Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:18 - 14.08.2018  
Nazir Sahil Babayev: “Süründürməçiliyə yol verilməməlidir”
Tarix: 27-04-2018, 19:06 | Bölmə: Xəbərlər » Ölkə içi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib. 

Bu barədə "Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və sosial müdafiə sahələrində idarəetmə sistemlərinin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, bu sahələr üzrə əhaliyə xidmətlərdə müasir iş üsullarının, şəffaflığın və sosial ədalət prinsiplərinin, elektron texnologiyaların geniş tətbiqinin təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nazirlik qarşısında müəyyən edilən əsas vəzifələrdən olduğunu vurğulayıb.

Nazir ölkənin əmək bazarında sabitlik və inkişaf meyillərinin mövcud olduğunu, əmək münasibətlərinin qeydiyyatı və rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. S.Babayev bu sahə ilə bağlı təhlillərin aparılması və tədbirlərin effektiv təşkilinin diqqətdə saxlanmalı olduğunu bildirib.

Ölkəmizdə müsbət demoqrafik vəziyyətin, əhalinin təbii artım tempinin davam etdiyini vurğulayan nazir demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin gücləndirilməsinin, qabaqcıl beynəlxalq təcrübədən geniş istifadənin zəruruliyini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, demoqrafik inkişafın təzahürlərindən biri olaraq əmək qabiliyyətli əhalinin sayının mütəmadi artması aktiv məşğulluq tədbirlərinin və xidmətlərinin səmərəliliyinin artırılmasını mühüm vəzifələrdən biri kimi şərtləndirir. Xüsusilə də əmək bazarında daha təsirli və konkret nəticələrin əldə olunması üçün məşğulluq tədbirlərinin həyata keçirilməsi, həmçinin bu xidmətlərin elektron müstəvidə qurulması aktual məsələlər kimi qarşıda durur. Nazir həmçinin əmək miqrasiyası kvotasının hazırlanmasında da elmi-praqmatik yanaşmaya istinad olunmasının vacibliyini diqqətə çatdırıb.

S.Babayev əmək bazarında məşğulluq imkanlarının genişlənməsi və əmək haqlarının artımı ilə müşahidə olunan sosial-iqtisai inkişaf proseslərinin məcburi dövlət sosial sığorta daxilolmalarına da müsbət təsirini qeyd edib. Nazir bildirib ki, sosial sığorta daxilolmalarında artım tempinin təmin olunmasına, müvafiq proqnoza əməl olunmasına yönələn sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Bu sahədə qeyri-formal məşğulluq hallarının aradan qaldırılması, əməyin leqallaşdırılması kimi vacib hədəflərə doğru yönələn tədbirlərlə paralel, sosial sığorta münasibətlərində səmərəli idarəetmənin təşkilinə və şəffaflığın tam təmin olunmasına da xüsusi diqqət yetirilməlidir.

Ünvanlı dövlət sosial yardım sisteminin aztəminatlı ailələrin müdafiəsində önəminə toxunan S.Babayev vurğulayıb ki, ilk növbədə sosial yardım sistemində ədalətlilik, şəffaflıq, dövlət vəsaitlərinin yönəldilməsində ünvanlılıq prinsiplərinin güclənməsi diqqətdə saxlanılacaq. Digər tərəfdən, sosial yardım alan aztəminatı ailələrin məşğulluq potensiallarının öyrənilməsi yolu ilə onların gəlir imkanlarının artırılmasına özünüməşğulluq proqramı çərçivəsində dəstək üçün konkret işlər görülməlidir.

Əlillərin sosial müdafiəsinin ölkədə aparılan siyasətin əsas istiqamətlərindən olduğunu bildirən S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının xüsusi qayğısı nəticəsində bu təbəqədən olan insanlar üçün tibbi-sosial reabilitasiya sistemi də müasirləşdirilir. Hər il xeyli sayda əlil vətəndaş bərpa-mülicə xidmətləri ilə təmin edilir: "Lakin, bununla belə əlillər arasında reabilitasiya səviyyəsinin artırılmasında, reabilitasiyanın davamlı xarakter almasında müəyyən durğunluğun aradan qaldırılması, eyni zamanda, əlilliyin təyinatı prosesində şəffaflığın tam təmin olunması, süründürməçiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin məmnuniyyətinə nail olunması da əsas fəaliyyət istiqamətləri sırasında olmalıdır”.

