Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:37 - 23.08.2019  
Etibar Pirverdiyev vəzifədən getdi, “Expressbank”ın da “işığı söndü”
Tarix: 5-02-2019, 09:48 | Bölmə: Xəbərlər » Ölkə içi

Əkrəm Həsənov: "Pirverdiyev ölkənin enerji sistemini böyrü üstə qoyub getdiyi kimi, onun adına bağlı olan biznes strukturları da həmin duruma düşüb”

Etibar Pirverdiyev vəzifədən getdi, “Expressbank”ın da “işığı söndü”Azərbaycanda fəaliyyət göstərən banklar 2018-ci ilin yekun hesabatlarını açıqlayıblar. Ötən ili ən böyük mənfəətlə - 425 milyon 841 min manatla "Azərbaycan Beynəlxalq Bankı” yekunlaşdırıb, ən böyük zərərlə qapadan isə 250 milyon 478 min manatla "VTB Bank (Azərbaycan)” olub. Bu haqda azpolitika.info xəbər yayıb. Maraqlıdır ki, ən çox zərər edən 2 bank Rusiya banklarının Azərbaycandakı törəmələri olan "VTB Bank (Azərbaycan)” və "Nikoyl Bank”dır. Yerli bankların arasında isə birinci yerdə 23 milyon 755 min manat zərərlə "Expressbank” qərarlaşıb.

Əslində bu bankın ötənilki faiz və qeyri-faiz gəlirlərində, eləcə də ümumi gəlirlərində 6 milyon manata yaxın artım müşahidə olunub və bu göstərici 2017-ci ildəki 38 milyon 719 min manatdan 44 milyon 497 min manata yüksəlib. Bankın faiz gəlirləri kifayət qədər yüksək olsa da, ehtimal olunan kredit itkiləri üçün 24 milyon 988 min manatlıq ehtiyat yaradılması onun 2 milyon 155 min manat faiz zərəri etməsilə nəticələnib. Bu isə ciddi məbləğdə riskli kreditlərin mövcudluğundan xəbər verir. Ancaq ötən il əgər böyük məbləğdə zərər açıqlayan "VTB Bank Azərbaycan” və "Nikoyl Bank”ın bu göstəriciləri əsasən ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına ayrılan iri vəsaitlərlə bağlıdırsa, "Expressbank”ın zərərində inzibati və ümumi xərclərinin 26 milyon 128 min manat təşkil etməsinin xüsusi rolu olub.

Çünki bu xərclərdən öncə bank 2 milyon 373 min xalis gəlir əldə edib ki, burada da "Expressbank”ın 4 milyon 528 min manat qeyri-faiz mənfəəti əldə etməsinin əhəmiyyətli rolu var. Ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına, eləcə də ümumi və inzibati xərclərə böyük məbləğlər ayırması nəticəsində "Expressbank” yerli banklar arasında zərərin miqdarına görə liderə çevrilib. Xatırladaq ki, sözügedən bank 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə tamamlamışdı.

Bankın cari balans kapitalında da azalma müşahidə olunub. Belə ki, 2017-ci ildə 144 milyon 317 min manat cəmi balans kapitalına malik olan bankın bu göstəricisi 119 milyon 348 min manata enib. Lakin bütün bunlarla yanaşı, bankın cəmi aktivləri 26 faizə yaxın artaraq 395 milyon 204 min manata çatıb. Müştərilərə verilən kreditlərin həcmində də 50 milyon manatdan çox artım var. Həmçinin əhalinin bu bankdakı əmanətləri də 19 milyon manat çoxalıb. Digər mühüm göstəricilər olan məcmu kapitalın həcmi və adekvatlığı da kifayət qədər yüksək olub.  Onu da qeyd edək ki,  "Expressbank” "Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Elə rəsmən də bankın əsas səhmdarları Priverdiyevə məxsus "AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qayını olduğu bildirilir. Bu şəxsə həmçinin "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin 98,5 faizi məxsusdur.

"Yeni Müsavat”a daxil olan məlumata görə "Expressbank” Etibar Pirverdiyev vəzifədə olduğu müddətcə bunca zərərlə işləməyib. O, vəzifədən gedəndən sonra isə bankın zərərinin artması nə ilə izah oluna bilər?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, "Expressbank” Etibar Pirverdiyevin himayəsində olması kimsəyə sirr deyil:"Vaxtilə ”Atabank" da Fazil Məmmədovun himayəsində idi. "Expressbank” Etibar Pirverdiyevin vaxtında da zərərlə işləyən banklardan idi. Amma Etibar Pirverdiyev vəzifədə olanda bankın, digər şirkətlərinin problemlərini telefonla həll edirdi. İndi isə onun zənginə əvvəlki reaksiya da verilməz. İnanmıram ki, Pirverdiyev vəzifədən gedəndən sonra kiməsə zəng edib bankın problemlərini həll edə bilər. Ona görə də hazırda belə bir vəziyyət yaranıb. Əvvəllər belə idi ki, "Expressbank”ın qaytarılmasında problemlər olan kreditləri ilə bağlı məsələ məhkəmə müstəvisinə gedib çıxanda Etibar Pirverdiyevi eşidirdilər, bankın xeyrinə qərar verilirdi. Bu gün köhnə metodlar keçərli deyil. Təbii ki, bu halda da problemlər əvvəlki kimi həll oluna bilmir və üzə çıxır. Məlum olur ki, "Expressbank”ın xeyli problemli kreditləri var".

Əkrəm Həsənov deyir ki, mümkündür ki, Etibar Pirverdiyev vəzifədə olduğu müddətdə "Expressbank”ın problemli kreditlərini ört-basdır ediblər: "Əvvəllər də zərərlər olub, sadəcə, üzə çıxarmayıblar. Hazırda isə bankın güclü himayədarı yoxdur deyə zəng edib işləri yoluna qoya bilmir. Necə ki, ölkənin enerji sisteminə milyonlarla pul qoyulurdu, hər şeyin qaydasında olması bəyan edilirdi, bankla bağlı da eyni durum olub. Enerji sistemindəki qəza real durumu bütün çılpaqlığı ilə ortaya qoydu. Həmin qəza faktiki olaraq Etibar Pirverdiyevin adına bağlı olan bütün biznes strukturlarında da zəncirvari reaksiyaya səbəb olub. Həmin qəza ilə üzə çıxdı ki, büdcədən xərclənən o boyda pullar illərdir enerji sistemində köklü dəyişikliyə səbəb olmayıb. 1 günün içində bütün ölkə işıqsız qaldı. Etibar Pirverdiyev ölkənin enerji sisteminin böyrü üstə qoyub getdiyi kimi, onun adına bağlı olan biznes strukturları da həmin duruma düşüb”.

Bununla belə, Əkrəm Həsənov deyib ki, "Expressbank”ın kadr potensialı kifayət qədər yüksəkdir, oradakı idarəetmə əksər Azərbaycan banklarında yoxdur.

"Yeni Müsavat”

Xəbər 1188 dəfə oxunub






Oxşar xəbərlər

Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11744] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00706] calend [0.00040] topnewsend [0.00270] rsssend [0.00000] ehgend [0.01690] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08918]