Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:36 - 20.06.2019  
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Tarix: 14-01-2019, 09:08 | Bölmə: Xəbərlər » Ölkə içi

Prezidentin müşavirədəki çıxışı bir daha göstərir ki, 13 ay əvvəlki qərarın səbəbi vergi sahəsində yaradılan xaosla bağlı olub; Fazil Məmmədovun əməllərinin yenidən yada salınması həm də o deməkdir ki, keçmiş nazirin xəstəliyi onun günahlarını azaltmayıb və dövlət başçısı onu bağışlamayıb...

Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!13 ay əvvəl qəfil işdən çıxarılan vergilər naziri Fazil Məmmədovun məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı iddialar yenidən təzələnib. 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov son illər işdən çıxarılan nazirlərdən ən gənci olsa da (1964-cü il) uzun aylardır ki, Azərbaycandan kənarda müalicə olunurdu. F.Məmmədov ötən ilin sonlarında Bakıya qayıtdı və dərhal da onun yenidən ağır cərrahi əməliyyat keçirdiyi xəbəri yayıldı. Onun indi harada olduğu və sağlıq durumu barədə informasiya yoxdur. Amma onun əməlləri haqda hələ də danışılır.

Prezident İlham Əliyev yanvarın 11-də nazirlərlə keçirdiyi müşavirədə vergi sahəsində dərin islahatlar aparıldığını deyib. Prezident adını çəkməsə də, Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrü yada salıb: "Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü”.

Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!

Dövlət başçısı əlavə edib ki, F.Məmmədovun nazir olduğu illərdə vergi sahəsində özbaşınalıq hökm sürüb: "Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır”. 

Dövlət başçısı qeyd edib ki, həm vergi, həm gömrük  sahələrində işləyənlərə xəbərdarlıq edilib ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. "Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar” deyə, dövlət başçısı bildirib.

Prezidentin çıxışı bir daha onu göstərir ki, 13 ay əvvəlki qərarın səbəbi F.Məmmədovun içki düşkünü yox, ən əsası vergi sahəsində yaratdığı xaosla bağlı olub. Bunu o səbəbdən yada salırıq ki, F.Məmmədovun "içki məclislərinə” görə işdən çıxarıldığı iddia olunurdu. Sabiq nazirin ətrafı mediaya hətta F.Məmmədovun tezliklə hansısa ölkəyə səfir göndəriləcəyi barədə dezinformasiyalar yayırdı. Bu, əlbəttə ki, diqqəti sabiq nazirin 17 ilik fəaliyyətindən yayındırmaq cəhdi idi. Amma yeni vergilər naziri Mikayıl Cabbarov ilk çıxışında F.Məmmədovun fəaliyyətini ciddi tənqid etməklə qərarın əsl səbəbini göstərmiş oldu. Yeni nazir F.Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığını, həmin pulların şəxsi ciblərə axdığını bildirmişdi.

Vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə mediada yayılmış iddialardan sonra isə F.Məmmədovun ürəyi dözmədi. F.Məmmədovun ürəyinin tutması mediada ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf etməsi onun məsuliyyətdən yayınmaq cəhdi kimi də qiymətləndirilirdi. İddia olunurdu ki, əslində sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli-miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün "xəstələnib”. Bildirilirdi ki, F.Məmmədov "Bakıda özü ilə bağlı ”suların durulmasını", hamının yadından çıxmasını gözləyir".

Dövlət başçısının yanvar müşavirəsində F.Məmmədovun əməllərini yenidən yada salması həm də o deməkdir ki, sabiq nazirin xəstəliyi onun günahlarını azaltmayıb və prezident onu bağışlamayıb. Onu da yada salaq ki, uzun illər ölkənin ən iri məmur-oliqarxları sırasında ilk üçlükdə olmuş F.Məmmədovun hələ də böyük biznes imperiyası var.

"Yeni Müsavat”

Xəbər 1231 dəfə oxunub






Oxşar xəbərlər

Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21989] initstartout [0.00016] initstartin [0.00064] calstart [0.00871] calend [0.00053] topnewsend [0.00529] rsssend [0.00000] ehgend [0.01770] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18619]