Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:21 - 19.01.2019  
YENİLİK! - Bakı bələdiyyə idarəetməsinə keçir
Tarix: 6-06-2018, 08:31 | Bölmə: Xəbərlər » Ölkə içi

Bununla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır; Zahid Oruc: "Çoxsaylı mənbələr var ki, onlardan daxilolmalar hesabına Bakının bütün problemlərini həll etmək mümkün olardı”

YENİLİK! - Bakı bələdiyyə idarəetməsinə keçirAzərbaycan paytaxtında böyük şəhər bələdiyyəsi yaradılır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinatın baş verməməsi də bununla bağlıdır.

"Yeni Müsavat”a verilən məlumata görə, Bakı meriyasına geniş səlahiyyətlərin verilməsi planlaşdırılır. Belə ki, digər bələdiyyələrdən fərqli olaraq, bu ilin payızında formalaşdırılacağı nəzərdə tutulan böyük paytaxt bələdiyyəsi şəhər təsərrüfatının idarə olunması sahəsində əsas qurum funksiyası daşıyacaq. Bakıda tikintilərə icazələrin verilməsi, ərazilərin ayrılması, yaşıllaşdırma, abadlıq işləri bilavasitə bələdiyyənin səlahiyyətində olacaq. Bununla da paytaxtda tikinti sahəsində mövcud olan korrupsiya hallarının qarşısının alınması nəzərdə tutulur.

Verilən məlumata görə, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Dəyişikliklərin Milli Məclisin payız sessiyası başlayan kimi qəbul olunması və ilin sonunadək seçkilərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Yeni Müsavat” bununla bağlı prezident seçkilərindən əvvəl məlumat yaymışdı. Həmin məlumatda qeyd olunurdu ki, aprel ayında keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanda bir sıra istiqamətlərdə mühüm addımların atılacağı gözlənilir. Bu addımlardan biri isə Bakı şəhərində vahid bələdiyyə institutunun yaradılması olacaq.

Onu da qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. O vaxtdan bəri dəfələrlə bu məsələ gündəmə gətirilsə də, hələlik müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonu üzrə ayrılıqda yaradılıb.

Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır. Buna görə də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünü-idarəetməylə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyələrdə vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsini təklif edir.

Hazırda Bakı şəhərində icra hakimiyyətinin mülkiyyətində olan əmlakın icarəsindən alınan vergilər, avtomobil dayanacaqlarına görə ödənişlər, bəzi növ reklam ödənişləri, icra hakimiyyətinə daxil olan ayrı-ayrı müəssisələrin təsərrüfat hesablı gəlirindən ayırmalar, hüquq və fiziki şəxslərin könüllü yardım və ianələri Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə toplanır. Bu qurumun ictimai hesabatlılığı çox cüzi  səviyyədədir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinin bütün gəlir və xərcləri barədə ən adi məlumatları belə əldə etmək mümkün deyil.

Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtariyyəti yoxdur, kənardan investisiya, qrantlar cəlb edə bilmir. Bütün bunlar Bakıda vahid və geniş səlahiyyətləri olan bələdiyyə institutunun formalaşdırılmasını zəruri edir.

Milli Məclisin üzvü Zahid Oruc deyir ki, Azərbaycanda bələdiyyələr yaradılanda bu qurumlara inam güclü idi:"Azərbaycan yerli özünüidarəetmə sistemini yaratdı, bununla bağlı Avropa Xartiyasına da qoşuldu. İlk vaxtlar bələdiyyə sisteminə maraq vardı, insanlar aktiv şəkildə seçkilərə qatılırdılar. Lakin sonrakı dövrdə məlum oldu ki, səlahiyyətlərin bölgüsünü aparmaq, idarəetməni iki qüvvənin sərəncamında, - məsələn, Türkiyədəki valilik və bələdiyyə, Avropadakı prefektura və bələdiyyə kimi, -  saxlamaq elə də asan məsələ deyil. Yeri gəlmişkən, postsovet ölkələrinin əksəriyyətində bu məsələ problem kimi qalmaqda davam edir. İkinci məsələ budur ki, bizim kimi ölkələrdə bələdiyyələr siyasi hakimiyyət məsələsini həll etmir. Amma məsələn, Türkiyədə bələdiyyə seçkilərində uğur qazanan siyasi təşkilat gələcəkdə parlamenti, hökuməti formalaşdırmaq sahəsində böyük üstünlük əldə etmiş olur. Bizdə isə siyasi hakimiyyət məsələsini həll etmədiyinə görə bələdiyyələrə maraq xeyli azaldı. Həm də bölgələrdə artıq şəkildə icra hakimiyyəti  orqanları hər hansı səlahiyyətləri onlara güzəştə getmədilər. Bu halda vətəndaş daha güclünün tərəfinə keçdi. İndi nəinki təsərrüfat problemlərini, bütövlükdə idarəçiliyi bələdiyyələrin üzərinə qoymaq məsələlərində xeyli şübhələr yaranıb”.

Bakı şəhərinə gəlincə, deputatın sözlərinə görə, paytaxtın abadlaşması üçün son illərdə böyük işlər görülüb: "Lakin Bakının ətraf ərazilərində, ucqarlarda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilmərik. Sovet dövründə Bakı həm də iqtisadi mərkəz rolunu oynayıb, böyük müəssisələr burada yaradılıb. İndi onların kənarlara, regionlara köçürülməsi siyasəti yürüdülür”.

Z.Orucun sözlərinə görə, BŞİH-ə qarşı mənfi münasibətin yaranmasında Hacıbala Abutalıbov idarəetməsinin də rolu olub: "Brüsseldən Ankaraya, İstanbula qədər böyük şəhərlərin nə qədər geniş büdcələri var. Şəhərlərin bütün problemlərini öz büdcələri hesabına necə də uğurla həll edirlər. Azərbaycanda isə hər məsələdə gözlər dikilir mərkəzi büdcəyə. Reklamdan tutmuş, şəhər nəqliyyatının fəaliyyətinə qədər çoxsaylı mənbələr var ki, onlardan daxilolmalar hesabına Bakının bütün problemlərini həll etmək mümkün olardı. Bu zaman büdcə vəsaitlərini gözləməyə ehtiyac qalmazdı. Çoxlu idarələr, müəssisələr tanıyıram ki, mühüm bir hissəsi özəlləşdirilməliydi. Amma hələ də pul tələsi kimi qara dövriyyənin içərisində saxlanılır, hansısa vəsaitlər də bu xətlə silinir”.

Deputatın fikrincə, bələdiyyə orqanlarının gücləndirilməsinə ehtiyac var: "Amma icra hakimiyyəti orqanları hələ ki dövlətin əsas siyasətini yürüdən qurumlar, siyasi təsisatlardır. Bu baxımdan, iki sistemin ikisinin də inkişaf etdirilməsi lazımdır”

Xəbər 3507 dəfə oxunub






Oxşar xəbərlər

Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11560] initstartout [0.00012] initstartin [0.00062] calstart [0.00814] calend [0.00043] topnewsend [0.00319] rsssend [0.00000] ehgend [0.00548] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09705]