“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT

  • 13 avq 2018, 10:02

Bakı (Az 1053) Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, vmənzil 141- də yaşayan Məmmədova  Gülsüm Əsgər qızı tərəfindən "Demokratik.Az" saytına şikayət ərizəsi daxil olub. Ölkə başçısına və bir neçə vəzifəli şəxsə ünvanlanmış müraciətdə "VİKTORİYA-313” Mənzil Tikinti Kooperativinin sahiblərindən biri olmuş və dələduzluğa görə məhkum olmuş Arzuman Əliyevin qanunazidd hərəkətləri qeyd olunur. Müraciətdə deyilir:

"Möhtərəm cənab prezident! Mərhum həyat yoldaşım Məmmədov Vahid Rza oğlu 2015-ci ilin əvvəlində Naxçivan şəhərində ona məxsus olan mülkü satıb 50000 (əlli min) manat pul düzəltmişdi ki, Bakıda dolanmaq üçün bir iş qursun. Elə bu arada Vahidin dostu diplomatik nümayəndəliklərdən birinin rəhbəri olan şəxslə söhbət əsnasında məlum olur ki, onun "VİKTORİYA-313” Mənzil Tikinti Kooperativin rəhbəri olan həmyerlisi (əslən Naxçivandan olan) Arzuman Əliyevlə işbirliyi qurmasını məsləhət görür. Vahidin dostu qeyd edir ki, Arzuman həm də geniş əlaqələrə və biznesə malik adamdır. Hazırda onun MTK-sının tikintisində bir az maliyyə sıxıntısı var ki, o özü maraqlıdır ki, pul tapıb binaları vaxtında təhvil versə xeyli qazanc əldə edəcəkdir. Hər üçü görüşüb razılaşırlar ki, Vahid əlində olan nağd 50000 manatı Arzumana versin ki, o da MTK-nın sifarişi əsasında gətirilmiş 70 ton armaturu alıb tikintini davam etdirsin. Arzuman Vahidə söz verir ki, devalvasiyanı və infilyasiyanı nəzərə almaqla bina tikilib hazır olanadək hər ay əlavə olaraq bina "alıcı”larından aylıq kassaya daxil olan puldan 1500 AZN verəcəkdir. Arzuman hətta Vahidi verdiyi pulun əvəzi olaraq tam arxayın salmaq üçün ona tikilməkdə olan 1-ci binanın 1-ci blokunun 2-ci mərtəbəsindən 101,16 kvadrat metr sahəsi olan mənzilin ona verilməsinə dair 11mart 2015-ci il tarixində MTK-nın satış müdiri olmuş əmisioğlu Əliyev Vüqar Allahverdi oğlunun adından müqavilə də bağlayıb təqdim edir. Aradn bir müddət keçməmiş A.Əliyev saxlanılır və barəsində istintaq Korrupsiya İdarəsində araşdırması gedir. Sonradan bizə məlum olur ki, Arzuman Əliyev2013-cü ildən sonra aldatdıqları qohumu və iş adamları olan  Rüfət Vəliyev, Nazim Tahirov, Elbrus Məmmədov və Etibar Kərimova qarşı törətdiyi dələduzluq faktları ilə bağlı(külli-miqdarda mənimsədiyi pullara görə) Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində dələduzluq maddəsi üzrə cinayət işi başlanaraq istintaqa cəlb edilir. Elə bu səbəbdən onun "VİKTORİYA-313” MTK-dakı işləri dayanır. Prokurorluğun apardığı istintaq zamanı məlum olur ki, həqiqətən də  Rüfət Vəliyev  SOCAR-da hüquq şöbəsinin rəisi təyin olunmaq arzusu ilə tanıdığı və qohumlarının işbirliyində olduğu Arzuman Əliyevə rüşvət kimi 50 min manat, yəni 62 min ABŞ dollarından artıq pul verir və aldadılır. Etibar Kərimov isə qohumu olan Arzuman Əliyevin yağlı vədlərinə inanıb ucuz ev almaq eşqinə düşür və ona 230 min manat verir, o da aldadılır. Nazim Tahirov və Elbrus Məmmədov isə hər ikisi Arzuman Əliyevlə biznesə girişirlər və Arzuman Əliyevin onlardan dəmir boruları bazar qiymətindən 10 faiz artığına alacağına inanıb aldanılmaları sübuta yetirilir. Arzuman Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə ittiham olunur. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Arzuman Əliyev haqqında AR CM 178-ci maddəsi ilə, yəni dələduzluqda ittiham olunaraq 11 il müddətinə həbs hokum çıxarılır.Yəni, Arzuman Əliyevin dələduz olması faktı çoxsaylı sübutlarla illərlə davam edən istintaq zamanı tam sübuta yetirilib.

