Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:49 - 17.06.2019  
Bakıda partlayacaq evlər (ARAŞDIRMA)
Tarix: 4-12-2014, 12:26 | Bölmə: Xəbərlər » Ölkə içi

Bakıda partlayacaq evlər (ARAŞDIRMA)"Bakıda və ölkənin başqa ərazilərdə vulkan zonalarında tikinti işlərinin aparılması, yaşayış massivlərinin salınması yolverilməzdir. Bunun insan ölümünə yol açan ciddi təhlükəsi var."

ANS PRESS-in məlumatına görə, bunu AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev deyib.

O bildirib ki, vulkan ocaqlarının yaxınlığında nəinki tikinti işləri, hətta kommunikasi xətləri olmamalıdır. Ona görə ki, vulkan güclü püskürəndə qaz alovlanır, onun hündürlüyü 300-400 metrə çatır, onun yaxınlığında olmaq yolverilməzdir, ətrafda böyük hərarət yaranır, çatlar əmələ gəlir. Yaxınlıqda evlər tikilibsə mütləq çatlayacaq. Sakinlər xəsarət ala bilərlər. Keçmişdə belə hallara rast gəlinib. Bir sözlə, vulkanların yaxınlığında tikinti apramaq, yaşamaq məsləhət deyil. Yaşayış yerləri ən azı 1,5, 2 kilometr aralıda salınmalıdır.

Ümumiyyətlə, Abşeron və Binəqədi rayonlarında yerləşən Qobu, Hökməli və Keyrəki palçıq vulkanları ətrafında əvvəllər evlər tikilib. Ərazidə yaşayan sakinlərə ərazilər bələdiyyə tərəfindən satılıb. Onlardan təqribən 10-dan çoxu sökülüb. İndi evlərin tikintisinə qadağa qoyulub. Bələdiyyə və ya icra hakimiyyəti ciddi nəzarət edir. Hətta vulkan ərazisinə yaxın evlərdə yaşayanlara bildiriş paylanılıb.

A.Əliyev də təsdiqləyib ki, indi tikinti işlərinin qarşısı alınıb. Bakı və Abşerondakı palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili məqsədilə ölkə prezidentinin 2007-ci ildə imzaladığı sərəncamdan sonra bu məsələyə ciddi fikir verilir. 

Onun sözlərinə görə, Azərbaycanda həm suda, həm də quruda 350 palçıq vulkanı var. Bunun 60 faizi aktiv vulkanlardır. Palçıq vulkanları yerin dərinliyində yerləşən neft-qaz yataqlarının öyrənilməsi ilə açılır. İndiyədək istismarda olan, kəşf olunan neft yataqlarının 95 faizi palçıq vulkanı strukturları ilə əlaqdardır. Yəni hansında palçıq vulkanı var, orada neft-qaz mövcuddur. Palçıq vulkanları onlar haqqında məlumat verir. Otuz illik tədqiqatların nəticəsinə görə, palçıq vulkanları zəlzələ ilə paragenetik əlaqəlidir. Zəlzələnin baş verməsi palçıq vulkanının oyanmasına və püskürməsinə təkan verir.

Digər tərəfdən, palçıq vulkanlarının aktivləşməsi, onların yer səthinə çıxardığı suların, qazların tərkibində bəzi komponentlərin anomal dəyişməsi zəlzələnin baş verməsi haqqında məlumat verir. Bunu proqnozlaşdırmaq çətindir. Palçıq fəaliyyətini izləyərək güman etmək olar ki, onun püskürməsi təxminən nə zaman baş verə bilər.

Professorun fikrincə, son günlər qorxuducu aktivləşmə baş vermir. Bunu Seysmoloji Xidmət Mərkəzi izləyir. Bu yaxınlarda Binəqədi qəsəbəsi yaxınlığında Keyrəki vulkanı püskürdü. Bu, gözlənilirdi. Ancaq bundan sonra nə zaman baş verəcəyini isə demək çətindir. 

A.Əliyev vulkanın müalicəvi əhəmiyyətindən də danışıb: "Bundan istifadə etmək lazımdır. Vaxtilə ondan müxtəlif xəstəliklər üçün istifadə olunurdu. Buna dövlət səviyyəsində fikir verilməlidir. Əminəm ki, yaxın zamanda bu işlər mqsbət nəticəsini verəcək. Bizdə Qobustan, Şamaxı ərazisdində vulkanlar var, onlar ekoturizm üçün çox yaxşı obyektdir. Yəni Bakıya gələn turistlər palçıq vulkanı ilə maraqlanırlar. Bunu dövlət səviyyəsində təşkil etmək lazımdır. Bu vacib məsələdir, respublikaya valyuta gətirir."

Mütəxəssis məlumat verib ki, AMEA Geologiya İnstitutu ilk dəfə dünyadakı palçıq vulkanları atlasının hazırlanması işini başa çatdırıb və artıq nəşrə hazırdır. "Dünya palçıq vulkanları atlası" Azərbaycan, ingilis və rus dillərində nəşr edilərək, rəngli qrafik və fotomateriallarla müşayiət olunacaq. Bu, böyük həcmdədir və orada şəkillər, xəritələr, izahatlar, açıqlamalar yer alıb.

Ekspertlər deyiblər ki, Bakı və Abşerondakı palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili məqsədilə 2007-ci il avqustun 15-də ölkə prezidenti sərəncam imzalayıb. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu "Dövlət Təbiət Qoruğu” yaradılıb. Hazırda 43 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib və qoruğun ümumi ərazisi 12,3 min hektar təşkil edir. Hazırda qoruğun ərazisində heç bir tikili yoxdur. Qanunsuz tikilən evlər 2009-cu ilədək sökülüb.

Onlar vurğulayıblar ki, əvvəllər hər il 3-4 püskürmə olurdusa, indi bu təbii qayda pozulub. Əsrin əvvəlində quruda və dənizdə ümumən 17 püskürmə baş verirdisə, sonra aktivlik yenidən zəifləyir və artır. Hazırda təhlükə doğuracaq vəziyyət yoxdur.

Xatırladaq ki, dünyadakı 800-dən artıq vulkanın 300-dən çoxu Azərbaycandadır. Bu, planetdə olan vulkanların 4%-ni təşkil edir. Ölkəmizdə palçıq vulkanlarının ən çox yerləşdiyi ərazi Abşeron yarmadası, Şamaxı-Qobustan, aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir. Bu zonalarda olan vulkanların 70%-dən çoxu aktivdir. 

 

Demokratik.Az


Xəbər 2423 dəfə oxunub






Oxşar xəbərlər

Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir
İlham - Fərizə ailəsinə daha bir ağır itki
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”
Nuru Paşa və Məmmədəmin Rəsulzadənin fotosu avroda - FOTO
Tvitterdən minlərlə hesab bu səbəb görə silindi
Bakıda "Hozu” ləqəbli şəxs iş adamını güllələdi
Timoşenko Zelenskini belə "təriflədi"
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı
Ermənilər ilk dəfədir qırıcımıza raket atır... – Polkovnik
Ölkədə siyasi partiyaların çoxu “reanimasiyadadır”
Rusiyanın Ermənistandakı səfirinin bəyanatı nəyə hesablanıb?
Ədliyyə Nazirliyinin səlahiyyəti artırıldı - Fərman
Elçibəyin qardaşı oğlu birlik yürüşü hazırlayır

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17458] initstartout [0.00014] initstartin [0.00060] calstart [0.00817] calend [0.00044] topnewsend [0.00329] rsssend [0.00000] ehgend [0.01539] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14596]