Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:59 - 27.05.2019  
İlham Əliyev və ailəsi AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə olub
Tarix: 28-05-2018, 23:15 | Bölmə: Xəbərlər » Ölkə içi

Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçirilib. APA-nın məlumatına görə, konsertdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri iştirak edib.

İlham Əliyev və ailəsi AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə olub 

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.

İlham Əliyev və ailəsi AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə olub
İlham Əliyev və ailəsi AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə olub
İlham Əliyev və ailəsi AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə olub
İlham Əliyev və ailəsi AXC-nin 100 illik yubileyinə həsr edilən konsertdə olubHər bir azərbaycanlı üçün əziz olan bu bayram günündə Bakı Kristal Zalındakı çıxışlar dövlətimizin gücünü, vətəndaşların dövlətə bağlılığını, xalq sevgisini və qürur hissini bir daha təzahür etdirirdi.

Konsertdə qeyd olunub ki, 100 il bundan əvvəl, 1918-ci ilin bu günü Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət olmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, bu gün də tarixi, nailiyyətləri, qüdrəti ilə gücünü dünyaya nümayiş etdirə bilib. Konsert proqramındakı musiqi nömrələri, rəqslər Azərbaycanın tarixinə bir daha nəzər salmağa imkan yaradıb.

Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasında "Qarabağ” şikəstəsi, "Natiq” ritm qrupunun "Sarı gəlin” kompozisiyası, görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin "Koroğlu” operasından "Üvertura”, Qara Qarayevin "Yeddi gözəl”, Fikrət Əmirovun "1001 gecə”, Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, xalq artisti Azərinin "Ey Vətən”, xalq artisti Zülfiyyə Xanbabayevanın "Şuşanın dağları”, xalq artisti Samir Cəfərovun ifasında "Neftçilər” mahnısı, xalq artistləri Azər Zeynalov, Emin, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Aygün Kazımova, Elçin Əzizov, əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin və digərlərinin çıxışları bayram təntənəsi yaşadıb.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalq şairi Səməd Vurğunun "Azərbaycan” şeirini səsləndirdiyi videoçarx nümayiş olunub.

Eyni zamanda Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar nümayiş olunub. Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Qarabağımızda bayram ediləcəyinə əminlik ifadə olunub.

Sonda konsert proqramında çıxış edən incəsənət ustaları birlikdə səhnəyə çıxaraq Azərbaycanın Dövlət himnini oxuyublar. İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs - tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilib. Konsertin bədii rəhbəri əməkdar mədəniyyət işçisi Lalə Quliyeva olub. Bakı Kristal Zalındakı konsert proqramı canlı olaraq Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda da yayımlanıb.

Konsert proqramının sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.

 

***

 

21:06

 

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak edirlər.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.

Konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edirlər.

Xəbər 3495 dəfə oxunub






Oxşar xəbərlər

Moskvadan Bakı və İrəvana şifrəli mesaj – “Müharibə başlasa...”
PAVEL QRAÇOV ELÇİBƏYİ ŞƏXSƏN TƏHDİD EDİBMİ? – Pənah Hüseyn “yox”, Fazil Mustafa “hə” deyir
Qalmaqallı Xalidə Bayramova vəzifəsini itirdi
Fuad Abbasova görə deputatla səfir üz-üzə gəldi – qalmaqal
"Paşayev kimdi, buranın lotusu mənəm" - MÜSAHİBƏ
İngiltərə mətbuatından Azərbaycan əleyhinə daha bir çirkin məqalə
ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
Bakıda yararsız estakadadan yıxılan balıqçı xilas edilib
“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17164] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00826] calend [0.00047] topnewsend [0.00365] rsssend [0.00000] ehgend [0.00581] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15213]