Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:09 - 22.09.2018  
700 MİLYONU DA ZİYA MƏMMƏDOV BELƏ DAĞITDI – 30 il demişdi, 3 il çəkmədi…
Tarix: 12-09-2018, 08:06 | Bölmə: Xəbərlər » Ölkə içi

700 MİLYONU DA ZİYA MƏMMƏDOV BELƏ DAĞITDI –  30 il demişdi, 3 il çəkmədi…Bakı-Quba-Rusiya yolunun dağılması ilə bağlı son günlər sosial şəbəkələrdə statuslar və fotolar nəzərəçarpacaq dərəcədə artıb. Hələ 2009-cu ildə o dövrün nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra – 2012-ci ildə yol sıradan çıxmağa başladı. Bu gün – yolun istismara verilməsindən 9 il sonra Bakı-Quba-Rusiya yolu tamamilə sıradan çıxmaq üzrədir. İş o yerə çatıb ki, beton yolun dağılmış hissələri asfaltla əvəzlənir, bəzi yerlərdə isə asfalt yamaqlarla yararsız hala düşmüş yol təmir olunur.

Ekspert Elməddin Muradlı "Yeni Müsavat”a yaranmış vəziyyəti şərh edərkən deyib ki, Bakı-Quba-Rusiya yolunun dağılma səbəbləri haqda illərdir ki, mətbuatda fikirlər söylənilir: "Bakı-Quba-Rusiya yolu tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınmalı idi. Təəssüf ki, hələ həmin yol çəkilərkən normativlərin nəzərə alınmadığı, yol təsərrüfatının əsaslarına söykənmədiyi haqda faktlar vardı. Həmin yolun tikintisini ilkin dövrdə alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri işdən uzaqlaşdırdı. Bunu belə əsaslandırdılar ki, həmin işləri yerli mütəxəssislər də görə bilər. Beləcə, yolu tikib təhvil verdilər. O yolla bağlı göstərdikləri zəmanət müddəti də özünü doğrultmadı. Təhvil veriləndən 3-4 il sonra yol erroziyaya uğradı, dağılmağa başladı. Bu, dövlət büdcəsinə birbaşa zərbə vurmaqdır. Hazırda həmin yolu hissə-hissə təmir edirlər. Bu da büdcədən vəsait ayrılması hesabına başa gəlir. Bu məsələlərlə bağlı Baş Prokurorluq cinayət işi başlaya və müvafiq araşdırma apara bilər. Əmin edirəm ki, cinayət işi başlansa, həmin yolun çəkilişində iştirak etmiş məsul şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər, azı 20 nəfər həbsə göndərilər”.

Картинки по запросу Elməddin Muradlı

Elməddin Muradlı

Elməddin Muradlının fikrincə, yol təhvil veriləndə 30 illik zəmanət verilib, sifarişçi olan Azərbaycan dövləti qarşısında öhdəlik götürülüb: "Nəqliyyat Nazirliyinin rəhbərliyi, Ziya Məmmədov başda olmaqla, verilmiş zəmanətlə bağlı sorğulanmalı, yolun dağılmasının keyfiyyətsiz materiallar, xüsusən beton qarışıqlarında istifadə edilən sementin markası doğru-dürüst müəyyən edilməldir. Bu gün də bunu etmək mümkündür. Yoldakı betondan nümunə götürməklə hansı markalı sementdən istehsal edildiyini aydınlaşdırmaq olar. Bu məsələ bu gün araşdırılmasa, Azərbaycanda yol problemi, yolların dağılıb sıradan çıxarması problemi həll edilməmiş qalacaq. Yol çəkənlər, yol çəkilişinə rəhbərlik edənlər görməlidirlər ki, keyfiyyətsiz yol çəkilişi, yol çəkilişi zamanı işə vicdansız yanaşma, nəzərdə tutulan materialların daha aşağı keyfiyyətli materiallarla əvəzlənməsi qanunla cəzalandırılır. İnsanlar bunu dərk etməli, görməlidirlər. Əks halda, vəziyyət dəyişməyəcək”.

