Mirşahin İlham Rəhimovu HƏDƏFƏ ALDI - “Yad İlham kimə gərəkdir…” + VİDEO

  • 25 dek 2018, 09:56


"Azərbaycanın öz İlhamı var, özgə, yad İlham kimə gərəkdir…”

Azərbaycanda daha çox Vladimir Putinin tələbə yoldaşı və dostu kimi tanınan professor İlham Rəhimovun son zamanlar mətbuatdakı silsilə çıxışları və müsahibələri hökumət cəbhəsindən etirazla qarşılanmaqdadır.

Hələ bir neçə gün öncə YAP-çı deputat Siyavuş Novruzov parlamentdəki çıxışında həm də iş adamı kimi tanınan İ.Rəhimovu sərt şəkildə tənqid etmişdi.

Bu dəfə isə İ.Rəhimov Mirşahin Ağayevin hədəfinə tuş gəlib.

Öz proqramında professor barədə danışan M.Ağayev onun Azərbaycanın İvanişvilisi olmaq istədiyinə eyham vurub.

Sabiq ANS-çi İ.Rəhimovla bağlı fikirlərini "Azərbaycanın öz İlhamı var, özgə, yad İlham kimə gərəkdir…” deyə bitirib. 


Oxşar xəbərlər