Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:39 - 19.06.2018  
Hökumətdə sensasion kadr dəyişikliyi hazırlığı başlayır
Tarix: 1-06-2018, 09:13 | Bölmə: Xəbərlər » Ölkə içi

İyun ayında da hakimiyyət komandasında ciddi islahatı gözlənilir; nazirlik və komitələrdə miqyaslı "təmizləmə əməliyyatı”nın pərdəarxası; Bakıya icra başçısı təyinatının yubanmasının səbəbi üzə çıxır

Prezident İlham Əliyev aprelin 23-də hökuməti tam formalaşdırıb başa çatdırsa da, nazirlik və komitələrdə ciddi kadr dəyişiklikləri davam edir. Yada salaq ki, prezidentin fərmanları ilə üç nazir, 3 komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular.

İlham Əliyevin 7 illik prezidentlik müddətində qarşıya qoyduğu əsas məqsədlərdən biri, əlbəttə ki, çevik hökumətlə Azərbaycanın qeyri-neft sektorunun inkişafına nail olmaq, əhalinin sosial təminatı və ölkənin müdafiə qüdrətinin artırılmasıdır. Belə görünür ki, nazir portfeli alan kadrları əvvəlcədən qəbul edən prezident onlara qarşıya qoyulan vəzifələri icra etmək üçün öz komandalarını qurmaq və əvvəlki, yumşaq desək, "köklü kadrları” işdən uzaqlaşdırmaq sərbəstliyi verib. Bu, yeni nazirlərin ilk gündən başladığı və hələ də davam edən kadr təyinatlarından da aşkar hiss olunmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətində ilk dəfədir ki, (MTN çetesinin ifşasını nəzərə alsaq belə) "yuxarıdan” başlamış belə əhatəli və ciddi kadr dəyişiklikləri aparılır. Müşahidələr göstərir ki, bu həm də nazirlik və komitələrdə masştablı bir "təmizləmə əməliyyatıdır”. Doğrudur, hələ ki işdən uzaqlaşdırılanların əksəriyyəti ilə bağlı korrupsiya iddiaları rəsmilər tərəfindən təsdiqlənməyib, qalmaqallı həbslər də yoxdur. Amma istisna deyil ki, bu da baş versin. Hakimiyyətin bu məsələdə nəzərəçarpan səbri dəyişikliklər prosesin tam başa çatması ilə də bağlı ola bilər.

Hökumətdə sensasion kadr dəyişikliyi hazırlığı başlayır

"Yeni Müsavat”ın özəl qaynaqlardan əldə etdiyi məlumata görə, iyun ayında da hakimiyyət komandasında ciddi dəyişikliklər gözlənilir. Məlumdur ki, paytaxt Bakıya icra başçısı təyinatı hələ olmayıb. Aprelin 21-də Hacıbala Abutalıbov baş nazirinin müavini vəzifəsinə təyin edildikdən sonra bu vəzifə vakant qalıb. 

2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Abutalıbovun paytaxta rəhbərlikdən uzaqlaşdırılması şübhəsiz ki, hakimiyyətin xüsusi dəyişiklik planı ilə bağlıdır. Bu planın detalları ilə bağlı iddialar var, hətta Abutalıbovun boşaldılmış postuna müxtəlif şəxslərin adı da çəkilir. Amma mənbəmiz deyir ki, iqtidarın Bakı ilə bağlı planları təkcə bu posta layiqli kadr təyin etməklə məhdudlaşmır. Belə ki, Bakının Baş planından tutmuş idarəetməyə, bina və obyektlərin tikintisinə nəzarətə qədər xüsusi strategiya hazırlanır. Abutalıbovun idarəetməyə başladığı dövr paytaxt həqiqət də "çadır və budkalar şəhərinə” bənzəyirdi.

O, xüsusilə küçə ticarətində qayda-qanun yarada bildi. Amma son illər meqapolisə çevrilən, turistlərin axın etdiyi  və dünyanın diqqətində olan bir modern şəhərə rəhbərlik etməyə "nəfəsi” çatmadı. Mənbənin dediyinə görə, bu ayın ilk ongünlüyündə  BŞİH-ə artıq yeni rəhbər təyin ediləcək, o cümlədən burada da ciddi kadr islahatları aparılacaq, bir neçə struktur birləşdiriləcək və çevik şəhər idarəetməsi metoduna keçiləcək. Qaynağımız deyib ki, meriya müxalifətin sayəsində (mitinqlər üçün müraciət nəzərdə tutulur-Y.M.)  oluşan "siyasi post” statusundan tam çıxarılacaq və bütün diqqət infrastruktura və idarəçiliyə yönələcək.

Aydındır ki, hakimiyyət Bakının təkcə əhəmiyyətli tədbirlərin təşkilatçısı kimi deyil, həm də turistik zona kimi daha da cəlbedici olmasını istəyir. Bu xəbərlərdən sonra  BŞİH-ə rəhbər təyinatının (birinci müavin postu da vakantdır) bu qədər yubadılmasının səbəbləri üzə çıxar. Amma mənbəmizin iddiası bu yöndədir ki, yaxın 10 gündə Bakının yeni icra başçısının adı hamıya məlum olacaq. Yeri gəlmişkən, Binəqədi rayonuna da icra başçısı təyinatı gözlənilir. Yada salaq ki, inzibati ərazisində  5 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May, 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar), 103 sənaye müəssisəsi fəaliyyət göstərdiyi, ən çox əhali yaşayan rayonlardan biridir. Xaləddin İsgəndərovun vəzifəsindən çıxarılmasından sonra bu posta da təyinat yoxdur. Mənbəmiz deyir ki, bu rayona da şəhər təsərrüfatını yaxşı bilən kadrın təyinatı gözlənilir. Mənbə yay mövsümündə təkcə mərkəzi hakimiyyətdə deyil, əyalətlərdə də ciddi kadr dəyişikliyi olacağını iddia edir. Söhbət rayon və şəhər icra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir. Çünki prezident İlham Əliyev dəfələrlə işini düzgün qurmayan icra başçılarına xəbərdarlıq edib. İsti yay bu gündən başlayır. Hakimiyyət üçün də.../Y.M/

Xəbər 2918 dəfə oxunub






Oxşar xəbərlər

"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12970] initstartout [0.00019] initstartin [0.00100] calstart [0.01299] calend [0.00047] topnewsend [0.00354] rsssend [0.00000] ehgend [0.00569] tagsstart [0.00057] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10522]