Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:22 - 12.12.2019  
Niyazi Bayramovu "cəzb edən" Əhmədov qardaşları - YENİ VƏZİFƏLƏR
Tarix: 22-11-2018, 08:09 | Bölmə: Xəbərlər » Ölkə içi

Niyazi Bayramovu "cəzb edən" Əhmədov qardaşları - YENİ VƏZİFƏLƏRGəncə kimi ölkənin ikinci, inkişaf etməkdə olan şəhərində kadr islahatları da gənclərdən təşəkkül tapmalıdır ki, sürətli, enerjili fəaliyyət göstərilsin.
Amma prezidentin etimad göstərib inandığı, məlum neqativ hadisələrdən sonra təyin etdiyi şəhərin yeni icra başçısı Niyazi Bayramov üçün gənc və perspektivli kadrlardan daha çox, şəxsi əlaqələrinin olduğu yaşlı məmurlar üstündür. 
Qoca və adı ölüm işinə qarışan yaxınlar vəzifələrdə...
Belə ki, N.Bayramov vaxtilə Gəncə gömrük rəisi işlədiyi dövrdən şəxsi münasibəti olan rüşvətə bulaşmış, adı neqativ hadisələrdə hallanmış, yaşlı, işləmək həvəsi olmayan məmurlara vəzifələr paylamaqdadır. 
Elmar Vəliyevin dönəmində bərbad günə qoyulan Gəncəyə Niyazi Bayramovla yeni qan, yeni nəfəs gəldiyi gözləntiləri varıydı. 
Mingəçevirdəki fəaliyyəti ilə o qədər də müsbət məmur imici qazanmamış Bayramovun Gəncədə həssas işləyəcəyi, tayfabazlıq etməyəcəyi, peşəkar və təcrübəli, təmiz kadrlara üstünlük verəcəyi ümid edilirdi. Lakin son təyinatlarda bunun əksi müşahidə olunur. 
Cahan.info xəbər verir ki, Gəncə İH rəhbəri şəhər səhiyyə idarəsi rəisi vəzifəsinə yaşı 60-dan çox olan, Gəncənin Abbas Səhhət adına 1 saylı xəstəxanasının baş həkimi işlədiyi dövrdə ana-uşaq ölümləri ilə fəaliyyəti göz qabağında olan Nazim Əhmədovu təyin edib. 
N.Bayramov Nazim Əhmədovun qardaşı Natiq Əhmədovu isə "Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə sədr gətirib. Gəncədə Əhmədovlara vəzifələr paylanması təsadüfi deyilmiş. 
Əldə etdiyimiz məlumata görə, Niyazi Bayramov Gəncə gömrük postunda işləyəndə müavini Etibarla çox sıx münasibətləri olub. Həmin Əhmədovlar da Etibarın ailəvi dostlarıdır. 
Odur ki, Bayramov Gəncənin icra başçısı postuna gələr-gəlməz şəhərin gənc səhiyyə idarəsi rəisi, reputasiyası təmiz olan, Xocalıdan şəhid ailəsi Bəxtiyar Haqverdiyevi "islahat” adı ilə işindən azad edir, ona əsassız yerə Elmar Vəliyevçi damğası vurur, guya islahat aparır deyə yerinə yaşı 60-ı keçmiş. A.Səhhət xəstəxanasında bazar açmış N.Əhmədovu yerinə gətirir. 
Əhmədovlara vəzifə pay-püşü, Xocalı sakininə vəliyevçi damğası...
Gəncədəki mənbədən gələn xəbərlərdə bildirilir ki, B.Haqverdiyevlə E.Vəliyevin təması belə olmayıb. Çünki səhiyyə rəisi vəzifəsində cəmi 1 gün işləyib. 
Onun Vəliyevlə hansı əlaqəsi ola bilərdi? Sadəcə, B.Haqverdiyev Ağdamın baş həkimi vəzifəsində çalışarkən keçmiş icra hakimi Raqub Məmmədovun qanunsuz tələbləri, sıxşdırması, əsassız öhdəliklərindən bezar olmuşdu. 
Ona görə Ağdamda baş həkimi işləyərkən hörmət qazanmış Haqverdiyev yerli camaatın yanında nüfuzunu itirməmək üçün Səhiyyə Nazirliyindən ona başqa yerə təyinatının verilməsini istəmişdi.
Həmin zaman vakansiya yalnız Gəncəyə olub və Xocalıdan olan bəxtsiz Haqverdiyev hardan biləydi ki, şəhər səhiyyə idarəsi rəisi təyin olunduğu tarixdən bir gün sonra E.Vəliyev güllələnəcək, ona da vəliyevçi damğası vurulacaq. 
Hərçənd, Gəncədəki məlum sui-qəsddən sonra Haqverdiyev Səhiyyə Nazirliyinin kollegiya iclasına gedib və onun E.Vəliyevin kadrı olması kökündən yanlışdır. 
N.Bayramov isə Gəncədə Məharət Mustafayev kimi əli müxtəlif maliyyə cinayətlərinə qarışmış məmurları işdən çıxararkən B.Haqverdiyevi də bu "islahat”ların gözünə qatıb haqsız yerə vəzifədən azad edir, əvəzinə ona gömrükdən yaxın olan Əhmədov kimi qoca kadrı gətirir. 
Nazim Əhmədov həkimlərdən rüşvəti necə yığırdı?
B.Haqverdiyev 1978-ci ildə Xocalı şəhərində anadan olub. 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində Cərrahiyyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb. 
2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində Cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb. 
2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub. 
2016-cı ildən Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib. Tibb üzrə fəlsəfə doktorudur. Sonra Gəncə səhiyyə idarə rəisi təyin edilib. Bu müddət ərzində Haqverdiyevin fəaliyyəti haqda xoşagəlməz fakt olmayıb.
Millət vəkili Naqif Həmzəyev də onu təqdim edərkən Gəncə səhiyyəsinə gənc və perspektivli, bilikli və bacarıqlı bir şəxsin rəhbər təyin olunmasını təqdirəlayiq hesab etmişdi: 
"Yaşlı nəslin bilik və təcrübəsindən yararlanaraq gənclərin önə çəkilməsi, onların istənilən sahələrdə, o cümlədən tibb sahəsində inkişafa dəstək olması əsas prioritetlərdəndir”.
Amma Niyazi Bayramov gənc, bilikli və perspektivi olan kadrı çıxarır, yerinə Nazim Əhmədov kimi qoca biri təyin edir. 
Gəncə səhiyyəsində kollektivə yeni uyğunlaşmağa başlamış Haqverdiyevi çıxarmaqla öz adamını gətirən icra başçısı demək istəyir ki, ondan ciddi islahatlar gözləməyin.
Hələ bu azmış kimi, qardaşı Natiq Əhmədova da "Sukanal” TSC-də sədr vəzifəsi verir. Görəsən, Gəncədə bu postlara layiq kadrlar yoxdur ki, qardaşlara vəzifə paylayır? 
Yeri gəlmişkən, Azerinews TV yazmışdı ki, Nazim Əhmədov Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında baş həkim işləyəndə onun qaydalarına görə hər həkim və şöbə müdiri xəstələrin sayına görə rüşvət verməlidir. Əgər haqq-hesab tələb olnan qaydada çatmırsa onda həkim və ya şöbə müdirini ağır cəza gözləyir. 
Bu qaydaların nəticəsidir ki, Nazim Əhmədovun baş həkimi olduğu xəstəxanada müalicə olunmaq özəl xəstəxanalardan baha başa gəlir. Deyilənə görə Nazim Əhmədov hamını səhiyyə nazirinin dostu olmağı ilə hədələyir. 
Əhmədovun dövründəki ölüm işləri və aprel şəhidinin bacısına amansızlıq...
Ötən il Tovuz rayon İbrahimhacılı kənd sakini Səkinə Məmmədova yanvarın 3-də Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxananın Doğum Şöbəsinə yerləşdirilib. Qadın qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib və dünyasını dəyişib.
Bundan başqa, həkim məsuliyyətsizliyi ilə aprel döyüşlərində şəhid olan İnqilab Quliyevin bacısı Filyar Usubova da qarşılaşıb. 
Zərərçəkənin BakiPost.az-a verdiyi məlumata görə, doğuş üçün üz tutduğu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada həkim ciftlə birlikdə onun bağırsaqlarını da kəsib.
Daha bir fakt - 3 aylıq hamilə olan şəhər sakini 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova xəstəxanaya müraciət edib. Xəstəxanada ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyatdan sonra qadın dünyasını dəyişib.
1988-ci il təvəllüdlü Gülşən Aslanova abort zamanı narkozdan dünyasını dəyişib. Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı hamiləlikdə yaşadığı problemlə bağlı müraciət etdiyi eyni xəstəxananın ginekologiya şöbəsində canını tapşırıb. 

O zaman N.Əhmədova zəng edən jurnalistə cavabında bildirib ki, bu ölümlər onun baş həkim olduğu xəstəxanada olmayıb və telefonu asıb. 

İndi özünüz nəticə çıxarın: Gəncə icra başçısı Niyazi Bayramov kimi səhiyyə idarəsi rəisi vəzifəsindən çıxarıb, kimi təyin edib...

"Demokratik.Az" onu da xatırladır ki, adıçəkilən Əhmədov qardaşlarının ən böyüyü Nizami Əhmədov bu ilin yayınadək Gəncə DSMF-nin rayon şöbələrinin müdiri vəzifəsində çalışıb, sabiq nazir Səlim Müslümovun yaxın dostu və Gəncə üzrə" qara kassa"sı olub. Yalnız 67 yaşında yapışdığı vəzifəsindən qoparılıb... 

Adıçəkilənlərin söz haqqını tanıyırıq...

 

Demokratik.Az

Xəbər 3546 dəfə oxunub






Oxşar xəbərlər

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.45933] initstartout [0.00029] initstartin [0.00147] calstart [0.01738] calend [0.00103] topnewsend [0.00919] rsssend [0.00000] ehgend [0.01371] tagsstart [0.00120] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.41499]