Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Eldar Əzizov Qüdrət Şükürovu vəzifəsindən azad etdi: həbs oluna bilər
Eldar Əzizov Qüdrət Şükürovu vəzifəsindən azad etdi: həbs oluna bilər
- 04 okt 2018, 11:34
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib.
Demokratik.Az bildirir ki,Unikal.org-a daxil olan məlumata görə, E.Əzizov bununla bağlı əmr imzalayıb. Q.Şükürovun yerinə isə hələlik təyinat yoxdur.
Xəbəri BakıŞəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, iki gün əvvəl Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb. BŞİH-nin mətbuat xidmətindən daxil olan məlumata görə, İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır.
Artıq, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Bakı şəhər Baş Prokurorluğunun əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində Bakı Lift-Təmir İstehsalat Birliyində ciddi nöqsanlar aşkarlanıb. Bununla bağlı Bakı şəhər Baş Prokurorluğunda cinayət işi açılıb.
Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına 400 minlik toy etməklə gündəmə gəlmişdi.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Səbaildə Eldar Əzizovu o əvəz edir
Eldar Əzizov hansı vəzifəyə təyin edilib? - açıqlama
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
ABŞ-ın Federal Təhqiqat Bürosu "Baklift" rəisini dindirəcək? - İDDİA
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
BŞİH Abutalıbovdan sonra “əriyir”
Hacıbala Abutalıbov hər gün BŞİH-ə işə gedir - foto
“Vurulmuş” Eldar Əzizov niyə şəhər rəhbərliyinə gətirildi?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti