Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi

  • 21 sen 2018, 07:48

Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev işdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. 

Bu barədə avropa.info-ya meriyadakı mənbələrdən məlumat daxil olub.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev "Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. 

18 il şəhər təsərrüfatının rəhbərliyində işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.

 

R.Quliyev həm də "Səs" İnformasi Agentliyinin rəhbəri Bəhruz Quliyevin qardaşıdır.

Oxşar xəbərlər