Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:35 - 14.10.2019  
Cavid Qurbanovun 100 manatlıq "sürət qatarı"na kim minəcək? - PARADOKS
Tarix: 29-12-2018, 11:55 | Bölmə: Xəbərlər » Ölkə içi

"Azərbaycan Dəmir Yolları” Bakı-Gəncə sürət qatarında fantastik tariflər müəyyən etməklə, daha bir mühüm dövlət layihəsini "yerə soxur”.

Cavid Qurbanovun 100 manatlıq "sürət qatarı"na kim minəcək? - PARADOKSYenicag.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC yeni istifadəyə verilən və dekabrın 30-dan etibarən, Bakı-Gəncə marşrutu üzrə hərəkət edəcək sürət qatarı üçün əhalinin gəlirlərinə adekvat olmayan tariflər müəyyənləşdirib.

Məlumata görə, Bakıdan Gəncəyə 350 kilometrlik məsafəni 4,5 saata qət edəcək sürət qatarının 1-ci dərəcəli vaqonunda rahat getmək istəyən sərnişinlər nə az, nə çox, düz 100 manatlarından keçməlidirlər. Qatarın biznes-klass vaqonlarında qiymətlər 50, standart yerlərə isə 15 manatdır.
Qiymətlərdən göründüyü kimi, Milli Məclisin deputatı Cavid Qurbanovun rəhbərlik etdiyi qurum Azərbaycan vətəndaşlarının dünyanın sivil ölkələrində çoxdan adi nəqliyyat vasitəsinə çevrilmiş sürətli qatarlardan istifadə imkanlarını elə beşikdəcə boğur.

Çünki paytaxtdan Gəncəyə 10 manat civarında pul ödəyərək, avtobus və ya avtomobillə 4-5 saata getmək variantı olan vətəndaşlar bundan 5-10 dəfə artıq pul xərcləyərək, sürət qatarına yaxın getməzlər.

Mövzu barəsində Yenicag.az-a danışan Milli Məclisin deputatı Çingiz Qənizadə "Azərbaycan Dəmir Yolları”nın qeyd olunan tarif siyasətinə aydınlıq gətirəcəyinə inandığını deyib:
"Doğrudur, qiymətlər açıqlanıb, ancaq mən buna birmənalı yanaşa bilmərəm. Nəzərə alaq ki, sürət qatarı olduqca bahalı bir nəqliyyat vasitəsidir, onun istifadəyə verilməsi üçün dəmir yollarının uyğunlaşdırılmasına böyük həcmdə dövlət vəsaiti xərclənib.

Ola bilər, qiymətlərin bahalığı həm də bununla bağlıdır. O qatarlarda yerlər də yəqin ki, çox olmayacaq və sərnişinlər üçün seçim hüququ yaranacaq. Yəni insanlar daha çox pul ödəyərək təyyarələrdə biznes-klasda necə könüllü şəkildə uçurlarsa, sürət qatarlarında da hər halda belə olacaq.

Ancaq düşünürəm ki, "Azərbaycan Dəmir Yolları” bu qiymətlərin necə əsaslandırıldığı barədə mövqeyini bildirəcək”.

Cavid Qurbanovun 100 manatlıq "sürət qatarı"na kim minəcək? - PARADOKS

Sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli isə Yenicag.az-a açıqlamasında təbii inhisarlar hesab olunan "Azərbaycan Dəmir Yolları” və digər qurumların tarifləri müəyyənləşdirərkən, dövləti və vətəndaşları deyil, öz maraqlarını əsas götürdüklərini bildirib:
"Azərbaycan Dəmir Yolları” kimi dövlət mülkiyyətində olan bu tip səhmdar cəmiyyətlərin, təbii inhisarçı olan bir qurumun belə yüksək tariflər müəyyən etməsi təəssüf hissi doğurur. Ümumiyyətlə, bu qərarın hər hansı iqtisadi əsaslandırması yoxdur.

Bilirsiz ki, ən bahalı nəqliyyat növü taksidir. Taksilər eyni məsafəni daha qısa müddətə və daha ucuz qiymətə qət edirlər. Əslində, bu xidməti sürət qatarı adlandırmaq da olmur. Çünki müasir sürət qatarları saatda 300 kilometr sürətlə hərəkət edirlər, Azərbaycanda isə bunun üçün şərait də yoxdur. O baxımdan, Bakı-Gəncə qatarı 350 kilometr məsafəni 4 saat yarıma gedəcək.

Ümumiyyətlə, bu qiymətlər nə Azərbaycan vətəndaşlarının maaşına, nə alıcılıq qabiliyyətinə, nə də göstərilən xidmətin səviyyəsinə uyğun deyil. Xatırladım ki, Bakıdan Naxçıvana olan təyyarə biletinin qiyməti də bu sürət qatarının qiymətindən az qala iki dəfə ucuzdur.

Çox təəssüf ki, "Azərbaycan Dəmir Yolları” və təbii inhisarçılar olan qurumlar tarif siyasətlərini dövlətin və vətəndaşın deyil, öz maraqlarına uyğun qaydada müəyyənləşdirirlər”.

Xəbər 2115 dəfə oxunub






Oxşar xəbərlər

Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.69508] initstartout [0.00024] initstartin [0.00127] calstart [0.03316] calend [0.00075] topnewsend [0.01572] rsssend [0.00000] ehgend [0.06436] tagsstart [0.00100] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.57853]