Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:57 - 18.06.2018  
Azərbaycanda "1 may Beynəlxalq Əmək Günü" keçirilmir - NİYƏSİ
Tarix: 1-05-2018, 09:54 | Bölmə: Xəbərlər » Ölkə içi

Bu gün 1 may beynəlxalq Əmək günüdür. Bu bayram dünyanın əksər ölkələrində qeyd olunur.

Azərbaycanda "1 may Beynəlxalq Əmək Günü" keçirilmir - NİYƏSİ1 May bayramının yaranma zərurəti

Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı – qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır.

Bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15-16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir. Bəs bu tarixi proses və onun məntiqi nəticəsi olan 1 May bayramı necə meydana gəldi?

XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: "Azad düşüncə – 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı.

Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar.

Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.

Bu qərar gerçəkdən, işçi kütlələrə kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və cəsarəti verdi. Zavod, fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, gücü bəxş etdi".

Beləcə, proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi, Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, ta ki o, bütün proletar dünyasını fəth etdi. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı.

"...hər küçəni bir işçinin cəsədiylə bəzəyəcəyik"

1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər. Ancaq işçilərin bu haqlı tələbi rədd edildi. Bundan sonra "8 saatlıq iş günü" artıq bütün Amerikan əməkçilərinin ortaq tələbinə çevriləcək, onların təşkilati mübarizəsinin başlanğıcına damğasını vuracaq, işçi sinfi qanlı və ağır mübarizələrlə burjualardan bu haqqı zorla alacaqdı.

1884-cü ildə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi "8 saatlıq iş günü"nü burjuaziyaya zorla qəbul etdirmək haqda qərar qəbul etdi. Bu qərara görə 2 il sonra – 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdilər.

Amerikan burjuaziyası bu qərara qarşı hücuma keçdi. Burjuaziyanın idarəçiliyindəki kapitalist media monopolistləri, mitinqdən öncəki günlərdə küçələrin qan gölünə çevriləcəyi kimi gülünc iddialar yayımlayırdı. Buna misal olaraq "Çikaqo Tribun" qəzeti "Şəhəri dağıdıb yandıracaqlar? Bunun qarşısını almaq üçün lazım gələrsə, Çikaqonun hər küçəsini bir işçinin cəsədiylə bəzəyəcəyik" – deyə alçaqcasına hədələyici yazılar verirdi...

1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirdi.

"... gün gələcək"

Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də casus təxribatçılar tutaraq hücuma keçdi. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı və bir işçi öldürüldü. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəldilər.

4 may günü işçilər daha güclü bir mitinq təşkil etdilər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girdi. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşdü. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrildi. İşçilər güllə yağışına tutuldular. 4 işçi və 7 polis öldü, onlarla işçi isə yaralandı. Həmkarlar ittifaqlarının sədrləri və 8 fəhlə hərəkatının lideri tutuldu.

Siyasi şou kimi keçən məhkəmə sonrasında işçi hərəkatının liderlərindən olan 4 fəhlə  – Avgust Spies, Albert Parsons, Corc Engel ve Adolf Fişer edama məhkum edildilər.

11 noyabr 1887-ci ildə edama aparılan Avgust Spiesin son sözü belə oldu: "Səssizlyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək". Doğrudan da bu repressiya və edam qərarları etirazlar, zəhmətkeşlərin beynəlxalq birliyinə və yeni, daha güclü mübarizələrə təkan verdi.

II İnternasionalın tarixi qərarı

Bu arada Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.

Beləliklə, bu hərəkat özünün güc ifadəsini İşçilərin Beynəlmiləl Konqresi ilə tapdı. Sözü gedən Konqresə 400 nümayəndə toplanmışdı. Öncə 8 saatlıq iş günü tələbi haqda qərar verildi.

Fransız Həmkarlar İttifaqının üzvü, bordolu fəhlə Lavign təklif etdi ki, hər bir ölkənin zəhmətkeşləri Əmək Bayramı günü adı altında bu tələbi ortaya qoysunlar. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890-cı ilin 1 Mayı ilə bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə Konqres həmin günü proletariatın bayram günü kimi müəyyən etdi.

Proletariat nümayəndələri əslində, bu halda da 30 il öncə Avstraliyada olduğu kimi yalnız bir günlük manifestasiya haqda düşünürdülər. Konqres qərarlaşdırmışdı ki, 1 Mayda (1890-cı il) bütün ölkələrin proletariatları 8 saatlıq iş günü tələbi ilə birlikdə nümayiş keçirsinlər.

Növbəti illərdə aparılan müzakirələrdə bayramın təkrar keçirilməsi təklifləri səslənmədi. Heç kim qabaqcadan prosesin belə parlaq şəkildə reallaşacağını və qısa zamanda işçi sinfi arasında yayılacağını təxmin edə bilməmişdi.

SSRİ-nin dağılmasından sonra

Dünyanı bürüyən sinfi mübarizə Rusiyada bir qədər də kəskin xarakter almışdı. Rusiyada baş qaldıran fəhlə-kəndli çıxışları daha fundamental xarakter daşıyırdı.

