Fərhad Əliyev keçmiş köməkçisinə vəzifə verdi

  • 09 sen 2018, 09:44
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib.

Demokratik.Az Unikal.org-a istinadən xəbər verir ki, F. Əliyev həmin müəssisənin direktoru vəzifəsinə bir vaxtlar özünün köməkçisi işləmiş Elşad Abbasovu təyin edib.

Sabiq nazirin yaxın qohumu Əlibala Əliyev isə direktor müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, "Alco” MMC-yə 29 iyul 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağları istehsal edəcəkdir.

Məlumata görə, F. Əliyev Sumqayıt Kimya Sənaye Parkı ərazisində daha bir müəssisə inşa etdirmək istəyir.

Qeyd edək ki, Fərhad Əliyevin özü isə İçərişəhərdəki ofisində əyləşir.
Oxşar xəbərlər