Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:27 - 18.10.2019  
ƏHMƏDZADƏNİN QURUMUNDA NÖQSANLAR: ASC-NİN RƏHBƏRİ İSƏ İLLƏRDİR SUSUR
Tarix: 11-10-2018, 19:21 | Bölmə: Xəbərlər » Ölkə içi

ƏHMƏDZADƏNİN QURUMUNDA NÖQSANLAR: ASC-NİN RƏHBƏRİ İSƏ İLLƏRDİR SUSURÖlkədə əhalinin içməli suya olan tələbat və təminatındakı çətinliklər qədər suvarma suyu ilə bağlı problemlər də həll olunmamış qalır. Xüsusilə, regionlarda su problemi özünü daha qabarıq göstərir. Yay aylarında bölgələrdən suvarma suyunun çatışmazlığı ilə bağlı saysız-hesabsız xəbərlər gəlir. Ölkənin su təchizatına iki qurum – "Azərsu” ASC, həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC də cavabdehdir. Narazılıqların miqyasından görünən odur ki, hər iki qurum işinin öhdəsindən gələ bilmir.

Meliorasiya və Su Təsərrüfatı ASC isə ümumiyyətlə, region əhalisini susuzluqla sınağa çəkir. Yuxrıda qeyd etdiyimiz kimi, bu problem, xüsusilə, yay aylarında qabarıq görünür və təkcə bu il regionlardan olan müxtəlif şikayətlərlə bağlı xeyli sayda yazı dərc etmişik. Problemlər ildən-ilə azalmaq əvəzinə artır. Cavabdeh qurumlar isə yarıtmaz fəaliyyətlərilə gündəmdən düşmür, əksinə, problemlər ildən-ilə miras kimi ötürülür.

Yoxlamalar zamanı isə məlum olur ki, qurumlar əhalini su ilə təmin etmək əvəzinə büdcə vəsaitlərini mənimsəməklə və yaxud səmərəsiz xərcləməklə məşğul olublar. Məsələn, son iki ildə ərzində "Azərsu” ASC-yə 60 milyon manatdan artıq vəsait ayrılıb. Amma görülən işlərin səmərəliliyinin ayrılan vəsaitə adekvat olduğunu demək çətindir.

Meliorasiya və Su Təsərrüfatı ASC-də isə vəziyyət daha acınacaqlıdır. Hesablama Palatasının apardığı yoxlamalardan sonra qurumda külli miqdarda yeyinti faktlarının olduğu məlum olub. Hesablama Palatası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Dünya Bankının krediti hesabına həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri – II” layihəsi üzrə vəsaitlərdən istifadə ilə bağlı auditin nəticələrini açıqlayıb. Audit 2015-2017-ci illərdə görülən işləri əhatə edib. Araşdırma zamanı məlum olub ki, tikintisi başa çatmış bəzi şəbəkə və obyektlərin "Azərsu” ASC-yə təhvil-təslim işləri müvafiq qaydada rəsmiləşdirilməyib, Lerik, Masallı və İsmayıllı rayonları üzrə su və kanalizasiya şəbəkəsinin qurulması nəticəsində torpaq kateqoriyalarının təyinatının dəyişilməsinə yol verilib.

Meliorasiya və Su Təsərrüfatı ASC-də ötən il də aparılan yoxlamalar zamanı büdcə vəsaitlərinin səmərəsiz xərcləndiyi, yeyinti hallarına yol verildiyi bir daha təsdiqlənib. Hesablama Palatasının 2018-ci ilin fevral ayında yaydığı hesabatda Meliorasiya və Su Təsərrüfatı ASC-də nöqsanlar aşkarlandığı göstərilirdi. Belə ki, Hesablama Palatasının yaydığı məlumatda qurumun layihədə göstərilənlərdən daha az və keyfiyyətsiz işlər gördüyü məlum olurdu. Müvafiq sərəncamlarla artezian quyularının tikintisi üçün ayrılan vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 quyu qazılıb. Subartezian quyularının hər biri üzrə orta göstəricidə 25-30 hektar torpaq səhəsinin suvarılması planlaşdırıldığı halda, gözlənti özünü doğrultmayıb. 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədinin 1-10 hektar, 34 ədədinin 11-15 hektar, 42 ədədinin 16-20 hektar, 66 ədədinin 21-25 hektar, 105 ədədinin isə 26 hektardan artıq torpaq sahəsini suvarması nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2 faizi, 2016-cı ildə isə 61,9 faizi layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edib.

