Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)

  • 20 sen 2018, 18:39
Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.
 
Oxşar xəbərlər