Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:05 - 20.01.2020  
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Tarix: 21-05-2018, 09:57 | Bölmə: Xəbərlər » Ölkə içi

Düşmənə sanballı güc nümayişi olacaq paradda bütün növlərdən yeni silahlar nümayiş olunacaq; "Türk şahinləri” səmamızda süzəcəklər... 

Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşırAzərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında hərbi parad keçirilməsi planlaşdırılır. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan məhsulların həcmi iki dəfə artıb. MSN müəssisələrində müdafiə təyinatlı məhsulların çeşidləri 1200 növə çatdırılıb: "Müdafiə Sənayesi Nazirliyinin yeni texnikaları iyunun 26-da Bakıda keçiriləcək Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş hərbi paradda da nümayiş olunacaq”.

Azərbaycan tarixində ilk parad keçirilməsi 1918-ci ildə Bakıda Qafqaz İslam Ordusunun zəfər yürüşünə təsadüf edir. Bakını erməni daşnakları və kommunistlərin işğalından azad etmiş Qafqaz İslam Ordusu indiki İstiqlaliyyət küçəsi ilə zəfər yürüşü keçirib. 1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunandan sonra hərbi paradın məzmunu dəyib. Belə ki, sovet Azərbaycanında paradlar adətən 1 Mayda - Zəhmətkeşlərin Həmrəylik Günü olunub.

Azərbaycanın müasir hərbi parad tarixinə gəlincə, mərhum prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi tarix - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

Yuxarıda qeyd etdiyimiz kimi bu il də Azərbaycanda hərbi paradın keçirilməsi planlaşdırılır. Hərbi paradlar eyni zamanda güc nümayişi, düşmənə verilən sətiraltı mesaj kimi də xarakterizə olunur. Bu il ölkədə keçirilməsi planlaşdırılan hərbi parad digərlərindən nə ilə fərqlənəcək?

Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır"Yeni Müsavat”a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu il çox möhtəşəm parad keçiriləcək: "Bu tədbirin əhəmiyyəti hər mənada çox böyükdür. Azərbaycan indiyə qədər bir neçə hərbi parad keçirib. Bu il də bildiyim qədər müdafiə nazirinin rəhbərliyi altında çox böyük bir parad hazırlanır və onun məşqləri də həyata keçirilir. Paradda yeni silahlar da olacaq. O silahları Müdafiə Nazirliyinin rəhbərliyi ölkə başçısı ilə razılaşdırandan sonra parada çıxara bilir. Bir neçə silah növünün nümayişi planlaşdırılır. Bildiyim qədəri bu parad bütün tədbirlərdən fərqli olacaq. 100 illiyə qardaş Türkiyənin Silahlı Qüvvələrindən də ”Türk şahinləri" qatılıb, Azərbaycan səmasında öz məharətlərini göstərəcəklər. Sözsüz ki, düşmənə və bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin bu günədək əldə etdiyi nəticəni göstərməyə çalışacaqlar. Çox intensiv məşqlər gedir. Şəxsən müdafiə naziri Zakir Həsənovun və baş qərargah rəisi Nəcməddin Sadıqovun rəhbərliyi altında bütün güc strukturlarının parad üçün hazırlanmış kontingenti, Bakı ətrafında olan hərbi hissələrin birində hazırlıqlarını həyata keçirirlər. Arzu edək ki, parad təkcə Bakıda deyil, tezliklə işğaldan azad olunacaq ərazilərimizdə də keçirilsin. Bildiyim qədər paradda Qarabağ savaşında xüsusi fəallıq göstərmiş insanların təqdimatı da həyata keçiriləcək. 2016-cı ilin aprel döyüşlərində fərqlənən insanların həm Azərbaycan televiziyası, həm də mətbuat vasitəsilə təqdimatı planlaşdırılır. Zəngin bir proqram hazırlanıb və bu, Müdafiə Nazirliyinin rəhbərliyi, ölkə başçısı tərəfindən təsdiq olunub. Hamı böyük səylə hazırlaşır. Düşmən də bunu görəcək və çox narahatdır. Ermənistanın yeni müdafiə naziri və dəstəsə iki gün bundan öncə Naxçıvana yaxın ərazilərə baş çəkdilər. Ölkə başçısının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda olması, orada olan bir neçə silahların düşmənə çox böyük narahatlıqlar yaşada biləcəyi mesajını verməsindən sonra Ermənistan tərəfi narahatdır".

Ekspert parad ənənəsinin formalaşması və bunun mənası barəsində də danışıb: "Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hər il dünya ordularının reytinqini hazırlayır. Bu reytinqdə Azərbaycan böyük uğurlar əldə edib. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ayrı-ayrı ölkələrdən ən müasir, yəni 4-cü nəsil silah-sursat alıb, öz silahlı qüvvələrini NATO-nun müxtəlif tədbirlərində təqdim edib. İndiyə kimi Azərbaycan bir neçə sülhyaratma missiyasında iştirak edib. Kosova, İraq, hal-hazırda Əfqanıstanda da şəxsi heyətin sayı artırılıb. Sözsüz ki, parad ordunun gücü, qüdrətidir və düşmənə də bir mesajdır. Prinsipcə bizim düşmənə nəyisə göstərməyə ehtiyacımız yoxdur. Yəni Azərbaycanın şəxsi heyəti say baxımından, əldə etdiyi silah-sursatın miqyasına görə düşməndən qat-qat fərqli durumdadır. Yalnız bəzi siyasi məsələlərə görə biz, bu gün torpaqlarımızın işğal altına alınması ilə üz-üzəyik. Ancaq bunun da yəqin ki, bir məntiqi sonu olmalıdır və olacaq. Sözsüz ki, bu paradın da əhəmiyyəti odur ki, burada yeni elementlər nümayiş olunacaq. Əvvəlki paradlarda gördüyümüz şablonlarla yanaşı, yəni şəxsi heyətin keçidi, döyüş texnikasının nümayişindən başqa, bəzi yeni silahlar da göstəriləcək ki, bu silahların da çox böyük əhəmiyyəti var. Bu əhəmiyyət təkcə Quru Qoşunları üçün deyil, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün də alınmış texnikalardır. Yəni silahların istifadəsi həm quruda, həm də suda bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı işlərin həyata keçirilməsində həmin silahların çox böyük rolu olacaq. Bir sözlə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrini həm geyim, həm də silah-sursat baxımından əvvəlki illərdən fərqli durumda görəcəyik”.

Xəbər 4441 dəfə oxunub






Oxşar xəbərlər

Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29904] initstartout [0.00021] initstartin [0.00066] calstart [0.00939] calend [0.00049] topnewsend [0.00383] rsssend [0.00000] ehgend [0.01958] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26418]