Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:41 - 16.07.2019  
Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Tarix: 24-05-2018, 09:30 | Bölmə: Xəbərlər » Ölkə içi

Hasarlamaların ən çox olduğu rayonlar açıqlandı; hökumət hərəkətə keçdi

Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınırAzərbaycanda məmurlar və oliqarxlar tərəfindən əldə edilən on min hektarlarla torpağın geri alınmasına başlanılıb. Son illərdə kənd təsərrüfatının prioritet əkinçilik sahələrinin genişləndirilməsi xətti tutan hökumət əkinəyararlı torpaq sarıdan ciddi problemlərlə üzləşmişdi.

Bir çox rayonlarda məcbur qalıb örüşlər əkin altına salınırdı. Rəsmi məlumata görə, 2015-ci ildən bəri 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Hökumətdə hesab edirlər ki, təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından zəruridir.

Lakin örüş torpaqlarının əkin altına salınması belə aqrar sektorda qarşıya qoyulan hədəflərə çatmaq üçün əkinçiliyi lazım olan qədər  genişləndirməyə imkan vermir. Buna görə də ölkə rəhbərliyi qarşısında məmurlar və çoxsaylı oliqarxlar tərəfindən rayonlarda alınaraq boş saxlanılan torpaqların geri alınması məsələsi qaldırılıb. Bu məsələ ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanıb, son 3 ildə qanunvericiliyə torpaqların təyinatının dəyişdirilməsinə görə cəzaları sərtləşdirən əlavələr edilib. Eyni zamanda bir müddət öncə məlumat verdiyimiz kimi, yeni təyin olunan kənd təsərrüfatı naziri İnam Kərimova bütün ölkə boyu belə torpaqların əkinə cəlb olunması, sahibləri razılaşmadıqda isə geri alınmasını təmin etmək tapşırılıb. Bu işdə Əmlak Məsələləri Dövlət Komitəsi və hüquq-mühafizə orqanlarından da nazirə zəruri dəstəyi vermələri istənilib.

Adıçəkilən komitənin dünən yaydığı məlumatdan aydın olur ki, torpaqları illərdir hasarlayan, həmin yerləri toxunulmaz edən, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib. Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri qaytarılır: "Aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan. Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib”.

Qeyd edək ki, indiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2 600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar: "Həmin torpaqlar geri qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadə istiqamətində də işlər həyata keçirilib. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılır.

Həmçinin istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir"

Xəbər 4551 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq
Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı TAPŞIRIQ
Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb
İrəvan metrosunun fəaliyyəti dayandırılıb
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir
Nazir danışdı, müsahibəsi tərs yozuldu - Açıqlama
Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?
Cinsi zəifliyin əlacı -ağ turp yeyin!
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
Şəhid xanımının bölməyə hücumunun görüntüsü yayıldı – VİDEO
Mədət Quliyev kadr islahatı aparır
Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu obyekti - FOTO
Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO
Vilayət Eyvazovdan ilk TƏYİNAT
Dördqat Avropa çempionumuz intihar etdi
“Gedin, Etibar Məmmədovun fəaliyyətini təftiş edin”
Bakı-Ağstafa sürət qatarı ləğv edilir
Deputatdan Xəzəri hasarlayanlara sərt İTTİHAMLAR
Dövlət qulluğuna növbəti qəbul imtahanı keçiriləcək
Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib
Cahangir Hacıyevin siyasi məhbus elan olunmasına SƏRT TƏPKİ
Aydın Canıyev Əlikram Hümbətovu "yıxıb sürüdü"
Elçibəyin şuşalılarla görüşündən görüntülər yayıldı - VİDEO
Azərbaycanda sığorta ilə bağlı yenilik
Əli Əliyev YENƏ "VURULDU"! - “Dovşan həkimi” AMİP-dən necə qovuldu?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15492] initstartout [0.00016] initstartin [0.00069] calstart [0.00924] calend [0.00052] topnewsend [0.00340] rsssend [0.00000] ehgend [0.00622] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13404]