      Rəhmətlik yoldaşım Vahid Arzumanın təhlükəli dələduz olmasını bildikdə bərk sarsılır.  Vahid çalışır ki, Arzumana verdiyi pulu geri alsın. Amma nə qohumları, nə də özü pulun hamısını deyil, yalnız hissə-hissə verə biləcəklərini bildirirlər. Vahid bir neçə dəfə Arzumanla onun MTK üzrə digər şəriki olan Nizamilə birlikdə görüşüb məsələni müzakirə edirlər. Lakin hər dəfə Arzuman yalan vədlər verməkdən başqa heçnə etmir. Bu ilin əvvəlində, yanvarın 20-dən sonra Vahid Arzumanla əlaqə saxladı və evə çox narahat gəldi. Yanvarın 26-da Vahid yatdığı yerdə, qəfil beyin insultu keçirərək dünyasını dəyişdi. O idmançı idi. Günaşırı idmanını davam etdirirdi. Heç vaxt xəstəliyi olmamış və müalicə almamışdır. Sadəcə Arzumanın digərləri kimi onu da açıq-aşkar etimadından süi-istifadə edərək aldatmasını heç cürə qəbul edə və bağışlaya bilmirdi. Fakt ondan ibarətdir ki, Arzuman dələduzluğuilə Vahidin ölümünə səbəbkar oldu. Və elə həmin andan da Vahidin adına "Viktoriya-313” MTK tərəfindən hər ay təqdim edilən (50000AZN-nin devalvasiya və infilyasiya əvəzi olaraq verilən 1500AZN pulun verilməsi dayandırlır.

Məsələ ilə bağlı oğlum Nihad Məmmədov məşğul olur. Arzuman onu da yalan vədlər verməklə süründürməyə başlayır. "VİKTORİYA-313” MTK-nın digər şəriki olan Nizami müəllim də qeyd edir ki, MTK-nın büdcəni Arzuman tam dağıdıb. Pul yoxdur və heçnə verə bilmərik. Arzuman reallıqda tikilib istifadəyə verilən 2-ci binanın mənzillərinin hamısını və tikilməkdə olan 3-cü binadakı mənzillərin də çoxunu satıb pullarını kassadan götürüb. Yəni, bu adam qoyduğu mayadan da artıq pul götürüb və indi o MTK-ya haradsa 1,5 (milyon yarım pul borcu var) Qalan mənzillərdən də bəzilərini vəd verdiyi adamlara və doğma bacısına hədiyyə edib. O "VİTORİYA-313” ü çıxılmaz vəziyyətə salıb. Pul verib mənzil gözləyən vətəndaşlar da gördülər ki, Arzuman həbs olunub, binalarda gedən işlər dayanıb, başladılar şikayətlər etməyə. Budur, iki dəfə məsələ Abşeron rayon Prokurorluğunda araşdırılıb. Birtəhər işi yoluna qoymuşuq ki, biz binanı tikib şikayətçilərə təhvil verəcəyik. İndi ordan-burdan pul tapıb tikintini davam etdirirk. Biz necə Vahidin ailəsinə pul verə bilmərik. Bizdə bu iş üçün verəsi və ya qaytarası bir qəpik də pul yoxdur. Bu arada oğlum məsələni "VİKTORİYA-313” MTK-nın ofisində araşdırdığı zaman məlum olur ki, atası Vahidin adına müqavilədə qeyd olunan binanın heç tikintisinə başlamayıblar. Və iş fundament qazıldıqdan sonar dayandırılb. Yəni, aydın olur ki, Arzuman Əliyevin bizə 101 kv.m sahəsi olan mənzillə bağlı müqavilə də saxta imiş. Müqavilənin şərtlərində qeyd edilən öhdəliklərin heç biri "satıcı” adlanan tərəfdən yerinə yetirilməyib. Yəni, A.Əliyev ərim vahidin etimadından süi-istifadə etməklə ona məxsus əmlakı 50000 manat pulu qaytarmaq və ya əvəzində mənzil vermək kimi sövdələşməsinə əməl etməyib. O bizim ailəyə qarşı dələduzluq törədib külli-miqdarda əmlakımızı mənimsəmişdir. Doğrudur, Arzuman Vahiddən aldığı pulu şahidlərin yanında bina tikintisi üçün 70 ton armaturu alındığını və tikintiyə sərf edildiyini bildirir. Və buan görə cavabdehliyi "Viktoriya-313” MTK- daşıdığını bildirir. Onun digər şəriki olan Nizami də qeyd edir ki, biz həmin pulu qaytarmaq fikrində deyilik. Olsa olsa indi tikilməkdə olan binalardan birində mənzil verə bilərik. Lakin fakt bundan ibarətdir ki, 3-cü və 4-cü binaların tikintisinin nağd pul olmadığı vaxtad nə vaxt tikilib başa çatacağı qeyri-müəyyəndir. Vahidlə bağlanmış müqavilə də də binanın nə vaxt tikilb başa çatacağı müddət də konkret göstərilməyib. Müqavilənin 5.3-cü hissəsində göstərilir:

Müqavilə "Alıcı”nın təklifinə əsasən pozularsa, bu halda "Alıcı” tərəfindən ödənilmiş məbləğ "Koopreativ” tərəfindən yalnız həmin mənzili başqa bir şəxsə yenidən satıldıqdan sonar "Alıcıya” qaytarılır.     Yəni, bu maddə üzrə biz "Alıcı” qismində qeyd edilən tərəf kimi bildirmək istəyirik ki, müqavilə bağlandığı vaxtdan 3 il  müddət keçməsinə baxmayaraq binanın tikintisinə 1 manat da vəsait qoyulmayıbsa qanuni hansı tərəf pozmuş olur? "Satıcı” öz öhdəliyini qanunvericilik əsasında yerinə yetirməli "Alıcı”nin pulunu qeyd-şərtsiz geri qaytarmalıdır. Bunun başqa bir anlamı yoxdur.

Saxta müqavilənin 6.5 Maddəsində qeyd edilir: Tərəflər razlığa gəlirlər ki, tikinti materiallarının qiymətinin kəskin artması halında mənzilin bir kv.m qiyməti dəyişdirilir. Və ya ödənilmiş məbləğ aldığı qiymətə geri qaytarılır.     Bu maddəyə əsasən də biz sadəcə pulumuzun dərhal geri qaytarılmasını istəyirik. Bizə hər hansı mənzilin gələcəkdə veriləcəyi şərtilə razı deyilik.

Son vaxtlar Arzuman Əliyev yenə də bizimlə tez tez əlaqə saxlayaraq pulunun və ya mənzilin reallıqda veriləcəyi vədlərini versə də biz artıq son 1 il 2 ayda deyilənlərin təsdiqini görmədik. Bu sadəcə dələduzluqda ittiham olunan Arzumanın indi məhkəmədə işinin ağırlaşmaması üçün seçdiyi bir taktikadır. O ümid edirdi ki, bizi aldadıb yola verməklə pul gücünə canını məhkəmədən qurtaracaq. Və sabah harasa qaçıb gedəcək. Ona görə də Arzuman Bakı Apellyasiya Məhkəməsinə şikayət verərək tam azad olunması üçün 10 ay məhkəmə çəkişməsi davam etdi və aldatdığı adamlara yenə pullarını qaytaracağı vədləri verib onlardan şikayətlərini geri götürmələrini istəmişdir ki, həbsdən çıxıb qalan pulları ödəsin. Həqiqətən də 27 avqust 2017-ci ildə Arzuman cəzasının yüngülləşdirilməsilə həbsdən azad edilir.  Və dərhal da mənə zəng edib söz verir ki, Gülsüm xanım Siz narahat olmayın pulunuzu mənim "VİKTORİYA 313” ə təyin etdiyim mühasib Aysel xanım sizinlə əlaqə saxlayıb 50000 manat aldığımız pulu hissə hissə bir il ərzində ödəyib qurtaracaqdır.Doğrudur, əvvəl bir iki ay mənə 750 və 1000 manat gətirib versə də sonradan dəflərlə zəng etməyimə baxmayaraq Aysel telefonuma cavab vermədi. Arzuman isə qaçıb Rusiyaya getdiyi məlum oldu. Qoy qaçsın Amma bir daha xatırlatmaq istəyirəm ki, A.Əliyevin hələ təkcə bizə məlum olan çoxsaylı obyektləri bunlardır:

Nizami rayonu, Ağ Ciyərlər Xəstəxanasının yanında 4 mərtəbəli əzəmətli villası, Nardaranda dəniz kənarında 2 ədəd özünə məxsus və ikisi də həmyerlisi olan Sədərəkli Mehmanla şərik olduğu villalar, bir ədəd Xızı rayonun Altıağac qəsəbəsindədəki möhtəşəm villası, 1 ədəd Bakıdakı özəl uşaq bağçası, Nəsimi rayonun Mirəli Qaşqay küçəsində hazırda ailəsinin yaşadığı çoxmənzilli yaşayış evi, "VİKTORİYA-313” MTK-sına məxsus 4 ədəd 13 mərtəbəli yaşayış binaları və çoxsaylı torpaq sahələri. Qoy istintaq bu məşhur dələduzu yenidən cəlb edib çoxsaylı bahalı obyektlərinə həbs qoysun ki, mənim kimilərə vurduğu maddı ziyanı əmlakları satılıb ödənilsin.

Çox hörmətli, Cənab Prezident Siz mənim boks üzrə idmançı oğlum Anar Məmmədova idmanda göstərdiyi yüksək xidmətlərinə görə 20015-2017-ci illərdə dəfələrlə görüşmüş və xidmətlərinə görə ev hədiyyə etmisiniz. Bizim ailəyə verdiyiniz dəyərə görə minnətdaram. Və Sizdən xahiş edirəm. Rəhmətlik yoldaşım Vahid Məmmədovun əmlakını mənimsəmiş və sonda onun ölümünə səbəbkar olmuş məşhur dələduz  Arzuman Əliyev və onun rəhbəri olduğu "VİKTORİYA-313” MTK barəsində ciddi araşdırılmalar aparılmasına və başımıza gətirilən qanunsuzluqlarla bağlı tədbirlər görülməsinə göstəriş verəsiniz.

Məlumat üçün onu da bildirim ki, hazırda Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim İlqar Murquzovun icraatında  AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş dələduz Arzuman İsa oğlu Əliyevin apellyasiya şikayətinə baxılmaqdadır. Mən də bir zərəçəkmiş şəxs kimi məhkəməyə təqdim etdiyim ərizəyə əsasən Arzuman Əliyev tərəfindənm dəymiş ziyanın ( 50000 AZN pulun) ödənilməsini xahiş etmişəm. Problem ondadır ki, arzuman Əliyev SOCAR-a bağlı şəxslərlə əlaqəli olduğu üçün verdiyi apellyasiya şikayəti əsasında digər 4 şikayətçiyə vurduğu külli-miqdarda ziyanlara baxmayaraq azadlığa çıxmaq istəyir. Və bizdə olan məlumatlara əsasən bu istuqamətdə işlər artıq görülmüşdür. Aidiyyatı orqanlardan xahiş edirəm A.İ.Əliyevin məhkəmə işinə ədalətli baxılması üçün lazımi tədbirlər görsünlər.

Əvvəlcədən minnətdarlığımı bildirirəm".  
Gülsüm Əsgər qızı Məmmədova

Adıçəkilən hər kəsin söz haqqına hörmətlə yanaşırıq!

Demokratik.Az

Oxşar xəbərlər