E.Muradlı deyir ki, rəsmilər Bakı-Quba-Rusiya yolunun dağılmasının əsas səbəbi kimi ağır tonnajlı maşınların həmin yolla hərəkətini göstərirlər: "Yol çəkilişindən sonra müvafiq qurumlara dəfələrlə sorğular verib Bakı-Quba-Rusiya yolunda neçə tonluq yük maşınlarının hərəkətinə hesablanmasını açıqlamalarını xahiş etmişəm. Açıqlamayıblar, gizli saxlayıblar. Ümumi cavablar verib, yaxalarını kənara çəkiblər. Halbuki bu məlumat açıq olmalıdır. Bu gün dünyada yol çəkilişi praktikası var. Məsələn, yol çəkilərkən nəzərə alınır ki, gələcəkdə 5 qat artıq yükə dözümlü olsun. Yolda 25 tonluq ”KamAZ”ın hərəkəti nəzərə alınırsa, 26 tonluq maşının da yoldan istifadəsi yolveriləndir. Yəni yolu 5 dəfə artıq yükə dözümlü tikməlidirlər. Daha bizdəki kimi 3-5 il sonra dağılacaq qədər zəif tikilməməli idi. İstənilən halda yolun pis tikilməsi və istifadəyə veriləndən sonra lazımınca nəzarət edilmədiyi göz qabağındadır. Əgər yol yüksək texnologiya ilə ağır tonnajlı yük avtomobillərinə dözümlülük dərəcəsi nəzərə alınaraq tikilsəydi, belə tez dağılmazdı. Digər tərəfdən, Bakı-Quba-Rusiya yolu ağır tonnajlı maşınlara görə dağılıbsa, bəs Bakı Dairəvi Yolunun Hövsan istiqamətində çəkilmiş beton yol niyə dağılır? Həmin yoldan ki, ağır tonnajlı maşınlar keçmir. Oradan uzağı avtobus və ya mikroavtobuslar keçir, əsasən minik maşınları şütüyür. Həmin yolu da Ziya Məmmədov nəqliyyat naziri olarkən çəkiblər. Nəqliyyat Nazirliyinin dövründə çəkilən yollar bu gün yenidən çəkilir. Çünki yol çəkilişi məsuliyyətsizlik və nəzarətsizlik şəraitində aparılıb. Büdcədən yol çəkilişi üçün ayrılan pulların heç 30 faizi təyinatı üzrə xərclənməyib. Ziya Məmmədovun dövründə inşa edilmiş körpülərdə artıq çatlar əmələ gəlib. Avtovağzaldan Bakı şəhərinə daxil olmadan kənar yolla gedəndə maşın özü-özünə atılıb düşür. Çünki yolda "qarmoşka” əmələ gəlib. Səbəb də odur ki, yol yatağında çəkilişdən əvvəl bərkitmə işləri lazımi qaydada aparılmayıb. Bu məsələləri istintaq qrupu yaratmaqla araşdırmaq, təqsirkar şəxslərin dairəsini müəyyən edib cəzaya çatdırmaq olar. Bu yola baş vurulsa, keyfiyyətsiz yol problemi gələcək nəsillərə miras qalmaz”.

Картинки по запросу Bakı-Quba-Rusiya avtomobil yolun
Qeyd edək ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib.
2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Beton yolun 30 ilə davam gətirəcəyi açıqlansa da, 2009-cu ildən istismara verilən yol 3 il sonra dağılmağa başladı.

Xəbər 1211 dəfə oxunub






Oxşar xəbərlər

İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14860] initstartout [0.00019] initstartin [0.00091] calstart [0.01050] calend [0.00061] topnewsend [0.00508] rsssend [0.00000] ehgend [0.00815] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12243]