Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:46 - 22.10.2018  
4 iyun qiyamından 25 il ötdü - yeni təfərrüatlar
Tarix: 4-06-2018, 08:46 | Bölmə: Xəbərlər » Ölkə içi

Elçibəyin köməkçisi  Oqtay Qasımov: "Strukturlar olmadığı, vətənpərvər insanlar az olduğu üçün qiyamın qarşısını almaq mümkün olmadı”

1993-cü ilin 4 iyun qiyamından 25 il ötür. AXC hökumətinə qarşı qaldırılan və Azərbaycanda ciddi siyasi dəyişikliklərə səbəb olan bu qiyamın üzərindən keçən müddət ərzində hər il yeni-yeni faktlar, mövqelər meydana çıxır.

4 iyun qiyamından 25 il ötdü - yeni təfərrüatlar4 iyun qiyamı Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qaldırılıb. Bunun nəticəsində o zaman qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Günlər keçdikcə böhran daha da dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar.

Məhz bu hadisələrin nəticəsində 25 il öncənin 9 iyununda qiyamın qarşısını almaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəy tərəfindən Bakıya dəvət olunub. Bundan sonra proseslər səngiməyə doğru gedib, amma ölkədə hakimiyyət dəyişiklikliyinin qarşısını almaq mümkün olmayıb.

4 iyun qiyamından 25 il ötdü - yeni təfərrüatlar

 

 

Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bu məsələni yalnız bir hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması kimi qiymətləndirməyin əleyhinədir: "Bu qiyam böyük bir planın tərkib hissəsi idi. Planı hazırlayan böyük dövlətlər, qüvvələr bəllidir. Bununla bağlı dəfələrlə fikirlər səsləndirilib. Rusiyanın o zaman  Azərbaycan ordusunun tərkibinə təsir imkanları kifayət qədər yüksək idi. O vaxt ordu yeni qurulmağa başlayırdı və bu ordunun zabit hissəsinin bütövlükdə yüzdə yüzü sovet ordusuna xidmət etmişdi. Belə zabitlərin mütləq əksəriyyəti bu və ya digər formada Rusiya kəşfiyyatı ilə əlaqələri var idi. Amma o zabitlərdən vətənpərvər, vətənini ürəkdən sevənlər də az deyildi. Onların xidmətlərinə, əməklərinə, millətə və dövlətə olan sevgilərinə kölgə salmaq niyyətində deyiləm. Lakin qeyd etdiyim qurumlarla bağlılığın olduğu danılmaz faktdır. Siyasi hakimiyyət bu qiyamın qarşısını ala bilərdimi, yaxud hansısa addımlar atmalı idimi suallarına gəlincə, təbii ki, bu addımlar atılmalı idi. Amma bir reallığı unutmaq olmaz ki, dövlət strukturlarımız qurulmuş olsaydı, bugünkü dövlət mexanizmi o zaman işlək vəziyyətə gəlib çatsaydı, hüququ mühafizə orqanları Azərbaycan dövlətinə və ona rəhbərlik edənə sədaqətli olsaydı, qiyamın qarşısını almaq mümkün idi. 1993-cü ildə Azərbaycanda dövlət quruculuğu elan olunmuşdu. Dövlət strukturları formalaşmaqda idi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə dövlətin sadəcə adı var idi. Strukturlar olmadığı, vətənpərvər insanların sayı az olduğu üçün belə bir qiyamın qarşısını almaq mümkün olmadı. Gəncəyə qiyamçıları tabe etməyə gedən güc strukturlarının nümayəndələri daha peşəkar, təcrübəli, qətiyyətli hərəkət etsəydilər, nəticə fərqli ola bilərdi. Sədaqətli insanların peşəkarlığı, təəssüflər olsun ki, çox aşağı idi. Təcrübəlilərin isə dövlətə və millətə sədaqəti aşağı səviyyədə idi. Məsələnin ən çox diqqətçəkən məqamı bundan ibarətdir. Qeyd etdiyim səbəblər bu qiyamın qarşısının alınmamasında əsas rol oynadı. O hadisələrin qarşısının alınmamasına görə hamımız təəssüf edirik. Kaş o zamankı güc strukturları dövlət mənafeyini daha yüksəkdə tutmaq istəyərdilər, xarici kəşfiyyat orqanları ilə əlaqələri olmayaydı”.

O.Qasımov Elçibəy hökumətinin rus qoşunlarını Azərbaycandan çıxarmasının 4 iyun qiyamına əsas səbəb olan amil kimi önə çəkilməsinə də aydınlıq gətirdi: "O zaman Elçibəylə bağlı Rusiyanın mövqeyi tam fərqli idi. 1992-ci ilin dekabrında Azərbaycandakı rus səfirinin Moskvaya göndərdiyi bir raport var idi. O raportda qeyd edirdi ki, əgər Əbülfəz Elçibəyin apardığı müstəqil siyasətə əngəl törədilməsə, bu siyasət davam edərsə, yaxın 2-3 il ərzində Azərbaycan tamamilə müstəqil dövlət halına çatacaq, onun digər postsovet ölkələrinə bu mənada neqativ təsirləri ola bilər və bunun üçün də proseslərin qarşısı alınmalıdır. Kreml Elçibəyin müstəqil siyasət aparmasından və dövlət maraqlarını önə çəkməsindən xoşlanmırdı. Bunun qarşısını almaq üçün də hərəkətə keçdi. Nəticədə bir sıra planlar qurdu, bunu həyata keçirməyə çalışdı. Kəlbəcərin işğalı bununla bağlı idi. Elçibəy iqtidarını zəiflətmək və hakimiyyətdən salmaq üçün edilən həmlələrdən biri idi. Bu işğalın ardınca belə bir qiyam təşkil olundu. Kəlbəcərin işğalından sonra Rusiyanın Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsinin Azərbaycan rəsmiləri ilə görüşü olmuşdu. Həmin görüş zamanı bir ifadə olmuşdu ki, Kəlbəcər zərbəsinə tab gətirə bildiniz, amma qarşıda siz vətəndaş müharibəsi ilə qarşılaşsanız nə edəcəksiniz? Bu onu göstərir ki, Rusiyanın burada təxribat planları var idi və bu planlar üzərində ardıcıl işlər gedirdi”.

Prezidentin sabiq köməkçisi AXC hökumətinin qiyam rəhbəri S.Hüseynova milli qəhrəman adı verməsindən də söz açdı: "Surət Hüseynova milli qəhrəman adı 1992-ci ilin payızında verildi. 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin bəyanatı oldu və o bəyanatda Surət Hüseynovun Ağdərə istiqamətində qoşunların geri çəkilməsi haqqında verdiyi sərəncam xəyanət kimi qiymətləndirilib”. /Y.M/

Xəbər 2499 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10711] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00678] calend [0.00038] topnewsend [0.00287] rsssend [0.00000] ehgend [0.00532] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09059]