071] calstart [0.00869] calend [0.00049] topnewsend [0.00374] rsssend [0.00000] ehgend [0.02713] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16401]