Rusiya proletar kütlələrinin daha güclü ittifaqlarda birləşməsi və kommunist-bolşevik partiyası sıralarında güclü siyasi fəaliyyəti sonradan Böyük Oktyabr İnqilabına və nəhayətdə Leninin başçılığı ilə tarixdə sosialist sistemə dayanan ilk fəhlə-kəndli dövlətinin – SSRİ-nin yaradılmasına gətirib çıxardı.

Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. 30 yaşdan yuxarı vətəndaşlarımız – keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu – idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük coşğu ilə hazırlıq gedirdi.

Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Lakin SSRİ-nin dağılmasından sonra "qurunun oduna yaşı da yandırdılar" və bütün yaxşı ənənələr kimi 1 May bayramını da ləğv etdilər. Lakin Rusiyada və bəzi digər respublikalarda 1 may hər il keçirilir – qarşıdurmaların yaranması ilə olsa belə.

Azərbaycanda 1 May bayramının tarixi

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.

1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi.

Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.

Ölkəmizdə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər. Lakin demək olar ki, bütün sosioloqlar, psixoloqlar, müxalifət və iqtidar nümayəndələri də belə bir bayramın yüksək səviyyədə keçirilməsinin vacib olduğunu bildirirlər.

"İnsanlıq xoş günlərə çıxanda..."

"Sosialist Bacı" adı ilə tanınan kommunist Roza Lüksemburq öz tarixi məqaləsində yazırdı: "1 May əsasən, 8 saatlıq iş günü çağırışları ilə başlasa da, bu məqsədə nail olduqdan sonra da bu proses bitmədi. Nə qədər ki işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, nə qədər ki bütün tələblər yerinə yetirilməyib, 1 May bayramı da hər il bu tələblərin ifadəsi olacaq.

Xoş günlərə çıxanda və dünyanın dörd bir yanında işçi sinfi azadlığa qovuşanda belə, çox güman ki, mübarizə yolu və çəkilən əzabları anaraq insanlıq 1 Mayı bayram kimi keçirəcək".

1 May 120 ildən çoxdur ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.

Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. Bunu edənlər isə 100 il öncəki kimi yenə də burjuaziyanın, azğın kapitalizmin casus təxribatçılarıdır.

İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb. Lakin bu qurbanlar 1 Mayı Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edən milyonları qorxutmur. Çünki "Sosialist bacı"nın dediyi kimi, nə vaxtadək dünyada sosial ədalət, sinfi bərabərlik, insan hüquqları tam bərqərar olmayıb, o zamanadək 1 may tarixi ampluasında qeyd olunacaq...

Sonda, bir faktı da qeyd edək ki, bu bayram bəzi ölkələr, o cümlədən, ABŞ və Yaponiyada 1 may günündə deyil, başqa tarixlərdə qeyd edilir.

 

Demokratik.Az


Xəbər 3990 dəfə oxunub






Oxşar xəbərlər

Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı
Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - nonsens
Ərdoğan Putinə "S-500"-lərin birgə istehsalı təklif edib
Azərbaycanda 5 günlük Ramazan tətili başlayır
Əhalimiz pulunu bunlara xərcləyir – Siyahı
Prezidentdən yeni - Təyinatlar
Ramazanın sonuncu günüdür: dua, imsak və..
Gürcüstanda hökumət böhranı - Baş nazir istefa verdi
“Bu da cəhənnəmə - 15 iyun nə deməkdir?” – Aqil Abbas
BMT Baş Assambleyası Fələstini müdafiə edib - QƏTNAMƏ
DÇ-2018 başladı - Təqvimi
Bu gün “Son zəng”dir
Ağcabədidə tank əleyhinə minanın partladıcısı tapılıb
FED uçot dərəcəsini artırıb
Xoşqədəm Hidayətqızının şairəyə atdığı "BUMERANQ" özünə qayıtdı - ŞOK VİDEOMÜRACİƏT
Uşaq zorakılığına görə tutulan tərbiyəçi: “Çox peşmanam”
Qafqazın Şeyxi Ramazan təbriki yaydı - MƏTN
Sabiq müdafiə naziri istintaqa çağırılıb - Ermənistanda
Tramp prezident İlham Əliyevə məktubu göndərib
Dövlət borcumuz 17 MİLYARDI keçdi
İlham Əliyevdən Ramazan bayramı TƏBRİKİ
6 minə yaxın müəllim işlədiyi yeri dəyişmək istəyir
Həddini bil Xoşqədəm - Nazilə Səfərli XƏBƏRDARLIQ edir -Video
Həmsədrlər Paşinyanla görüşüb
İlham Əliyev "rus canavar"la futbol oynadı - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10523] initstartout [0.00014] initstartin [0.00065] calstart [0.00797] calend [0.00049] topnewsend [0.00326] rsssend [0.00000] ehgend [0.00647] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08572]