Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:58 - 22.01.2019  
Gəncədə nə baş verdi? - Dövlətə, Dünyəviliyə, Dinə və Sabitliyə terror -TƏHLİL
Tarix: 11-07-2018, 10:13 | Bölmə: Xəbərlər » Ölkə içi

Gəncədə nə baş verdi? - Dövlətə, Dünyəviliyə, Dinə və Sabitliyə terror -TƏHLİLİyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdi.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olundu ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Və nəticədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.

Asayiş keşikçiləri Gəncədə sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıblar, şəhərdə sakitlik tam bərqərar olub.

Gəncə artıq normal günlərindən birinə davam edir.

… Amma fakt bu ki, ölkənin ikinci böyük şəhərində iki polis zabiti qətlə yetirildi, terrora məruz qoyuldu, ölkəni Gəncədən qarışdırmaq istədilər.

Kimliyi, nə istədiyi, hansı davanı apardığ bəlli olmayan, "Allahu əkbər” sədası altında gizlənib (məhz gizlənib!) lomla, soyuq silahlarla silahlanıb şəhərin mərkəzi meydanına gələn bu dəstənin sabitliyin düşməni olduğu bəsbəllidir.

Bu adamlar dindardılarmı? Qətiyyən. Onların qətlə yetirdikləri polis zabiti Səməd Abbasov Gəncədəki məşhur İmamzada kompleksinin axundu, Gəncənin tanınmış və köklü dindarlarından olan Hacı Tahir Abbasovun qardaşıdır. Elə bu faktın özü deyir ki, hadisələrdə heç nə, amma heç nə təsadüfi deyil. Bu hadisələrdə din də, sabitlik də, dünyəvilik də, yəni, DÖVLƏT və DÖVLƏTÇİLİK üçün müqəddəs olan bütün dəyərlər hədəfə alınıb.

Gəncədəki iğtişaş cəhdini kənardan seyr edən uşaq belə anlayır ki, bu, bir xalq etirazı deyil, baxmayaraq ki, ölkədə bəzi problemlər var, bunu bircə gün əvvəl keçiridyi müşavirədə dövlət başçısı özü də deyib, məmurlara iradlar bildirib, tapşırıqlar verib. Bu hadisə ölkədə sabitliyə yüklənmiş, xalqı öz dövlətilə üz-üzə qoymaq istəyənlərin bölgə üçün planlaşdırılmış əməliyyatıdı. Qurulub, düzənlənib və balaca, dağıdıcı, beyni bəzi hücrələrdə yıxanmış yerli aktyorlara da kütləvi səhnələr tapşırılıb.

***

Hadisə baş verəndən, hüquq-mühafizə orqanları rəsmi məlumat yayandan dərhal sonra isə yenə də Gəncədəki başıpozuq dəstənin sosial şəbəkələrdəki dəstəkçiləri "iş başına keçdilər”. Bu dəfə hədsizliyin, arqumetsizliyin dibinə vurublar. Sosial şəbəkələrdə "iki polis zabitinin məhz məqsədli,iğtişaş yaratmaq görüntüsü üçün hökumət tərəfindən qətlə yetirildiyini ” yazırlar, yayırlar.

Halbuki özlərinin yaydıqları video görüntülərdə, radikalyöümlü saytlarının həyəcanlı qızının vay-şüvən içindəki yayımında belə soyuq silahla silahlanmış dəstənin polisə necə hücum çəkdiyi, zabitləri yaraladığı açıq-aydın əksini tapır. Hakimiyyətə olan kinini əks etdirmək üçün bundan betər "arqument” tapa bilmədimi, bu hücrəçilər? Bir hökümət illərlə yetişdirdiyi, hər zaman məhz anarxistlərin qarşısında dayanan, kəskin mövqeyi, sədaqəti ilə seçilən polisini vurarmı? Bunu düşünmək üçün hansı qafa sahibi olmaq lazımdır?

***

Bu gün Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə, dünyəvilyinə, sabitik boyda sərvətinə göz dikildiyinin göstəricisidir. Bir ovuc radikalın istəyi, məramı bilinmədən, hardan gəldiyi, nə səbəbə gəldiyi bəlli olmadan şəhəri qarşıdırmaq cəhdidir. Əslində açıq deyək, oyun o qədər primitiv, istedadsız və açıq oynanılır ki, bu hücrəçilərin yetişdirildiyi, mesaj aldığı mərkəz (lər) çox aydın görünür. Oturduqları yer Avropa və ya Azərbaycanda bir cami küncü ola bilər, amma oxuduqları moizənin havası soyuq gəlir.

