Gəncənin yeni icra başçısının kadr siyasətində kimlər iştirak edir?

  • 29 okt 2018, 14:02
Gəncənin yeni icra başçısı cənab Niyazi Bayramovun kadr siyasətində iştirak edib, olaylara süni maneə törətməyə çalışanlar var. 
"Demokratik.Az"-a verilən məlumata görə, sabiq icra başçısı Elmar Vəliyevin zamanında özünə məmur qiyafəsi geyinə bilən bir neçə şəxs yeni icra başçısına yalan dezinformasiyalar ötürməklə ara qarışdırır, kadrların təyin və azad edilməsi işində "məsləhətçi" rolunda çıxış edirlər. Görünən o ki, əsas hədəf cənab Niyazi Bayramovun köhnə və yarıtmaz kadrlarlardan xilas olmaq istəyidir. 
Adının çəkilməsini istəməyən İHB əməkdaşının bildirdiyinə görə, bu məqsədlə Rüstəm və Elmir Bağırov qardaşları diqqətçəkici fəallıq göstərir. Adıçəkilən Rüstəm Bağırov Elmar Vəliyevin dönəmində "Gəncə Park Bulvar" kompleksinə direktor, digər kiçik qardaşı isə Gəncə İHB-nin komendantı vəzifəsinə təyin ediliblər. Qardaşların atası Səttar Bağırov isə İHB-nin təsərrüfat məsələləri üzrə müavini Mikayıl Zeynalovun sürücüsüdür.
Bağırov qardaşları həmdə sabiq mllət vəkili, "İrəli" gənclər təşkilatının sabiq sədri Cehun Osmanlının doğma əmisi oğludur. İddialara görə, sabiq icra başçısına onları təqdim edən də məhz Cehun Osmanlı olub. Həmin C.Osmanlı ki, mətbuatda dəfələrlə "Nurçu" (fetöçü-red) olmasına dair ciddi iddialar səsnəndirilib. 
Yaxın gələcəkdə şəhərin  hansı nüfuzlu məmurlarının işdən çıxarılacağı barədə redaksiyamıza "siyahı" ötürülsə də, dəqiqləşdirmə apardığımızdan konkret adların dərc edilməsini hələlik məqsədəmüvafiq hesab etmirik. Boş qalan yerlərə də kadr axtarışı, ciddi məsləhətləşmələr aparılır.  
Formalaşmaqda olan aparatda yeni və layiqli kadrların yer alacağına ümid edirik.
(mövzu diqqətimizdədir, adıçəkilənlərin də söz haqqını tanıyırıq)
Demokratik.Az 

Oxşar xəbərlər