Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:55 - 22.07.2018  
Gəncədə Kəlbəcər harayı
Tarix: 24-01-2015, 15:47 | Bölmə: Xəbərlər » Ölkə içi

Əmlak Komitəsinin Gəncə şöbəsi ilə Elmar Vəliyevin torpaq davası haqda şok məlumatlar yayılır.

Gəncədə məskunlaşmış Kəlbəcərdən olan köçkünlər Şəhər İcra Hakimiyyətinə yürüş etməyə hazırlaşır. Bu haqda "Yeni Müsavat”a daxil olan məlumatda bildirlir ki, köçkünlər onlara verilən vədlərin yerinə yetirilməməsindən və şərlənmələrindən narazıdırlar.

Köçkünlər mətbuata ünvanladıqları müraciətdə hadisənin düzgün təqdim edilməməsindən də gileyləniblər. Qeyd edirlər ki, əslində etiraz edənlər söküntülərə məruz qalan ərazidə yaşayan, "Qaçqınkoma” rüşvət verməyən və mənzil ala bilməyən kəsimin nümayəndələridirlər: "Sökülən mənzillər Gəncənin tam kənarında, Göygöl rayonuna gedən yolun sağ və sol cinahlarında yerləşən təqribən 500 hektar sahədə yerləşir. 

Deməli, bura şəhərin mərkəzi hissələrinə aid deyil, eyni zamanda da, bu ərazidə heç bir strateji infrastruktur layihələri həyata keçirilməyib. İnsanlar zəhmətlə pul toplayıb, müvafiq icra aparatından sərəncam alıblar. Paralel olaraq, neçə ildir burda yaşayıblar, özlərinə sosial mühit qurublar. Onların üzərinə qaz, su, işıq və digər kommunal xidmətlərə görə ödəniş etmək öhdəliyi qoyulub. İllərdir sözügedən ərazidə sakinlər bu öhdəlikləri yerinə yetiriblər. İndi nə oldu ki, bu ərazi İcra Hakimiyyətinin yadına düşdü? Həm də Gəncədə torpaq islahatlarının dayandığı və torpaq satmaq üçün qıtlığın müşahidə olunan bir dövrdə? Elə isə nədən heç kim bu hadisədən az sonra Gəncənin digər bir yaşayış massivində - ”Farfor Zavod ətrafı" adlanan hissəsində Gəncə Şəhər İcra Hakimiyyəti ilə Əmlak Komitəsinin yerli şöbəsi arasında narazılığın olmasını və bu narazılığın ucbatından ərazinin Əmlak Komitəsi tərəfindən hasara alınması, insanların ev tikə bilməməsi haqda bəhs etmədi? Yoxsa icra başçısının müavini Naqif Həmzəyevin "mediadakı dostları” bunları da görməzdən gəldi? Bu ərazilər Elmar Vəliyevin sərəncamı ilə satılıb və Əmlak Komitəsinin balansındadır. Hazırda bu qurumla aralarındakı sövdələşmə pozulub. Ona görə də İcra Hakimiyyəti vəziyyətin daha da qəlizləşməməsi üçün Əmlak Komitəsinin yerli şöbəsi ilə danışıqlar aparır". 

Köçkünlər etirazın yaranma səbəblərini belə açıqlayırlar:  "Əvvəla, bu ərazilərin bir qismini Gəncənin icra başçısı Elmar Vəliyevin təqdimatı ilə şəhərin Nizami rayonuna icra başçısı təyin etdirilən Məharət Mustafayev satdırıb. Bu o Məharət Mustafayevdir ki, deyilənə görə, icra başçısı olmamışdan əvvəl Elmar Vəliyevlə iş ortağı olub. Gəncəbasar bölgəsində, o cümlədən Goranboy rayonunda avtomaşın yağlarının satışı ilə məşğul olub və sonradan bu regionda ”monopoliya" yaradaraq ancaq özləri maşın yağlarının satışını təşkil ediblər. Hələ icra başçısı olmamışdan öncə Elmar Vəliyev öz "qara büdcə”sini formalaşdırmaq üçün Məharət Mustafayevin "məharətlərindən” istifadə edib. 


M. Mustafayevi də Gəncənin Nizami rayonuna ona görə icra başçısı təyin etdirib ki, bu rayon ərazisində yerləşən mərkəzə yaxın bahalı torpaq sahələrinin müxtəlif adamlara satışını təşkil etsin və bütün qanunsuz əməllərini icra etdikdən sonra "günahlarını” M. Mustafayevin boynuna yıxıb, sudan quru çıxsın. Belə də oldu! İndinin özündə də heç bir rəsmi vəzifə tutmayıb, işsiz olmasına rəğmən, Məharət Mustafayev Elmar Vəliyevin tapşırıqları ilə hərəkət edir, onun işlərini həyata keçirir. Gəncədə yerli hakimiyyət nümayəndələrinin bir niyyəti var: "Torpaq sat, pul qazan!” Harada görünüb ki, hətta qanunsuz tikili olsa belə, məhkəmə qətnaməsi olmadan ev sökülsün? Harada görünüb ki, sənədsiz olduğu iddia edilən evlər üçün infrastruktur formalaşdırılsın və vergi ödətdirilsin? Harada görünüb ki, sənin dinc etiraz etmək istəyinin qarşılığında səni möhkəmcə döysünlər və Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açalar? Sonra da ölkə mətbuatında bar-bar bağıralar ki, bizə müqavimət göstərdin? Hazırda iki nəfər etirazçı həbsdədir. Onlarla xəsarət alan etirazçılar isə öz evləri dağıdıldığından qohumlarının evində müalicə olunur". 

Köçkünlər onlara E.Vəliyev tərəfindən verilən vədlərin icra olunmasını tələb edirlər.
Yada salaq ki, ötən il dekabrın 10-da Gəncənin "Avtozavod” qəsəbəsi adlanan ərazisində Nizami RİH-nin əməkdaşları ilə məcburi köçkünlər arasında insident yaşandı. Həmin qəsəbədə məskunlaşmış Kəlbəcər rayonundan olan köçkünlər etiraz əlaməti olaraq Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəridilər. DİN-in yaydığı məlumata görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb.
 
E.Hüseynov
 
Demokratik.Az

Xəbər 2901 dəfə oxunub






Oxşar xəbərlər

"Instagram"da onlayn olanları görmək mümkün oldu
Kuba parlamenti hakimiyyətin yeni tərkibini təsdiqləyib
Çində qsırğa ŞOKU yaşanır - Şanxayda təxliyyə
Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11817] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00674] calend [0.00038] topnewsend [0.00278] rsssend [0.00000] ehgend [0.00427] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10288]