Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:59 - 13.12.2018  
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!
Tarix: 15-11-2018, 11:46 | Bölmə: Xəbərlər » Ölkə içi

"Zamirə Hacıyevanın xərclədiyi pullarla bütün şəhidlərin haqqını vermək olardı”
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!"Regionların 33-ü büdcədən asılılığını gələn il aradan qaldıracaq. Bu, yaxşı hadisədir. Deməli, on il ərzində bölgələrə qoyulan 50 milyard manata yaxın vəsait orada müsbət nəticəsini verib.Yerdə qalan rayonlara növbəti ildə 840 milyon manat ayrılacaq.

Bununla belə, indiyədək bölgələrdə açılan zavod və fabriklərin heç də hamısı bazar iqtisadiyyatının minimum rəqabətinə dözməyib, bir qismi ya sıradan çıxıblar, ya da yarımgücü ilə fəaliyyət göstərirlər”.

Demokratik.Az xəbər verir ki, bunu parlamentin dünən keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, bir neçə gün əvvəl Quba rayonunda olarkən tonlarla almanın yerdə qalıb çürüdüyünü görüb. Deputatın sözlərinə görə, bütün rayon üzrə bunun çəkisi min tonlara çatır, nəticədə, insanlara milyonlarla manat ziyan dəyir.

"Əvəzində nə qədər ürəkağrıdan mənzərə olsa da, bütün respublika bazarları İrandan gələn qurudulmuş alma-armud və digər meyvələrin sirkəsi, şirəsi ilə doludur.

Bizim ekoloji təmiz meyvələrimiz isə rayonda istehsal gücü zəif olan zavodların ucbatından əhalinin qida rasionundan kənarda qalır və gündən-günə cavanlaşan xəstəliklərimizdə öz əksini tapır. Təklif edirəm ki, hökumət indiyədək regionlarda açılan müəssisələrin yararlılıq və istehsal imkanları haqda müfəssəl bir hesabat hazırlayıb dövlət rəhbərinə təqdim etsin və onun Milli Məclisdə geniş müzakirələri təşkil edilsin.

Bax, onda iş axtarışı ilə bölgədən paytaxta üz tutanlar azalacaq, Bakı şəhərinin əmək və mənzil bazarındakı gərginlik səngiyəcək. Bir qədər obrazlı desək, təkcə Quba rayonunda sahələrdə külə dönən yerüstü sərvətdən böyük bir "Apple” müəssisəsinin filialını açmaq olardı. Axı nəhəng korporasiyalar da milyonlarla manat dəyəri olan belə məhsullardan vaz keçmirlər”.

Deputat şəhid ailələri ilə bağlı məqama da toxunub:

"Şəhid hərbi qulluqçuların ailələrinə verilən sığorta haqları ilə bağlı hökumətin atdığı addımları dəyərləndirmək istərdim. Xatırlatmaq yerinə düşər ki, məlum fərman 11 aprel seçkilərindən sonra prezidentin ilk qərarı idi və bununla da dövlət başçısı hamıya onu nümayiş etdirdi ki, torpaqlarımız uğrunda canından keçən insanlar onun nəzərində birincidir və dövlətin məhək daşları hesab olunur.

Azərbaycanın bütövlüyü uğrunda illərlə böyük iradə və misilsiz xidmətlər göstərən Ali Baş komandan əsgər və zabitlərin qədrini hamıdan yaxşı bilir. Həmin müqəddəs fərmanı ilahi mahiyyətinə uyğun da yerinə yetirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Kommersiya Sığorta Şirkətinin vəzifə borcudur.

Təəssüflər olsun ki, son iki ayda biz həmin ailələrin kütləvi xarakterli şikayət və müraciətləri ilə üz-üzə qalmışıq. Nə baş verir? Burada yaranan sualları aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, əvvəlki nazir Səlim Müslümov vəzifəsindən getsə də, onun keçmiş fəaliyyəti qanunsuz elan olunmayıb və elə olan halda hörmətli Səlim müəllimdən gətirəcəyim sitatı kimsə şübhə altına ala bilməyəcək. Fərmanın dərcindən bir gün sonra Səlim müəllim nazirliyin rəsmi saytında deyir: fərman 8800 ailəyə şamil olunacaq.

Deməli, belə bir hesablama həmin günlərdə aparılıb. İndi nə baş verir? Cavabdeh sığorta qurumunun yaşlı bir xanım işçisi həssaslıq və diqqət tələb edən minlərlə şəhid ailəsinin qarşısına iki ədəd köhnə, nimdaş bir dəftərlə çıxıb və sübut etməyə çalışır ki, o insanların çoxu haqsızdır.

O boyda qurum müasir texnologiyalarla həmin sənədləri bu on ildə kompüterləşdirə bilməzdimi? Sonra uydurdular ki, arxiv yanıb. Bu, necə ola bilər, axı, millətimizin tarixinin ən şanlı səhifələrini yazan adamların tərcümeyi-halı necə yana bilər?

O nimdaş dəftərlərdə olan qeydlərdən iqtibaslar gətirmək istəyirəm. Guya yaşlı bir ana oğlunun "yeddi”si çıxmamış gedib o pulu alıb. Yaxud, varis olmadığından iki yaşlı nənə və baba nəvələri üçün sığorta pulunu 40 mərasimi çıxmamış, hələ dərd soyumamış alıblar. Adicə çəkilən imza bunun saxta oldugunu göstərir. 90 yaşlı baba sanki Donald Trampın məlum möhtəşəm qolunu çəkib”.

Zahid Oruc hesab edir ki, buna inanmaq mümkün deyil:

"Ona görə düşünürəm ki, bu işin içərisində hansısa bir "qara əl” var. Adamlar gedib öz haqqını məhkəmələrdə sübut edir. Bu, yaxşı hal deyil. İndi də hüquqi varis məsələsini ortaya atıblar. Halbuki sadə vətəndaş belə düşünür ki, Londonda saray həbsxanasında olan Zamirə Hacıyevanın dəbdəbəyə xərclədiyi 130 milyon manatla 1988-1997-ci illərin bütün şəhidlərinin haqqını vermək olardı.

Cahangir Hacıyevin  milyardları ilə isə o şəhidlər hər il kompensasiya ala bilərdi. Ona görə  gələn ilin büdcəsində bu məqsədlə ayrılmış 50 milyon manatı böldükdə onu alacaq 4500 ailə ilə bağlı sığorta təşkilatı hər həftə cəmiyyətə məlumat verməlidir və o müqəddəs fərmanın ruhuna xələl gətirən bütün addımlardan daşınmalıdır” - deyə Z.Oruc əlavə edib.

 

Xəbər 511 dəfə oxunub






Oxşar xəbərlər

Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”
Qubada ərinin əmisi oğlu ilə qaçan qadın danışdı - Video
Ceyhun Bayramovun direktorsuz məktəbi: Sorağı məhkəmədən gəlir
"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev
Sabiq erməni prezidenti həbs olunacaq:– QƏRAR
Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14525] initstartout [0.00017] initstartin [0.00089] calstart [0.01152] calend [0.00061] topnewsend [0.00483] rsssend [0.00000] ehgend [0.00790] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11860]