Deputat oğlunun adı yenə qalmaqalda- milyonluq iş

  • 24 may 2018, 12:29

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmişlərdən Fərman Məmmədovun nümayəndəsi vəsatət qaldıraraq cinayət işi ilə tanış olmadığını bildirib.

Vəkil deyib ki, müdafiə etdiyi Fərman Məmmədov istintaq dövründə təqsirləndirilən Elnur İbrahimovdan heç vaxt şikayətçi olmayıb: "Onun şikayəti Həbib Axundovdandır. Müdafiə etdiyim şəxs deyir ki, bu iş üzrə Həbib Axundov təqsirləndirməlidir".

Məhkəmədə iştirak edən zərərçəkmiş F.Məmmədov da vəkilinin qaldırdığı vəsatətlə razı olduğunu qeyd edib.

Növbəti proses mayın 31-də davam edəcək.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb.

Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır.

E.İbrahimov H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Məlumata görə, E.İbrahimovla deputatın oğlu dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.

Oxşar xəbərlər