Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:22 - 21.11.2018  
“GünayBank”dakı “xortumlama” əməliyyatında Eldar Mahmudov sxemi
Tarix: 30-06-2018, 11:49 | Bölmə: Xəbərlər » Ölkə içi

Oğurlanmış pulları qaytarmamaq üçün yeni plan işə düşüb; ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş Zakir Zeynalov özünün çoxmilyonluq varidatını heç kimlə bölüşmək niyyətində deyil

“GünayBank”dakı “xortumlama” əməliyyatında Eldar Mahmudov sxemi4-5 il əvvəl Azərbaycan Beynəlxalq Bankında baş verən "xortumlama” əməliyyatı Azərbaycanın məşhur banklarından olan "GünayBank”da təkrarlanmaqdadır.

Son məlumatlara görə, bankdakı qeyri-rəsmi hesablarından on milyonlarla dolların misli görünməmiş oğurluğu gerçəkləşib. Bankın hazırda həbsdə olan İdarə Heyətinin sədr müavini Emin Zeynalov az qala 100 milyon manatı ofşor hesablarına köçürüb.

Pulların ofşor hesablara Baltikyanı ölkələrin Vaşinqtonun sanksiyaları altında olan bankları vasitəsilə çıxarılması haqda məlumatlar var. Virtualaz.org yazır ki, baş verənlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) "GünayBank”ın müdafiəsinə hesablanan bəyanatı isə heç bir etimad doğurmur.

Sayt Palatanın rəhbərlərindən biri olan İbrahim Alışovun bankın Bakının mərkəzində - "Nizami” metro stansiyasının yaxınlığında yerləşən filialı vasitəsilə həyata keçirilən çirkli sxemlərin iştirakçısı olduğunu da yazır. "Yeni Müsavat” xatırladır ki, İbrahim Alışov hazırda MBNP-nin baş icraçı direktoru olmaqla əsas söz sahibidir. Palatanın nizamnaməsinə edilən dəyişikliklər Direktorlar Şurasının sədri Rüfət Aslanlını səlahiyyətsiz duruma salıb. Bank sektorunda çalışanlar Rüfət Aslanlının bu sahənin nadir mütəxəssislərindən olduğunu bildirirlər, İbrahim Alışov haqda isə bu fikirləri işlətməkdən çəkinirlər.

İbrahim Alışov manatın devalvasiyasının qızğın vaxtında valyuta alqı-satqısında, ölkədə maliyyə böhranının dərinləşməsinə "yardım” etmiş biri kimi xarakterizə olunur. Lakin bu gün Rüfət Aslanlını sıxışdırıb çıxarmış Alışovdan danışmayacağıq. Bu epizod, sadəcə olaraq, bir daha sübut edir ki, maliyyə sektorundakı bir çox məmurlar nə qədər "günaha batıblar” və buna görə də "GünayBank”ın işinin ədalətli araşdırılmasında maraqlı deyillər.

Hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılan Emin Zeynalov atası - təcrübəli bankir Zakir Zeynalovla birgə fəaliyyət göstərib.

Mənbələr iddia edirlər ki, "GünayBank”ın sahibi Mahmud Məmmədovun yaxın dostu olan Zakir Zeynalov axtarışda olan oğlunu bilərəkdən gizlədib və onu hüquq-mühafizə orqanlarına KİV-də yayımlanmış və geniş rezonans doğurmuş yazıların dərcindən 15 gün sonra təhvil verib. Zakir  Zeynalov "GünayBank” rəhbərliyi ilə əlbir olaraq, aldadılmış əmanətçilərin vəsaitlərinin mənimsənilməsi üzrə öz planını gerçəkləşdirir və bildirir ki, bank qarşısında bütün borclarını bağlayıb. Bununla birlikdə, oğlunun oğurladığı pullar hesabına alınmış daşınmaz əmlakı bankın aktivlərinə yatıraraq, aldadılmış əmanətçilərə deyir ki, pullarını bankdan tələb etsinlər.

Zakir Zeynalov gözəl anlayır ki, heç kəs onun oğlu tərəfindən oğurlanmış pullarla alınmış və bankın balansına daxil edilmiş daşınmaz əmlak vasitəsilə pulları qaytara bilməyəcək. Başqa sözlə, uzun illər ərzində ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş və adı müxtəlif maliyyə fırıldaqlarına bulaşmış Zeynalov özünün çoxmilyonluq varidatını heç kimlə bölüşmək niyyətində deyil.