Hesablama Palatasının yaydığı son məlumatda da göstərilir ki, layihənin əhəmiyyətliliyini, məqsədini özündə ehtiva edən sosial-ekoloji və texniki hədəflərin icra səviyyəsilə bağlı vəziyyət qənaətbəx deyil. Layihə müddətinin dövrü olaraq (əlavə iş həcmlərinin artması və tikinti işlərinin yubadılması, təhvil-təslim işlərinin zəif təşkil olunması və s.) uzadılmasına baxmayaraq, tam təmin edilməsi mümkün olmayıb, həmçinin bağlanmış müqavilələrdə digər xərclərin ümumi layihə dəyərinin 13-17 faizini təşkil etməsi mal-material vahidlərinin qiymətinin ayrı-ayrı layihələrdə əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olub.

Rəqəmlərdən görünən odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC dövlət hesabına Dünya Bankından götürülən krediti nəzərdə tutulan istiqamətə xərcləməyib. Bu da onu deməyə əsas verir ki, qurumun yarıtmaz fəaliyyəti və səmərəsiz xərcləri dövlət büdcəsi üçün əlavə yükə çevrilib. Nəticədə problemlər olduğu kimi qalacaq, üstəlik, əhali hələ bir müddət də susuzluğa dözməli olacaq. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə isə illərdir ki, susur, rəhbərlik etdiyi quruma ünvanlanan ittihamların statistik təsdiqinə münasibət bildirməkdənsə, deyilənləri, yazılanları və iradları seyr etməyi üstün tutur. Nəzərə alsaq ki, hesabatı yayan dövlət qurumudur və sözügedən sənəd birbaşa faktlara əsaslanır, onda Ə.Əhmədzadənin bununla bağlı hesabat verməyə məcbur olduğunu xatırlatmağa ehtiyac qalmaz.

Aşkarlanan nöqsanlar kifayət qədər ciddidir və bunun qurumun rəhbəri Əhməd Əhmədzadənin sonunu gətirəcəyi ehtimalı da az deyil. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv olunması məsələsi uzun zamandır ki, gündəmdədir.

Hələ 2016-cı ildən bu qurumun ləğv olunaraq, aidiyyatı üzrə səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyi və "Azərsu” ASC arasında bölüşdürüləcəyi gözlənilirdi. Amma gözləntilər özünü doğrultmadı. Hökumətdə aparılan islahatlar da Əhməd Əhmədzadə və qurumundan hələlik yan keçib, amma bu, heç də struktur islahatının arxivə göndərildiyi anlamına gəlməz. Yoxlama nəticələrinin təhlili Ə.Əhmədzadənin kreslosunun laxladığını söyləməyə əsas verir. Əhali şikayətçidir, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına olduqca mənfi təsir göstərir, nəticədə həm də qiymət bahalaşır, büdcə vəsaitləri səmərəsiz xərclənir, yeyintiyə yol verilir. Bütün bunlar Əhməd Əhmədzadə və rəhbərlik etdiyi qurum haqqında yekun qərarın yaxınlaşdığını söyləməyə əsas verir.
Cebhe.info

Xəbər 2329 dəfə oxunub






Oxşar xəbərlər

Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26810] initstartout [0.00019] initstartin [0.00074] calstart [0.00922] calend [0.00052] topnewsend [0.00477] rsssend [0.00000] ehgend [0.00596] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24603]