ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ

  • 18 sen 2018, 08:14

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktoru Vüsal Məmmədov bir neçə aydır işə gəlmir... Sabiq təhsil naziri Mikayıl Cabbarovun sinif yoldaşı iyun ayının əvvəllərində yıxılaraq ayağının diz almasını (qapağını) sındırıb, lakin bülletenə çıxmadan qanunları heçə sayaraq idarənin bütün işlərini yataq şəraitində - öz evində həyata keçirir....

"Demokratik.Az"-ın əldə etdiyi özəl məlumata görə, özbaşınalıqla məşğul olan direktor səhhətindəki problemlərlə əlaqədar hətta dəfələrlə Türkiyə və Gürcüstana da səfər edib, uzun müddət Bakıda özəl klinikalarda müayinə və müalicə olunub. Bu uzun müddət ərzində səlahiyyətləri ilə birgə, möhürü də özündə saxlayaraq aylarla mərkəzin sənədləşmə işlərini linç edib, vətəndaşlarla işçilər arasında bəzi narazılıqlar baş qaldırıb. Direktorun qəbuluna şikayətə gələnlər aylardır Vüsal Məmmədovu axtarır, sonuncunun tapşırığı ilə isə hamıya bildirilir ki,"Vüsal müəllim ya sabah gələcək, ya da gələn həftə əlaqə saxlayın" . Beləcə, insanlar aldadılır, bir maliyyə maxinatoru isə, vəzifəsindən hər vəchlə ikiəlli yapışıb durur.

Məlumata görə, bəzən gün ərzində mühüm sənədlər möhürlənməsi üçün birbaş Vüsal Məmmədovun evinə aparılır. Bununla belə, bütün maxinasiyalar da, digər tapşırıqlar da direktorun öz evindən idarə olunur.

"Demokratik.Az" bu biabırçı olayı bir neçə özəl mənbədən dəqiqləşdirib. Hətta əməkdaşımız iki həftə ərzində hər gün idarədə müdirin işə gəlmədiyini özü müşahidə edib. Fakt tam təsdiqini tapıb.

Onu da bildirək ki, bu özbaşınalıq barədə şəxsən Təhsil naziri cənab Cehun Bayramov da məlumatlıdır. Lakin, deyəsən sələfi Mikayıl Cabbarovun xatirinə, Vüsal Məmmədova heç kəs hələ də güldən ağır söz deyə bilmir.

Axı, birinin dizi qırılıbsa, vəzifə və pul hərisliyindən də möhürü evində saxlayırsa, idarəetməni biri evinə köçürübsə, bir neçə rayonu özündə birləşdirən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin olan-qalan nüfuzunu da beləcə sındırmaq Təhsil Nazirliyinin nəyinə lazımdır? Vüsal Məmmədova əmək qanunvericiliyini pozması, qanunvericiliyin tələblərinə riayyət etməməsi üçün niyə şərait yaradılıb, axı...

Ümid edirik ki, kimliyindən asılı olmayaraq, onsuz da Gəncədə illərdir mənfi əməllərilə ad-san qazanmış Vüsal Məmmədovun sözügedən özbaşınalığının qarşısı alınacaq, bu biabırçılığa şərait yaradanlar bəlkə də əməllərindən utanacaq...

Demokratik.Az

Oxşar xəbərlər