Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:53 - 20.09.2018  
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Tarix: 22-06-2018, 09:34 | Bölmə: Xəbərlər » Ölkə içi

Vaxtilə əkin üçün münbit olan ərazilər süni balıq göllərindən tam təmizlənəcək 

Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏTƏmlak Məsələləri Dövlət Komitəsi ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin monitorinqini aparıb, 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə virtualaz.org-a komitənin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, komitə ümumilikdə 529 balıq gölü müəyyən edib və onlar barəsində məlumat bankı yaradılıb.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir.

Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.

Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

"Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 000 manat cərimə yazılıb. 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir”, - deyə məlumatda bildirilir.

Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub. Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilib.

Dövlət Komitəsi bildirir ki, balıq gölü yaradılması üçün torpaq ayrılması barədə müraciətlər daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlar üçün müvafiq rəy verilir.

"Yeni Müsavat” xatırladır ki, süni göllərlə bağlı  məsələ  kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Gözlənilir ki, ləğv edilmiş balıqçılıq təsərrüfatların tutduğu ərazilər əkin fonduna veriləcək. Salyan və Neftçala rayon icra hakimiyyətlərinin başçıları bununla bağlı xüsusi tapşırıq verildiyi də deyilirdi. Vaxtilə Salyanın Kürsəngi, Xıdırlı, Varlı, Uluxanlı, Qarabağlı, Xalac, Kərimbəyli, Qaraçala və digər inzibati ərazilərində SSRİ dövründə "ağ qızılı” ilə tanınan və 1990-cı illərə qədər becərilən əkin sahələri zəbt edilib.  Bu ərazilərdə ayrı-ayrı məmurlara məxsus süni balıq gölləri yaradılıb, otlaq sahələri və istixanalar salınıb. Aydındır ki, bu proses balıq biznesinə külli miqdarda para yatırmış oliqarxlar həm də xeyli ziyana salacaq. Amma onlar illərdir ki, bu sahədə milyonlar qazandığını da unutmayaq.

"YM”

Xəbər 3018 dəfə oxunub






Oxşar xəbərlər

BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12821] initstartout [0.00021] initstartin [0.00109] calstart [0.01266] calend [0.00074] topnewsend [0.00617] rsssend [0.00000] ehgend [0.00897] tagsstart [0.00072] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09760]