Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:23 - 19.05.2019  
Növbədənkənar parlament seçkiləri müzakirələri yenidən başladı
Tarix: 7-09-2018, 08:48 | Bölmə: Xəbərlər » Ölkə içi

Yeni seçkilər keçirilməsi təklifinə reaksiyalar gəldi

Növbədənkənar parlament seçkiləri müzakirələri yenidən başladıREAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. O bildirib ki, hazırkı vəziyyət parlamentin buraxılması və yeni demokratik seçkilərlə parlamentin formalaşdırılması zərurətini yaradır.

İlqar Məmmədovun bu təklifinin siyasi partiyalar tərəfindən necə qarşılandığına gəlincə, birmənalı münasibət yoxdur. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib: "Referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir”.

İlqar Məmmədovun irəli sürdüyü fikrin bundan əvvəl də dəfələrlə səsləndirildiyini vurğulayan Sərdar Cəlaloğluna görə, təklifdən asılı olmayaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi vacibdir: "İlqar Məmmədovun irəli sürdüyü fikir yeni deyil. Referendum keçirildikdən və yeni konstitusiya maddələri qəbul ediləndən dərhal sonra biz bəyanat vermişdik ki, referendumun nəticələrinə görə mövcud hakimiyyətlə konstitusiya arasında ziddiyyət var və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Vaxtilə prezident seçkiləri ilə bağlı bizim verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi”.

Deputat Fazil Mustafa isə "Yeni Müsavat”a bildirdi ki, konstitusiya dəyişikliyi və növbədənkənar prezident seçkiləri parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır. Növbədənkənar parlament seçkiləri keçirilməsinin vacibliyini söyləyənlərin mövqeyi əslində siyasi istəklərin reallaşdırılması arzusundan doğan siyasi məsələdir: "Siyasətlə həvəskar kimi məşğul olan insanlar hər dəfə bir mövzu üzərində fikir bildirməyə çalışırlar. Amma bir fikir bildirəndə onu konstitusiya ilə əsaslandırmağa əslində əsası olmayan cəhdlər edirlər. Konstitusiyada dəyişikliklərdə Milli Məclislə bağlı hər hansı bir dəyişikliyi nəzərdə tutan yeni müddəalar qoyulmayıb. Deputatın ”Etik qaydaları haqqında" Qanun qəbul olunması məsələsi qoyulmuşdu. Həmin qanun da qəbul olundu. Parlamentlə bağlı başqa bir məsələ nəzərdə tutulmayıb ki, təcili parlament seçkiləri keçirilməsi zərurətini yaratmış olsun. Milli Məclisin buraxılıb, yeni seçkilərin keçirilməsini əsaslandıracaq bir hüquqi və siyasi situasiya yoxdur. Konstitusiya dəyişikliyi də bunu ehtiva eləmir. Sadəcə ara-sıra bəzi şəxslər arzu etdikləri məsələni konstitusion tələb kimi göstərməyə çalışırlar. Fikrimcə, bu, doğru deyil".

F.Mustafa xatırlatdı ki, Milli Məclis üzvlərindən bir neçəsi başqa vəzifələrə gediblər, bir nəfər vəfat edib. Cəmi 6 deputat yeri hazırda boşdur: "Bu da çox sayı əhatə eləmir. O baxımdan da növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yoxdur. Amma siyasi məqsədəuyğunluq olarsa, əlbəttə, seçki vaxtından qabaq da keçirilə bilər. İndiki halda isə bunu zəruri edən hansısa konstitusion şərt yoxdur. Konstitusiya dəyişiklikləri Milli Məclisin fəaliyyəti ilə bağlı hansısa konseptual yenilik gətirməyib. Parlamentlə bağlı hər hansı dəyişiklik olmayıb, ili artırılmayıb, strukturu dəyişməyib, qanunverici orqan olaraq səlahiyyətləri artırılmayıb, heç bir əlavə funksiya verilməyib ki, yenidən seçimə ehtiyac olsun. Prezidentliklə bağlı belə dəyişikliklər vardı deyə seçkilər irəli çəkildi”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkilərinin də irəli çəkilə biləcəyi, növbədənkənar parlament və bələdiyyə seçkilərinin eyni vaxtda keçiriləcəyi barədə indiyə qədər mediada xəbərlər yayılıb.

Bu barədə aprelin sonlarında məlumatlar yayılan zaman hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəyan etmişdi ki, hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil: "Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Azərbaycan Konstitusiyasında dəyişiklik edilməlidir. Bunun üçün də ümumxalq səsverməsi keçirilməlidir. Konstitusiyada parlamentin hansı müddətdə fəaliyyəti ilə bağlı maddə var. Hətta parlament seçkilərinin hansı gün keçirilməsi də konstitusiya ilə müəyyənləşir. İkincisi, 2016-cı ilin sentyabrın 26-da keçirilən səsvermə ilə konstitusiyaya dəyişiklik edilib. Dəyişikliyə əsasən, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və qanunda nəzərdə tutulmuş digər məsələlərin öhdəsindən gələ bilmədikdə prezident Milli Məclisi buraxır. Amma hazırda gündəmdə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələ yoxdur. Yəqin ki, kimsə deputat olunmaq istəyir, ona görə də bu məsələni ortaya atıb”.

Hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib və deputatların səlahiyyət müddəti 5 ildir. Ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir.

"Yeni Müsavat”

Xəbər 904 dəfə oxunub






Oxşar xəbərlər

İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü
Tramp Putinlə görüşəcək
Dişləri möhkəmləndirən qidalar – SİYAHI
“Bu fırıldaq sxemlə “OTKAT” alıblar…” – Sabiq nazir müavini həbs edilə bilər
Ramazanın 9-cu gününün duası – İmsak və iftar vaxtı
"Çinlə bağlı 325 milyardlıq qərarı verməmişəm"
Mənsimov Əli İnsanovla əməkdaşlığa MÜMKÜNSÜZ dedi
Bu gündən 72-ci Kann Festivalına start verilir
Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”
Aygünün qızı tanınmaz halda - FOTO
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs KİM imiş?
Putin: “Bu silah birinci bizdə olmalıdır”
Rusiya təyyarələri İbliddə sivilləri yaraladı - İddia
“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”
Bitkoinin qiyməti 7 min dolları keçib
Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb edilir?
Vüsal Rzazadə ilə bağlı vitse prezidentə MÜRACİƏT olundu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17952] initstartout [0.00016] initstartin [0.00061] calstart [0.00818] calend [0.00044] topnewsend [0.00304] rsssend [0.00000] ehgend [0.00637] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16017]