Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:18 - 14.08.2018  
Heydər Əsədovun çevrəsi hədəfdə - HƏBSLƏR....
Tarix: 3-05-2018, 10:01 | Bölmə: Xəbərlər » Ölkə içi

"Aqrolizinq”in sədri işdən çıxarıldı; Elşən Məmmədovu "ASAN Xidmət” Mərkəzinin direktoru əvəz etdi; ASC-nin fəaliyyətinə dair məlumatlar niyə sirr kimi saxlanılır?

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib. Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. ASC-nin yeni sədri Seymur Mövlayev təyin olunub. S. Mövlayev bundan əvvəl 3 saylı "ASAN Xidmət" Mərkəzinin direktoru olub.

"Bağlı qutu”da nələr baş verib?

Heydər Əsədovun çevrəsi hədəfdə - HƏBSLƏR...."Aqrolizinq” ASC fəaliyyətinə dair məlumatları qapalı saxlayan qurumlar arasındadır. Xüsusilə keçirilən tenderlər, alqı-satqılar, lizinq əməliyyatları barədə bu qurumdan məlumat almaq demək olar ki, qeyri-mümkündür.

Belə ki, 2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri Heydər Əsədov təyin edildikdən sonra "Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsindən   aydın oldu ki, ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları olub. Bu səbəbdən yoxlama materialları Baş Prokurorluğa göndərildi. Məlumat yayıldıqdan az sonra "Aqrolizinq”in sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, Əli Bayramov istintaqa cəlb olunmadı. Mümkündür ki, bu dəfə yoxlamalar daha ciddi dairəni əhatə etsin və həbslər olsun...  

2010-cu ildə "Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar 2008-2009-cu illərdə də geniş yayılıbmış. H.Əsədov nazir təyin olunandan sonra "Aqrolizinq”in fəaliyyətində şəffaflıq yaranacağına dair gözləntilər özünü doğrultmadı.

Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində ASC-nin fəaliyyətini və ümumilikdə 246,2 milyon manat məbləğində vəsaiti əhatə edən auditinin nəticələri göstərir ki, "Aqrolizinq”də dəyişiklik çox cüzidir. Palata müəyyən edib ki, ASC tərəfindən bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib.

Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib və sair.

Bundan əlavə, ötən il mətbuatda "Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində əvvəlki ilə nisbətən 50 faizədək bahalaşma baş verdiyi, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı olduğuna dair faktlar yer alıb. Sabiq nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib.

"Aqrolizinq”in şübhəli tenderləri

Tenderlərin rəsmi reyestrindən isə aydın olur ki, "Aqrolizinq”in ötən il "Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması” üzrə "Networks Europe L.P.” şirkəti ilə dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edən müqavilə imzalayıb. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. "Yeni Müsavat”ın bu şirkət və onunla bağlanan müqavilə barədə  nazirlikdən məlumat almaq üçün göndərdiyi sorğuya bu günədək cavab verilməyib

2017-ci ildə "Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 milyon manat vəsait xərcləyib. Bunun 342,5 milyon manatı 102 min ədəd kənd təsərrüfatı texnikasının alışına yönəldilib. Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alınıb. Ümumilikdə, 2017-ci ildə "Aqrolizinq”ə dövlət büdcəsindən 200 milyon manat ayrılıb.

Ötən il ASC-yə qaytarılan vəsaitlərin həcmi 172,19 milyon manat təşkil edib. Bunun 99,42 milyon manatı ASK texnikasının lizinqindən, 3,27 milyon manatı texnoloji avadanlığın lizinqindən, 49,87 milyon manatı mineral gübrələr və pestisidlərin satışından, 16,26 milyon manatı servis xidmətlərindən, 3,46 milyon manatı digər xidmətlərdən daxil olub.

Aqrar istehsalçılarla dövlət arasında əsas vasitəçi qurum olan "Aqrolizinq” ASC-nin açıqladığı konsolidə edilmiş maliyyə hesabatında isə qeyd olunur ki, qurum 2017-ci ildə 21,7 milyon manat məbləğində ziyana düşüb. Bu, 2016-cı illə müqayisədə 10,7 milyon manat çoxdur. Hesabata görə, ötən il qurumun gəlirləri 41,6 faiz artaraq 180,8 milyon manat təşkil edib. Bunun 111,1 milyon manatı kənd təsərrüfatı avadanlığının satışından, 49,5 milyon manatı gübrə satışından, 16,4 milyon manatı heyvan satışından və sair əldə edilib. Şirkətin əməliyyat mənfəəti 13,3 milyon manat təşkil edib. Ötən il ərzində ASC valyutaların mübadilə məzənnəsinə görə 14,4 milyon manat zərərə düşüb.

