Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır

  • 17 okt 2018, 08:47

Geridə qalana həftə ərzində Gəncə şəhərində reallaşan iki kadr dəyişikliyində diqqətçəkən maraqlı məqam var. Yeni icra başçısı Niyazi Bayramovun təyinatı əsasında Gəncə "Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə yeni sədr gətirilən Natiq Əhmədovla Gəncə şəhər Səhiyyə idarəsinin yeni rəisi Nazim Əhmədov doğmaca qardaşdır. "Demokratik.Az"-ın məlumatına görə, qardaşların sözügedən postlara iddialı olduqlarına dair illərdir ki, müxtəlif söz-söhbətlər çox dolaşıb. 

Xatırladaq ki, Nazim Əhmədov bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə İdarəsinə təyin edilmiş sabiq rəis Bəxtiyar Haqverdiyevi əvəz edib. N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Kiçik qardaş Natiq Əhmədov isə, Gəncə "Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri, sabiq polis rəisi Ağahüseyn Məmmədovun yerinə təyinat alıb. N.Əhmədov bundan əvvəl idarənin sədr müavini, Göygöl "Sukanal"-ın rəisi vəzifələrində çalışıb.

Əlavə məlumat üçün onu da bildirək ki, Əhmədovlar uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Gəncə ş, Nizami və Kəpəz rayon şöbələrinin müdiri olmuş, sabiq deputat Nizami Əhmədovun qardaşlarıdır.

Demokratik.Az   

Oxşar xəbərlər