Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:45 - 22.11.2019  
FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALINDAN 25 İL ÖTÜR - XİN bəyanat yayıb
Tarix: 23-08-2018, 10:15 | Bölmə: Xəbərlər » Ölkə içi

"1993-cü ilin avqustun 23-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub".

FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALINDAN 25 İL ÖTÜR - XİN bəyanat yayıbDemokratik.Az xəbər verir ki, bunu Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, işğal nəticəsində Füzuli sakinlərindən 657 nəfər şəhid, 400 nəfər müharibə əlili olub, 181 nəfər isə əsir və itkin düşüb: "Cəbrayıl rayonundan da 400 nəfərə yaxın şəhid və 177 müharibə əlili olub, 91 nəfər isə əsir və itkin düşüb. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Hal-hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxın nəfəri rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalan hissəsi isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır. 79,9 min nəfərlik Cəbrayıl əhalisinin əksər hissəsi hələ ki, Azərbaycanın müxtəlif güşələrində məcburi köçkün olaraq məskunlaşmağa məcburdur.

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Füzuli və Cəbrayıl rayonlarında da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında Füzuli şəhərinin yaxınlığında e.ə. III minilliyə aid Qaraköpəktəpə arxeoloji abidələri, Aşağı Veysəli kəndindəki XIII-XIV əsrlərə aid Mirəli türbəsi, Qarğabazar kəndindəki XVII əsrə aid məscid, karvansara və sair qeyd oluna bilər. Cəbrayıl rayonu ərazisində isə Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıntılara və talana məruz qalıb.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan ermənilər daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir. Bəzi fərdi hallar istisna olmaqla, ermənilərin heç zaman icma şəklində yaşamadığı Cəbrayıl rayonu ərazisində kilsənin tikilməsi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək və münaqişəyə dini don geyindirmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Horadiz şəhərinin işğalı kəskin şəkildə pislənilib və Horadiz şəhəri daxil olmaqla, Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Horadiz şəhərindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə əməl edilməyib.

Yalnız Azərbaycan Respublikası Sılahlı Qüvvələrinin 5 yanvar 1994-cü il tarixindən etibarən həyata keçirdiyi əks-həmlə tədbirləri nəticəsində nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lalətəpə yüksəkliyinin işğaldan azad edilməsi və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraitinin təmin olunmasından sonra Azərbaycan Respublikası hökuməti tərəfindən kəndin minalardan təmizlənməsi, yenidən qurulması və məcburi köçkünlərin şərəfli və ləyaqətli şəkildə kəndə geri qayıtması təmin olunub. Füzuli rayonunun işğaldan azad edilmiş hissələrində, Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikası hökumətinin həyata keçirdiyi quruculuq işləri Azərbaycanın işğal edilmiş ərazilərin azad edilməsi, bərpa edilməsi və məcburi köçkünlərin şərəfli və təhlükəsiz şəraitdə geri qayıtmasının təmin olunması istiqamətində əzminin göstəricisidir.

Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır".

Xəbər 1578 dəfə oxunub






Oxşar xəbərlər

Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38699] initstartout [0.00021] initstartin [0.00109] calstart [0.01336] calend [0.00079] topnewsend [0.00744] rsssend [0.00000] ehgend [0.03114] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33193]