Bütün aktivlərini "GünayBank”ın balansına keçirməklə Zeynalov yeni çirkin oyuna başlayıb. Bank dairələrində qeyd edirlər ki, təcrübəsiz Emin Zeynalov təkbaşına bu böyüklükdə bank fırıldağını həyata keçirə və məşhur məmurlara məxsus olan milyonları xaricdəki hesablara yollaya bilməzdi. Bütün mənbələr ona işarə edir ki, bu bank fırıldağında cinayətkar qruplaşma fəaliyyət göstərib və həmin qruplaşmaya "GünayBank”ın rəhbərliyi də cəlb olunub.

E.Zeynalovun həbsindən sonra "GünayBank”ın bütün zərərçəkmiş əmanətçiləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayətlə müraciət ediblər. Lakin əlaqələrindən və varidatından istifadə edən "Mahmud Məmmədov - Emin Zeynalov - Zakir Zeynalov” cinayətkar qruplaşması istintaqa və zərərçəkmişlərə güclü təzyiq göstərir. Qruplaşma yaxşı məlum olan vasitələrdən - qorxutmadan, şantajdan, qarşılıqlı ittihamlardan yararlanır...

Bir şey məlumdur ki, mütəşəkkil cinayətkar qruplaşma oğurlanmış pulların mənimsənilməsi naminə bütün yollara gedir. Devalvasiyadan 1 ildən bir az çox keçmiş daha öncə maliyyə bazarının həndəvərinə yaxın düşə bilməyən Mahmud Məmmədov "qara bazar”da valyuta spekulyasiyalarının hesabına öz bankını möhkəmləndirdi, filial və valyutadəyişmə məntəqələri şəbəkəsini genişləndirdi ki, bütün bunlar ölkədə baş verən bank və maliyyə böhranı fonunda heç bir məntiqə sığmırdı.

Səs-küylü qalmaqaldan sonra M.Məmmədov var gücü ilə özünün yeni layihəsinin əsas simasını - ifşa edilmiş Emin Zeynalovu xilas etməyə çalışır. Bu azmış kimi, M.Məmmədov İbrahim Alışovun və Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın köməyi ilə Baltikyanı ölkələrin cinayətkar maliyyə dairələri ilə əlaqələrdə adı hallanan bankının nüfuzunu xilas etmək istəyir. Sayt yazır ki,  aldadılmış əmanətçilər istintaqa çoxsaylı yazışmaları, əlaqələri, videoyazıları təqdim etməyə hazırdırlar ki, Cahangir Hacıyev - Eldar Mahmudov sxemi üzrə fəaliyyət göstərən cinayətkar qruplaşmanı sona kimi ifşa etsinlər. Aldadılmış əmanətçilər və Mahmud Məmmədovun mütəşəkkil cinayətkar qruplaşmasının və "GünayBank”ın qurbanları ədalətli araşdırmaya ümid edirlər.

"GünayBank” ASC 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. 2015-ci ilin maliyyə böhranına baxmayaraq, bank ayaqda qalmağı bacarıb və ötən ili zərərsiz başa vura bilmiş azsaylı banklardan biridir.

Bankın əsas səhmdarları Mahmud Məmmədov və onun həyat yoldaşı Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89,76%-nə sahibdirlər, Mahmud Məmmədov isə bankın Müşahidə Şurasının sədridir. 2017-ci ilin məlumatlarına əsasən, bankın aktivlərinin ümumi həcmi 186 milyon manata bərabərdir.

Hazırda yaşanan qalmaqallı oğurluq olayında 46 şəxsə ümumilikdə bankın aktivlərindən yarıdan çoxu qədər - 100 milyon manat "atıldığı” iddia olunur. /"Yeni Müsavat”/

Xəbər 1700 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
Professor Şah İsmayıla "hücum" çəkdi - Eldar Sabiroğlu cavab yazdı
“ARTIQ DÜNYA NİZAMI YOXDUR” - Üç tektonik plitənin toqquşması
Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı
Kamaləddin Heydərov: "Partlayış zamanı 3 nəfər ölüb, 1-i ağır yaralıdır"
Vensuela da ABŞ-ın "qara siyahısı"na düşdü
Fövqəlnazir də Gəncəyə gəldi
“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən Cəlal həbs edildi
Rəsul Quliyev yenə “qayıdır”
Gəncədə partlayan binadan 1 nəfər hərbçi sağ çıxarılıb
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Gələn il pambıq əkini sahəsi azaldılacaq
Gəncədə yaşayış binasında partlayış - ölən və yaralananlar var - FOTOLAR
Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Bugünün hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12810] initstartout [0.00015] initstartin [0.00093] calstart [0.01206] calend [0.00068] topnewsend [0.00529] rsssend [0.00000] ehgend [0.00812] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10006]