Gəncə İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada XAOS - ŞİKAYƏT

  • 25 dek 2018, 18:10

"Demokratik.Az" saytının elektron poçtuna Gəncə İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın sabiq müəllimi tərəfindən müraciət daxil olub. Direktor Şəlalə Arxaft tərəfindən işindən zorla qovulduğunu iddia edən sabiq müəllim yazır: " Mən Hüseynov Ayxan Seyfəli oğlu Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın keçmiş kimya və biologiya müəllimiyəm. Gimnaziyanın direktoru Arxaft Şəlalə Yusif qızı məni şərləyərək işdən çıxarmışdır. Belə ki, gimnaziyanın 9-cu sinif tərbiyəçisi M.E.M qızını və 9-cu sinif şagirdi O-L-ni (adları yazmırıq -redaksiya) üzümə qoyur ki, onlara təcavüz edibsən. Bakalavriatura və magistraturanı fərqlənmə diplomu ilə bitirməyimə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə biologiya və kimya fənləri üzrə müvafiq olaraq 55 və 51 bal, diaqnostik qiymətləndirmədən isə müvafiq olaraq 53 və 56 bal toplamağıma baxmayaraq, xanım direktor məni Əmək məcəlləsinin 70-ci "C" bəndi ilə işdən azad etmişdir. Bildirim ki, dövlət tərəfindən hər gün şagirdlərin adına gələn qida və ərzaqlar direktor tərəfindən mənimsənilir. Uşaqlar qida almaq üçün hər gün məktəbin hasarını aşaraq marketə gedirlər. Məktəbdə maliyyə maxinasiyaları həddindən artıqdıqdır. Direktorun arxasında dayanan məmur isə öz həyat yoldaşı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Hacıyev Bayram İsgəndər oğludur. Gimnaziyada anarxiya və xaos hökm sürür. İş o yerə çatıb ki, gimnaziyanı keçmiş illərdə bitirmiş məzunlar gimnaziyada Şəlalə Arxaftın gözləri qarşısında içki məclisi təşkil edirlər".

Şikayətçinin bizə gönrədiyi şəkli də təqdim edirik. (Gimnaziyada yeyib-içmək)  

Gimnaziyanın sabiq müəllimi sonda yuxarıda yazdıqlarının saytımızda ictimailəşdirilməsini və bu gimnaziyanın fəaliyyəti barədə geniş araşdırma aparılmasını rica edir.

Xatırladaq ki, "Demokratik.Az" saytı ötən aylarda dəfələrlə adıçəkilən təhsil müəssisəsindəki mövcud durum barədə tənqidi yazılar yazıb, məktəbdə gender bərabərliyinin pozulduğunu da oxucularına axtarıb.

Əvvəlki yazıların linki burada: (oxumaq üçün üzərində tıklamaq)

Gəncə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada XAOS - Şəhla Arxaft nələri gizlədir?

Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT

Həmin yazıların biri isə elə o zaman işdən çıxarılmaqda və direktorla qalmaqalda olan Ayxan Hüseynovun müraciəti əsasında hazırlanmışdı. Təəssüf ki, kişi müəllimin aylar öncəki iddiaları doğru çıxıb, beləcə xanım direktorun Gimnaziyada gender bərabərliyini pozduğu faktı ortadadır. Bunu necə və niyə edibsə...

Çətin və biabırçı situasiyadır. Kişi müəllimin karyerasını beləcə puç edən xanım direktor yəqin çoxdan unudub ki, o özü direktorluq vəzifəsində bir kişini əvəz edib. Maraqlıdır, uzun illər Gimnaziyaya hazırki direktorun həyat yoldaşı, hazırda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Hacıyev Bayram İsgəndər oğlu sahiblik edib. Həmkarların sədri olduqdan sonra isə, (10 ildən çoxdur) direktorluq kürsüsünü arvadına həvalə edib.
Biabırçılıq! 20 ildən artıqdır ki, bu gimnaziya bir ailənin RƏSMƏN nəzarətindədir...

Hər dəfəsində Təhsil Nazirliyinə Gimnaziyadakı qeyri-sağlam mühiti anlatmağa, həyəcan təbili çalmağa çalışsaq da elektron poçt ünvanınlarına yazılan müraciətlərimizi cavabsız qoyan aidiyyatı şəxslər nədənsə belə şeylərə hələ də etinasız yanaşır. Nəticə: Gimnaziyada 25 ildir ki, ər-arvad direktorların yürütdüyü özbaşınalıq tendensiyaları davam edir...

Demokratik.Az yazıda adıçəkilən xanım direktorun da söz haqqını tanıdığını bəyan edir.

(mövzu diqqətimizdədir)

Demokratik.Az

Oxşar xəbərlər