Bu daşın altından çıxan əllər yaddır, amma biz bu əl(lər)i tanıyırıq. Həmişə MƏMLKƏTİN MÜSTƏQİLLİYİNƏ uzanıb, daxildən də o əli tutmağa və öpməyə cəhd edən dəstəni "hazır saxlayıb”.

***

Dərhal qanunun ən sərt üzü tətbiq edilməli, bu əməli törədənlər, bu əmələ təşviq edənlər tapılmalı, cəzalandırmalıdırlar. Bu ölkənin ən böyük sərvəti olan sabitliyə, dünyəviliyə göz dikən, ölkədə qarşıdurma yaratmaq istəyən heç kimə güzəşt olunmamalıdır. Buna yol açanların əlləri, bu cığırda yürümək istəyənlər ayaqları qırılmalıdır!

Sosial şəbəkədə, adını "siyasi müxalifət” qoyub, amma hardan silahlandığı, hardan əmr aldığı bəlli olmayan ən kiçik anarxist dəstəyə belə hakimiyyətə qarşı olduğu üçün dəstək verənlər də cəzadan, məsuliyyətdən kənarda qalmamalıdırlar.

***

Xalq baş verənlərdən hiddətlənib, çünki azərbaycanlılar başqa bir imperiyanın tərkibindən qurtulmaq üçün həqiqi azadlıq mübarizəsi aparanda belə heç kimi qətlə yetirməyblər. İndi, bu MÜSTƏQİL ölkənin vətəndaşları qatil olmaqla, terror törətməklə "mübarizə aparmırlar”, bu ölkədə mübarizənin də, Mübarizliyin də yolu VƏTƏNDAŞ olmaqdan keçir. Və ölkədə VƏTƏNDAŞ olan hər kəsi xaricidilli hücrələrdə yıxanan, qurunan beyinlərin sahibləri, onların lom tutan əlləri hiddətləndirir. Bu ölkənin VƏTƏNDAŞı öz polisinin, qanı qanından, dini dinindən, can canından olan qardaşının üstünə lomla, dəynəklə getməz, getməyib. Bu ölkənin VƏTƏNDAŞI bu lom tutan, daş atan, polis öldürən ƏL(LƏR)İ tanıyır, ona görə də o əllərin sahiblərinə haqlı olaraq xain deyir, bağışlamır, lənətləyir.

O hiddəti indi, bax elə bu saatlarda sosial şəbəkələrdə görmək mümkündür. Ölkənin bütün sağlam düşüncəli, layiq təfəkkürlü və sabitlik istəyən çoxluğu bu başıpozuqluğu lənətləyir.

Hətta 5 gün əvvəldən elan olunmasına baxmayaraq, xalq bu zorakılığı, iğtişaşı dəstəkləmədi, ona qoşulmadı, əksinə, Gəncə də daxil Azərbaycan etiraz səsini qaldırmağı, bu terroru lənətləməyi özünə borc bilir.

Və bütün sadaladıqlarlmızdan gəlinəcək son nəticə budur:

Azərbaycan xalqı DÖVLƏTİNİ, MÜSTƏQİLLİYİ, DÜNYƏVİLİYİ VƏ SABİTLİYİ seçir. Bu dəyərlərə zərbə yetirməyə cəhd edənlər isə qarşılarında VƏTƏNDAŞı görəcəklər!

APA ANALİTİK MƏRKƏZİ

Xəbər 1741 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Rusiya və Çin kanalına müsahibə verib
BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb
3 vəkilin fəaliyyətinə "son", 1-nə töhmət
Milli Şuranın mitinqinə niyə icazə verildi - deputatın şərhi
Yəhudi baş nazir təcavüzkarlara "meydan oxudu"
Tanınmış futbolçu karyerasını başa vurub
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
Gəncədə "Unutmuruq!" aksiyası keçirilib
Prezident Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Şuşanın icra başçısı Trampın avtomobilində gəzir - FOTO
Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13878] initstartout [0.00017] initstartin [0.00095] calstart [0.01034] calend [0.00051] topnewsend [0.00347] rsssend [0.00000] ehgend [0.02536] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09745]