Heydər Əsədovun çevrəsi hədəfdə - HƏBSLƏR....

 

1,6 milyard manatdan çox dövlət vəsaiti xərclənib

Hökumətin hesabatından aydın olur ki, "Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu ilin fevralında isə dövlət başçısının sərəncamı ilə quruma kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat ayrılıb. Bu qədər böyük vəsaitlər hesabına alınan texnikadan, gübrədən, cins heyvanlardan səmərəli istifadə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalır. Gübrə və texnika "dost-tanış” prinsipi əsasında verilir. Bütün bunlar "Aqrolizinq” ASC-nin fəaliyyət prinsiplərində kəskin dəyişikliklərin olunmasını zəruri edir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni təyin olunan nazirin əsas vəzifəsi məhz "Aqrolizinq” kimi yerlərdə birbaşa sahibkarlarla işləyən qurumların fəaliyyətində dönüş yaratmaqdır: "Bu istiqamətdə real tədbirlər həyata keçiriləcəksə, kənd təsərrüfatında hansısa irəliləyişlərdən danışmaq mümkün olacaq. ”Aqrolizinq" ən qeyri-şəffaf fəaliyyət göstərən qurumlardan biri olub. Bu qurumun fəaliyyətində korrupsiya elementləri kifayət qədər yüksəkdir. Faktiki olaraq dövlətin aqrar istehsalçılar üçün yaratmaq istədiyi imkanlardan istifadə, demək olar ki, mümkün olmayıb. Buna görə də burada təkcə təsəvvürün deyil, bütövlükdə yanaşmanın dəyişməsinə ehtiyac var".

Ekspert deyir ki, "Aqrolizinq”in reputasiyası çox bərbaddır: "Yeni sədrin əsas vəzifəsi bu reputasiyanı müsbətə doğru dəyişmək, quruma olan inamı bərpa etmək olmalıdır. Bunun üçün şəffaflıq və hesabatlılıq əsas məsələlərdən biri olmalıdır. Həmçinin ”Aqrolizinq" tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasına ehtiyac var. Çünki qurumun yerlərdəki infrastrukturu elə bərbad formalaşıb ki, rəhbərliyin dəyişməsi bəzi hallarda regionlarda problemlərin həllini tapmaması ilə nəticələnə bilər. Buna görə də vətəndaşla qurumun təmsilçiləri arasında birbaşa təmasların minimuma endirilməsinə ehtiyac var". /"Yeni Müsavat”/

Xəbər 4854 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
İranda atışma: 11 terrorçu öldürüldü
"GƏNCƏ HADİSƏLƏRİ"nin daha bir iştirakçısı öldürülüb
“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?
Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI
"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)
Azərbaycan sərhəddində dollar əməliyyatı
Nağılbazın məzarına əklil gəldi - ".. tezliklə mən də gələcəyəm"
Bu qidaları əsla yeməyin: 25 ən təhlükəli ərzaq - Siyahı
Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq
Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
Bakıda atışma: Ölən və yaralanan var - VİDEO
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Azərbaycan və Tacikistan prezidentləri görüşüb
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO
Astara çay fabrikində CƏBHƏXANA aşkarlanıb
“QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM…” – Bəxtiyar Hacıyev polisə aparılıb (VİDEO)
Ramil Quliyev Avropa çempionatının finalında
Serj Sarkisyan 3 gündür Azərbaycandadır
ABŞ-da türk polis başından vuruldu
Bakıda ağac kəsən şəxs cərimələndi
Adnan Oktarın şantaj etdirdiyi siyasətçilər - ADLAR
Adnan Oktarın "Kediciklər"i həbsxanada bəzəndilər
Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı
“Lotu Quli”nin adamları Ukraynada güllələndi
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Beyləqanda məmur iş otağında BIÇAQLANDI
Prezident 47 milyon manat ayırdı: Yeni avtobuslar gəlir

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15256] initstartout [0.00018] initstartin [0.00093] calstart [0.01113] calend [0.00061] topnewsend [0.00433] rsssend [0.00000] ehgend [0.00866] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12600]