Nazir qeyd edib ki, bu yanaşma sağlamlıq imkanları məhdud uşaqlara da aiddir. Onların sağlamlığının bərpasında bərpa-müalicə müəssisələrinin erkən müdaxilə prinsipi üzrə fəaliyyətlərini qurmaları vacibdir. Eyni zamanda, sosial sifarişlər üzrə icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrində də bu istiqamətə xüsusi diqqət yetirilməli, bu layihələrin reabilitasiya baxımından konkret nəticələri ortada olmalıdır.

S.Babayev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərindən də bəhs edib, onlar üçün yeni mənzillərin tikintisi işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməli olduğunu vurğulayıb.

Nazir Sahil Babayev: “Süründürməçiliyə yol verilməməlidir”Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 aprel 2018-ci il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkədə sosial ədalət prinsipinin yüksək səviyyədə təmin olduğunu bir daha təsdir edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mühüm sosial müdafiə əhəmiyyəti daşıyan bu Fərmanın layiqli şəkildə icrası, müvafiq kateqoriyadan olan vətəndaşlara Fərmanda nəzərdə tutulduğu kimi 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmələrin verilməsi tam və eyni zamanda, şəffaf şəkildə təmin olunacaq. Həmçinin dövlət başçısının "1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, həmin şəxslərə Sərəncamda nəzərdə tutulan məbləğlərdə birdəfəlik maddi yardımın çatdırılması işləri 9 May Qələbə gününə qədər tam yekunlaşmalıdır.

İctimai rəy və təşəbbüslərə fəal və işgüzar mövqedən reaksiya verilməsinin önəmini qeyd edən nazir xüsusilə vurğulayıb ki, ümumilikdə əmək və sosial müdafiə sahəsində görülən işlərin əsasında şəffaflığın, sosial ədalətin tam təmin olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi dayanmalıdır. S.Babayev bildirib ki, sosial tərəfdaşlarla-Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyası, habelə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan), beynəlxalq təşkilatlarla, habelə QHT-lərlə əməkdaşlıq, birgə fəaliyyət genişləndirilməlidir. Xüsusilə də bu əməkdaşlıq müvafiq sahələr üzrə aparılan islahatlara həmin təşkilatlar tərəfindən dəstəyin göstərilməsinə istiqamətlənməlidir.

İclasda qeyd olunan məsələlər ətraflı müzakirə olunub, təkliflər ifadə olunub. S.Babayev qeyd olunan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Xəbər 3628 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
İranda atışma: 11 terrorçu öldürüldü
"GƏNCƏ HADİSƏLƏRİ"nin daha bir iştirakçısı öldürülüb
“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?
Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI
"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)
Azərbaycan sərhəddində dollar əməliyyatı
Nağılbazın məzarına əklil gəldi - ".. tezliklə mən də gələcəyəm"
Bu qidaları əsla yeməyin: 25 ən təhlükəli ərzaq - Siyahı
Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq
Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
Bakıda atışma: Ölən və yaralanan var - VİDEO
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Azərbaycan və Tacikistan prezidentləri görüşüb
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO
Astara çay fabrikində CƏBHƏXANA aşkarlanıb
“QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM…” – Bəxtiyar Hacıyev polisə aparılıb (VİDEO)
Ramil Quliyev Avropa çempionatının finalında
Serj Sarkisyan 3 gündür Azərbaycandadır
ABŞ-da türk polis başından vuruldu
Bakıda ağac kəsən şəxs cərimələndi
Adnan Oktarın şantaj etdirdiyi siyasətçilər - ADLAR
Adnan Oktarın "Kediciklər"i həbsxanada bəzəndilər
Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı
“Lotu Quli”nin adamları Ukraynada güllələndi
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Beyləqanda məmur iş otağında BIÇAQLANDI
Prezident 47 milyon manat ayırdı: Yeni avtobuslar gəlir

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15820] initstartout [0.00016] initstartin [0.00091] calstart [0.01950] calend [0.00042] topnewsend [0.00382] rsssend [0.00000] ehgend [0.01025] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12242]